Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-230/2023 19.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X3 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5574/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı X2 barəsində İXM-nin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 19 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında icra məmuru X3 Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin rəisi Zaur Abdullayev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 806/31416/19-15-2B nömrəli məktubu təqdim etmiş və məktubda qeyd olunmuşdur ki, sözügedən inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə təqdim edilən zaman borclu Şəxs məhkəmənin inzibati binasını özbaşına tərk etmişdir və bu barədə icra məmuru tərəfindən müvafiq akt tərtib olunmuşdur. Bu səbəbdən borclu Şəxs barəsində tərtib olunmuş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2022ci il tarixli, 806/31416/19-15-2B nömrəli məktubundan görünür ki, X2 barəsində MN seriyalı ******* nömrəli, 19 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılması xahiş olunmuşdur. Məhkəmə hesab edir ki, müvafiq vəzifəli şəxs tərəfindən protokolun geri qaytarılması xahiş olunduğundan, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə geri qaytarılsın. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-230/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-230/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver