Məhkəmə qərarları › İş №3(005)-2300/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2300/2022

10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2300/2022 10.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X3, Barəsində inzibati qaydada protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1958-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən “X12” Qapalı Səhmdar Cəmiyyətinin ustası Şəxs barəsində tərtib edilmiş 29 iyun 2022-ci il tarixli ******* nömrəli protokol və digər materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Həmin protokoldan görünür ki, “X12” Qapalı Səhmdar Cəmiyyətində etal emalı qarışıqların hazırlanması və kopyor sexində texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş usta Şəxs tərəfindən qaydaların pozulması nəzticəsində işçi X1 ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurmaya aid xəsarət almışdır. Məhkəmə iclasında iştirak edən X7 Xidmətinin nümayəndəsi X6 protokolu qeyd olunanlar əsasında izahat verərək əməyin mühafizəsi qaydalarının pozulduğunu bununla əlaqədar müvafiq inzibati tənbeh tədbirinin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qaydada protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, X4 xx.xx.2022-ci il tarixdə səhər saat 07:30 radələrində digər iş yoldaşları ilə birlikdə "X11" QSC-yə (Bakı şəhəri, Nərimanov rayonu, Mır-Cəlal küçəsi 15) 2-ci növbəyə işə gəlmişdir. İşə başlamazdan əvvəl sahənin pirotexniki Gülağa Ömərov işçilərlə birlikdə kəsilib doğranacaq metal tullantılarına və metalların kəsilməsi üçün nəzərdə tutulmuş meydançalara (çuqun paddon) baxış keçirərək yoxlamalar keçirmişdir. Emal olunacaq metalların qazla kəsilmək üçün partlamaya təhlükəsiz olduğu müəyyən edildikdən sonra qazla kəsilən metal tullantılarının emalı üçun "İcazə Buraxılış" vərəqəsi yazılmış və növbədə olan bütün işçilər “İcazə Buraxılış" vərəqəsinə imza etdikdən sonra işlərinin icrasına başlamışlar. Həmin gün İskəndərov Məzahir 7-cı aşırımda yerə düzülmüş çuqun lövhələrin üzərində yığılmış iri qabaritlı metal tullantılarının kəsilib doğranması işlərini görmək tapşırılmışdır. İskəndərov Məzahir səhər saat 08:00-da onun üçün müəyyən edilmiş sahədə qeyd edilən işlərin icrasına başlamışdır. Təxminən saat 12:00 radələrində nahar fasiləsinə getmiş, saat 12:30 radələrındə nahar fasiləsindən qayıdaraq yarımçıq qalmış işlərinin icrasını davam etdirmişdir. Təxminən saat 12:45 radələrində o, 4cü lövhənin üzərində ayaq üstə dayanıb əl tutma dəstəyindən sonuna kimi uzunluğu 1,2 metr olan qazla kəsici ilə diametri təxminən 10-12 sm, uzunluğu təxminən 2 metr olan pəstahı orta hissədən kəsməyə başlamışdır. Bu zaman o, pəstahın orta hissəsinin çuqun lövhələrinin birləşmə yerlərinin sonluğunda olan oval şəkilli boşluğun kənarına, torpaq qatının üzərinə düşdüyünə diqqət yetirməmiş və pəstahı kəsməyə davam etmişdir. Pəstah kəsərkən pəstahdan ayrılan və torpağın üzərinə tökülən isti posanın və ya qazla kəsicinin ağzından çıxan isti alov kütləsinin təsirindən torpaq qatının altında olan və gözlə görünməyən kiçik qapalı naməlum əşya partlamışdır. Partlayışın təsirindən həmin sahədə diametri 20-25 sm, dərinliyi 10-12 sm olan çuxur əmələ gəlmiş və partlayan əşyanın hissələri torpaq qatı üzərində olan digər xırda tullantılarla birlikdə kənara sıçrayaraq Məzahir İskəndərovun üzündəki şəffaf qoruyucu sipəri sındırmış, onun üz və bədən nahiyəsinə dəyərək müxtəlif dərəcəli xəsarətlər yetirmişdir. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5 publik hüquqi şəxsin 01 mart 2022-ci il tarixli, 240 nömrəli rəyindən görünür ki, X2 aşkar edilmiş xəsarətlər postravmatik sol gözünün şüşəvari cisminin destruksiyasına görə itiliyinin 0.08% qədər zəifləməsi, sağ əng sümüyünün natamam sınığı, sol yanaq naiyəsinin döş qəfəsinin sol yarısının, döş qəfəsinin sol yarısının bayır səthinin orta qoltuq altı xətt üzrə 4-cü, 5-ci qabırğalar nahiyəsinin sol bazunun yuxarı üçdə birinin ön səthinin sol bazunun orta üçdə brinin iç səthinin sol saidin yuxarı üçdə birinin arxa səthinin, yuxarı və orta üçdə birinin ön səthinin orta üçdə birinin arxa səthinin deşilmiş əzilmiş yaraları küt əşyanın o cümlədən qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə yəni baş vermiş partlayış nəticəsində ətrafa səpələnmiş metal qəlpələrin təsirindən törətmişdir, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 33%-dən az olmaqla itirilməsinə səbəb sağlamlığa Az Ağır zərər vurmaya aiddir. “6184 saylı” Əmək müqaviləsinə əlavədən görünür ki, Şəxs üzərinə tabeliyində olan işçiləri təhlükəsiz iş şəraiti ilə təmin etmək, qazla kəsmə keyfiyyətinə nəzarət etmək, işçilərin iş normalarının yerinə yetirilmə düzgünlüyünə nəzarət etmək, qazla kəsmə əməliyyatının, texnoloji prosesin yerinə yetirmə düzgünlüyünə nəzarət etmək vəzifələri qoyulmuşdur. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-in 198.3cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın ödənilməsi dövlət hesabına aid edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar