Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2286/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 464-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən 05.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuş 27 sentyabr 2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" MMC tərəfindən 2019-cu il üzrə maliyyə hesabatlarının 2020-ci ildə məcburi auditi aparılmamışdır. Nəticədə "xxxx" MMC tərəfindən İXM-in 464-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X4 izahatında göstərdi ki, MMC Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə elektron ərizə ilə müraciət edərək 31.07.2019-cu il tarixdən 31.07.2024-cü il tarixədək, yəni beş il müddətinə fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır. Buna dair müvafiq sənədi məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X3 bildirdi ki, "xxxx" MMC-nin fəaliyyəti rəsmi qaydada dayandırılmış və bununla bağlı vergi orqanına müraciət edilmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 10.09.2021-ci il tarixli, MİHO/1.1-2-2021-3453 nömrəli bildirişdən görünür ki, "xxxx" MMC 2019-cu il üzrə maliyyə hesabatlarının auditinin 2020-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində 27 sentyabr 2021-ci il tarixdə saat 15:00-da Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmışdır; "xxxx" MMC-nin direktoru S.H.Atakişiyev məhkəməyə ünvanlanmış 03 nömrəli, 14.10.2021-ci il tarixli məktubdan görünür ki, 31.07.2019-cu il tarixdən 31.07.2024-cü il tarixədək "xxxx" MMC beş il müddətinə fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır; Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin arayışından görünür ki, "xxxx" MMC-nin 31.07.2019-cu il tarixdən 31.07.2024-cü il tarixədək fəaliyyəti dayandırılmışdır. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən 05.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuş 27 sentyabr 2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin fəaliyyəti müvəqqəti olaraq dayandırdığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu qanun mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını tənzimləyir. Göründüyü kimi həmin Qanun fəaliyyətdə olan hüquqi şəxslər tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını tənzimləyir. Lakin, iş materiallarında olan Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin arayışından görünür ki, "xxxx" MMC-nin 31.07.2019-cu il tarixdən 31.07.2024-cü il tarixədək fəaliyyəti dayandırılmışdır. Bu isə öz növbəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin İXM-in 464-cü maddəsi ilə məsuliyyətə cəlb olunmasını istisna edir. İXM-in: 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, "xxxx" MMC barəsində tərtib olunmuş 27 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş 27 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İXM-in 129cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-2286/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2286/2021
19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver