Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2314/2022 11.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov rayon Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X4 Şəxs barəsində İXM-in 347-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat təqdim edilməmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) və barəsində protokol tərtib edilmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Eyni zamanda Şəxs elektron qaydada vəsatət verərək bildirmişdir ki,, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X3 inzibati təcrübə üzrə inspektoru, polis baş leytenantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə İXP ******* № li, 16.06,2022ci il tarixli “inzibati xəta haqqında protokol” tərtib edilmişdir, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 078-18758 № li məktubu ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilmişdir. Sözügedən inzibati xəta haqqında protokolla Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə Bakı şəhəri Nərimanov rayon Məhkəməsində baxılması 11,08.2022-ci il, saat 09:10- a təyin edilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edirik ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul olunmalıdır. Belə ki, xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan, eləcə də iş materiallarına əlavə olunmuş tarixsiz. imzasız və möhürsüz sorğudan görünür ki, Şəxsnə məxsus “MİTSUBİSHİ PAJERO” minik markalı, HO18114 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixində, saat 15:27 radələrində Bakı şəhəri Bəsti Bağırova 13 ünvanında dayanma qaydalarını pozmağa görə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi zamanı idarə etmiş sürücüsü barəsində məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğunun daxil olduğu vaxtdan 5 (beş) gün müddətində verilməməsi əsası ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci (nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə yuxarıda sözügedən protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilən rabitə orqanının poçt sənədindən görünür ki, bu poçt sənədi xx.xx.2021-ci il tarixinə, yəni 1 (bir) il bundan əvvələ aid sənəddir. Digər tərəfdən bu poçt sənədi ilə hər hansı bir sənədin müəssisəmiz tərəfindən alınması təsdiqini tapmır. Sözügedən poçt sənədinin 1 (bir) il əvvələ, yəni 2021 -ci ilin sentyabr ayına aid olması həmin poçt sənədində olan rabitə orqanının möhüründən, həm də həmin sənədi imzalamış şəxsin 2021-ci il qeydindən də açıq aşkar görünür. Hazırkı işin materiallarına əlavə edilən imzasız, möhürsüz və tarixsiz sorğunun məzmunundan da görünür ki, Azərbaycan Respublikası İXM-nin 364.1 -ci maddəsində təsbit olunan inzibati xəta üzrə məsuliyyətə əsas olan dayanma qaydalarının pozulması 1 (bir) il bundan əvvəl, yəni xx.xx.2021-ci il tarixində, saat 15:27-də törədilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə Şəxs barəsində xx.xx.2022-ci il tarixində inzibati xəta haqqında protokol tərtib edilməsi Azərbaycan Respublikasının İXM-nin tələblərinə ziddir. Qeyd edilməlidir ki, 2021-ci ilin sentyabr ayında daxil olmuş sorğu Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində göstərilən 5 gün müddətində cavablandırılmamış olsa idi, bu zaman Şəxs barəsində protokol yuxanda istinad olunan Məcəllənin 101-ci maddəsində göstərilən müddət ərzində tərtib edilməli və həmin protokol sözügedən Məcəllənin 103-cü maddəsi ilə müəyyən edilən müddət ərzində baxılması üçün Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə istinadən aidiyyatı məhkəməyə göndərilməli idi. Yuxarıda göstərilənlərlə yanaşı qeyd etməyi zəruri hesab edirik ki, 2021-ci ilin sentyabr ayına aid olan poçt sənədində sənədi qəbul edən şəxsin kimliyi bilinmir. Həmin poçt sənədində sənədin qəbul edildiyi tarix 22.09,2021-ei il göstərilsə də poçt möhüründə tarix sənədin qəbul edilməsindən bir gün sonra, yəni xx.xx.2021-ci il olaraq göstərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən balansında olan “MİTSUBİSHİ PAJERO” minik markalı, HO18114 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol hərəkəti qaydalarını pozması ilə əlaqədar tərtib edilmiş elektron protokollar barədə məlumatı qəbul etdikləri gündən 5 gün müddətində həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməmişdir. Buna görə də hüquqi şəxs barəsində İXM-in 347-ci maddəsi ilə protokol tərtib edilmişdir; DİN-in DYP Web Portalından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs mülkiyyətində olan “MİTSUBİSHİ PAJERO” minik markalı, H018114 dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Bakı şəhəri Nərimanov RPİ-nin Dövlət X4ndən Şəxsnə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, məktub Şəxs hüquqi ünvanına göndərilmiş və xx.xx.2021-ci il tarixdə “Husayeva” ad soyadlı şəxs tərəfindən qəbul olunmuşdur. Məhkəmə, iş materiallarında olan poçt xəbərnaməsinə dair qeyd edir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Lakin, iş materiallarında olan poçt xəbərnaməsində isə İXMin göstərilən tələblərinə riayət edilməmişdir. Həmçinin, iş materiallarında olan poçt xəbərnaməsinin Şəxs nümayəndəsi tərəfindən qəbul edilməsi təsdiq olunmur. Belə olan halda, məhkəmə İXM-in 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 347-ci maddəsinin dispozisiyasına əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün Şəxs inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-in 8, 25, 40.0.1, 43, 48-51, 53, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi İXP seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2314/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2314/2022
11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver