Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2289/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X1, Tələbkar – "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru X3 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-779/2020 nömrəli, xx.xx.2020-ci il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4656/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 25 iyul 2024-cü il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, ünvan 2 ünvanında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-779/2020 nömrəli, xx.xx.2020-ci il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4656/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədləri icra edilməmişdir. 1479154 saylı protokola əlavədən görünür ki, xx.xx.2020-ci il tarixdə icraata daxil olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-779/2020 nönrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs iddiaçı «AXA MBASK" ASC-nin xeyrinə 4053 (dörd min əlli üç) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri cavabdeh Şəxs tutularaq, 100 (yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********,AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kcdu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. xx.xx.2021-ci il tarixdə icraatıma daxil olan Nərimanov rayon Məhkəməsinin 2(005)-4656/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 3015 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış və borclunun ünvanına tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İcra sənədləri xx.xx.2021-ci il tarixdə bir icraatda birləşdirilmişdir. Tələbkar "xxxx" MMC şöbəyə ərizə ilə müraciət edərək icra sənədi üzrə qalıq 1050 manat ödənilməmiş borcun qaldığını bildirmişdir. Sonrakı müddət ərzində borclu Şəxs müəyyən edilmiş borcu tələbkarların xeyrinə ödəməmiş və şöbəyə gəlməkdən boyun qaçırmışdır. Borclu Şəxs faktiki yaşayış və iş yeri müəyyən edilmədiyindən "Borclunun axtarılması haqqında" qərar qəbul edilərək icra edilməsi üçün Nərimanov rayon Polis idarəsinə göndərilmiş və borclu barəsində xx.xx.2021-ci il tarixdə axtarış işi açılmışdır. Borclu polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir. Bundan başqa “Elektron İcra" İnformasiya sistemindən borclunun İşləmədiyi, hər hansı təqaüd (pensiya) almadığı və adına tələbin yönəldilə biləcək əmlak aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru X3 protokolu müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, icra sənədi üzrə borcu ödəməkdən qərəzli olaraq yayınmamışdır. Maddi çətinliklər səbəbindən borcunu ödəyə bilməmişdir. İcra sənədinin icrasından qətiyyən boyun qaçırmır. Borc məbləğini birdəfəlik ödəmək üçün maddi imkanı yoxdur. Hazırda 1000 manat ödəniş edə bilər. Qeyd etdiklərinin nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar – "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsi X6 bildirmişdir ki, borclu Şəxs borcunu ödəməkdən yayınır. Bu səbəbdən də onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-779/2020 nömrəli, xx.xx.2020ci il tarixli icra vərəqəsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdeh Şəxs iddiaçı «AXA MBASK” ASC-nin xeyrinə 4053 (dörd min əlli üç) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyərinin cavabdeh Şəxs tutularaq, 100 (yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********,AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. İcra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2020-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-779/2020 nömrəli, xx.xx.2020-ci il icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4656/2021 nömrəli, xx.xx.2021ci il tarixli icra vərəqəsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdeh Şəxs xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən 2915 (iki min doqquz yüz on beş) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə, ümumilikdə 3.015 (üç min on beş) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İcra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2021-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4656/2021 nömrəli, xx.xx.2021-ci il tarixli il tarixıli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş 25 iyul 2024cü il tarixli Arayışdan görünür ki, Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 4656/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, qətnamə üzrə "xxxx" MMC-yə 1995 (bir min doqquz yüz doxsan beş) AZN ödəniş etmişdir. xx.xx.2024-cü il tarixinə olan borcu 1050 (bir min əlli) AZN təşkil edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə əsasən, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmişdir. Məhkəmə araşdırması zamanı və tərəflərin izahatlarından məlum olmuşdur ki, borclu Şəxs tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-779/2020 nömrəli, xx.xx.2020-ci il tarixli və Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4656/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə ödənişlər edilmişdir. Məhkəmə hesab edir ki, borclu tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu Şəxsn hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-779/2020 nömrəli, xx.xx.2020-ci il tarixli və Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4656/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2289/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2289/2024
25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver