Məhkəmə qərarları › İş №3(005)-2289/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2289/2022

29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2289/2022 29.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X4” X8 nümayəndəsi X1, Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidətinin nümayəndəsi X3 iştirakları ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “X4” X9 barəsində İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə 27 iyul 2022-ci il tarixli MN0004289 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən tibb mərkəzində xx.xx.2022-ci il tarixdə aparılmış yoxlama nəticəsində ölçmələrin vəhdətinin təmin ediməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş, yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılması və ölçmələr attestasiya edilməmiş ölçmə metodikləri ilə yerinə yetirilməsi halı aşkar olunmuşdur. Bununla da “X4” X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 538.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X7 izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə “X4”ndə aparılan yoxlama zamanı 24 ədəd ölçmə vasitəsinin yoxlamadan keçmədən istifadə olunması aşkar olunmuş və protokol tərtib edilmişdir. Ölçmə vasitələri dedikdə, narkoz aparatı, sterilizator və sair cihazlar başa düşülür. Həmin cihazlar gətirilirsə yoxlamadan keçirilməli, tipi təsdiq olunmalıdır. İldə 1 dəfə yoxlamadan keçməli, sertifikasiya olunmalıdır. Hazırda həmin cihazların yoxlamadan keçməsi X8 bundan sonrakı yoxlamalarda inzibati məsuliyyətə cəlb olunmaması üçün əsasdır. Buna görə də “X4” X8 inzibati məsuliyyətə cəlb olunması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, “Azərbaycan Metrologiya İnstitutu” X9i ilə Şəxs arasında bağlanmış 17 noyabr 2021-ci il tarixli 3356 nömrəli xidmət göstərilməsi barədə müqaviləyə əsasən Şəxs tərəfindən müvafiq ödənişlər aparılmış və “Azərbaycan Metrologiya İnstitutu” X9i müqaviləyə əlavə dilmiş siyahıda göstərilən 30 ədəd ölçmə vasitələrinin yoxlanılmasını üzərinə götürmüşdür, lakin tərəflərindən yoxlama keçirilməmiş və təsdiqdici sənədlər verilməmişdir. Həmçinin Şəxsndə aparılan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə zidd olduğundan keçirilən yoxlamanın qanunsuz hesab edilməsini və inzibati xəta haqqında tərtib olunmuş protokolun qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyini əsas gətirərək xx.xx.2022ci il tarixli protokol üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında protokolu iş üzrə icraat materialları ilə əlaqəli araşdırıb, tərəflərin izahatını dinləyərək qeyd edir ki, Şəxs İXM-nin 538.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” 13 iyun 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələr tipi təsdiq edilmiş və yoxlamadan keçmiş ölçmə vasitələrindən istifadə edilməklə, attestasiya edilmiş ölçmə metodikaları (metodları) ilə (birbaşa ölçmələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ölçmə metodikaları (metodları) istisna olmaqla) yerinə yetirilməlidir. Ölçmələrin nəticələri Azərbaycan Respublikasında tətbiqinə icazə verilmiş kəmiyyət vahidləri ilə ifadə olunmalıdır. İnzibati işə əlavə olunmuş sənədlərdən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Atiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan yoxlama nəticəsində Şəxsndə aşkar edilən 24 ədəd ölçmə vasitəsinin yoxlanılmasının nəticələrinə uyğun yoxlama nişanı və (və ya) yoxlama haqqında şəhadətnamə təqdim olunmamışdır. Ölçmə vasitələrinin yoxlamadan keçirilməməsi Şəxsnin nümayəndəsinin izahatında da öz əksini tapır. Bununla da Şəxs tərəfindən tibb mərkəzində ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipinin təsdiq edilməməsi, yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılması və ölçmələrin attestasiya edilməmiş ölçmə metodikləri ilə yerinə yetirilməsi müəyyən edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. İşə əlavə edilmiş Şəxsn Nizamnaməsindən görünür ki, Şəxs X9 “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 İdarə Heyətinin 27 aprel 2021-ci il tarixli 10 nömrəli Qərarına əsasən yenidən təşkil edilmişdir və müəssisənin fəaliyyətinin əsas məqsədi xidmət göstərdiyi əhalinin sağlamlığının qorunması və bu sahədə hüquqlarının təmin edilməsindən ibarətdir. İXM-nin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda İXM-nin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 538.1-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, “X4” X8 hərəkətlərində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 538.1-ci maddəsinin tərkibi var və ona cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: “X4” X9 İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə təqsirli bilinərək, 3000 manat (üç min manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar