Məhkəmə qərarları › İş №3(005)-2286/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2286/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2286/2025 15.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis sədrliyi, Məhkəmə iclas katibi X3 Etibar qızının katibliyi, Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-nin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs 25834.50 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq, 25834.50 ABŞ dolları hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəməyə təqdim edilən protokolda qeyd edilir ki, Şəxs 25834.50 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 25834.50 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi X2 çıxış edərək bildirmişdir ki, protokol üzrə qeyd edilmiş 25834.50 ABŞ dolları məbləğində olan avans ödənişi **********6378 nömrəli YGB əsasında bəyan edilmişdir. Mallar ölkəyə gecikmədən müqavilədə göstərilən tarixdə daxil olmuşdur. Bununla bağlı zəruri sənədləri məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş **********6378 nömrəli gömrük bəyənnaməsindən görünür ki, müqavilə üzrə açıq olan avans 25834.50 ABŞ dolları dəyərində mallar ölkəyə idxal edilmiş və bəyan edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mərkəzi X5 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Beləliklə, məhkəmə hesab edir ki, məhkəmədə tədqiq edilən sübutlara sasən Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə olunmuş **********6378 nömrəli X4 surəti məhkəmə tərəfindən tədqiq edilmişdir. Həmin sənədin tədqiqi nəticəsində müəyyən olunur ki, inzibati xəta haqqında protokolda qeyd olunan 25,834.50 ABŞ dolları məbləğində avans ödənişi müqabilində mallar Azərbaycan Respublikasının gömrük ərazisinə idxal edilmiş və müvafiq qaydada bəyan olunmuşdur. Beləliklə, Şəxs MMC üzərinə düşən öhdəliyi – avans ödənişi müqabilində malların ölkəyə idxal edilməsi öhdəliyini – yerinə yetirmişdir. Bu fakt, İXM-nin 76.1-ci maddəsinə əsasən mötəbər sübut hesab edilən rəsmi sənədlə təsdiqlənir və inzibati orqan tərəfindən tərtib edilmiş protokoldakı iddianı təkzib edir. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyət yalnız hüquqazidd, təqsirli əmələ (hərəkət və ya hərəkətsizliyə) görə yarana bilər. Təqdim edilmiş gömrük bəyannaməsi sübut edir ki, Şəxs MMC-nin hərəkətsizliyində valyuta tənzimi qaydalarının pozulması faktı, yəni İXM-in 430.4-cü maddəsinin obyektiv cəhəti mövcud deyil. Görünür, inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb, müvəkkil bank tərəfindən müvafiq gömrük bəyannaməsi barədə məlumatın Mərkəzi Banka vaxtında və ya düzgün təqdim edilməməsi olmuşdur. Lakin bu hal, yəni bank və ya digər qurumlar arasında məlumat mübadiləsindəki hər hansı çatışmazlıq, öz öhdəliyini faktiki olaraq yerinə yetirmiş olan hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Hüququn fundamental prinsiplərindən olan nulla poena sine culpa (təqsir olmadan cəza olmaz) prinsipi tələb edir ki, şəxsin məsuliyyətə cəlb edilməsi üçün onun əməlində təqsirin olması mütləq sübuta yetirilsin. Hazırkı işdə isə Şəxs MMC-nin hərəkətlərində hər hansı təqsir və ya hüquqaziddlik müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutları İXM-nin 84.1-ci maddəsinə uyğun olaraq öz daxili inamı ilə qiymətləndirərək, Şəxs əməlində İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığı və iş üzrə icraata xitam verilməli olması qənaətinə gəlir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar