Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2294/2022 23.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı-nin vəkili X1 iştirakı ilə, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X3 Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə 00100-1531/22 nömrəli, 21 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "X4 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN: **********) ünvanına göndərilmiş və Bakı Bas Gömrük idarəsi “Sahil” q/p-da “müvəqqəti idxal” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş **********4246 sorğu nömrəli gömrük bəyannaməsi ilə müəyyən olunmuş müddətin bitməsinə baxmayaraq Gömrük Məcəlləsinin 194-cü maddəsinə və Nazirlər Kabinetinin 245 saylı qərarına uyğun olaraq “müvəqqəti idxal” xüsusi gömrük prosedurunda bəyan olunmuş malların şirkət tərəfindən müvəqqəti idxal müddətinin uzadılmasını və digər gömrük proseduruna keçirilməsi təmin edilməmişdir. Lakin, müvəqqəti idxal müddətinin bitməsinə baxmayaraq "X4 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 1 ədəd qara “xüsusi təyinatlı avtomobil qaldırıcı qurğu” yükünün müvəqqəti idxal müddəti bitməmişdən Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmamış və yaxud digər gömrük proseduru ilə rəsmiləşdirilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X2 izahatında göstərdi ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “xüsusi təyinatlı avtomobil qaldırıcı qurğu” yükü ilə bağlı müvəqqəti idxal müddətinin uzadılması ilə barədə ərizəni verə bilməməklərinə səbəb həmin günlərin bayram günləri olduğu üçün diqqətlərindən yayınması olmuşdur. Daha sonra xx.xx.2022-ci il tarixdə həmin yükün müvəqqəti idxal müddətinin uzadılması ilə bağlı Bakı Baş Gömrük darəsinə müraciət edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Reklam İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Buna görə də, məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan, Sahil gömrük prosedurları şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli raporta əsasən, "X4 LİMİTED” şirkətinin (VÖEN: **********) ünvanına göndərilmiş və Bakı Baş Gömrük İdarəsi “Sahil” g/p-da “müvəqqəti idxal” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş **********4246 sorğu nömrəli gömrük bəyannaməsi ilə müəyyən olunmuş müddətin bitməsinə baxmayaraq Gömrük Məcəlləsinin 194-cü maddəsinə və Nazirlər Kabinetinin 245 saylı qərarına uyğun olaraq “müvəqqəti idxal” xüsusi gömrük prosedurunda bəyan olunmuş malları şirkət müvəqqəti idxal müddətinin uzadılmasını və digər gömrük proseduruna keçirilməsini təmin etməyib. Bunu nəzərə alaraq, müvafiq tədbir görülməsi üçün göstəriş verməyinizi xahiş edirik. “Gömrük prosedurunun müddətinin uzadılmasına dair” xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı müvəqqəti idxal gömrük prosedura altında qalma müddətinin uzadılması barədə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 499.1.2-ci maddəsinə əsasən, on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 244 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının 3-cü bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti İxrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir və göstərilən müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı **********4246 sorğu nömrəli gömrük bəyannaməsi ilə müəyyən olunmuş müddətin bitməsinə baxmayaraq “müvəqqəti idxal” xüsusi gömrük prosedurunda bəyan olunmuş malları şirkət müvəqqəti idxal müddətinin uzadılmasını və digər gömrük proseduruna keçirilməsini təmin etməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialına tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2294/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2294/2022
23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver