Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2319/2025 31.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, Şəxs nümayəndəsi - Nümayəndə2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə daxil olmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, MMC tərəfindən 16.728.000.00 Rusiya rublu məbləğində pul vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürülmüş və 2 (iki) il müddət keçsə də həmin məbləğdə vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. İnzibati xəta 11 may 2025-ci il tarixdə hüquqi şəxsin ünvan 1 ünvanında törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə2 müvafiq gömrük bəyannamələrini təqdim edərək bildirmişdir ki, rəhbəri olduğu Şəxs MMC-nin xx.xx.2023-cü il tarixdə xaricə köçürdüyü 16.728.000.00 Rusiya rublu məbləğində pul vəsaitinin müqabilində həmin dəyərdə mallar 2 (iki) il müddət keçmədən, xx.xx.2023-cü il tarixdə ölkəyə idxal edilmiş, sadəcə müvafiq bəyannamələrin banka təqdim edilməsində hüquqi şəxs tərəfindən səhlənkarlığa yol verilmişdir. Göstərilənlərə əsasən hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunala müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli KB-162/2-128/2025 nömrəli məktubundan və ona əlavə olunan cədvəldən görünür ki, Şəxs MMC-nin hesabından xx.xx.2023-cü il tarixdə qabaqcadan ödəniş edilmiş 16.728.000.00 Rusiya rublu müqabilində mallar ölkəyə idxal edilməmiş və ya müvafiq vəsait geri qaytarılmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli RP-94/2023 nömrəli müqavilə üzrə gömrük bəyannamələrinin surətindən görünür: 1) 22.05.2023-cü il tarixli **********0383 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 1.397.280.00 Rusiya rublu, 2) 22.05.2023-cü il tarixli **********0350 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 1.397.280.00 Rusiya rublu, 3) 26.05.2023-cü il tarixli **********8478 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 1.397.280.00 Rusiya rublu, 4) 26.05.2023-cü il tarixli **********8689 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 1.397.280.00 Rusiya rublu, 5) 26.05.2023-cü il tarixli **********8730 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 1.397.280.00 Rusiya rublu, 6) 26.05.2023-cü il tarixli **********8708 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 1.397.280.00 Rusiya rublu, 7) 31.05.2023-cü il tarixli **********5406 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 1.397.280.00 Rusiya rublu, 8) 31.05.2023-cü il tarixli **********5420 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 1.397.280.00 Rusiya rublu, 9) 04.06.2023-cü il tarixli **********9945 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 1.397.280.00 Rusiya rublu, 10) xx.xx.2023-cü il tarixli **********4070 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 1.397.280.00 Rusiya rublu, 11) xx.xx.2023-cü il tarixli **********4038 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 1.397.280.00 Rusiya rublu, 12) xx.xx.2023-cü il tarixli **********9084 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 1.357.920.00 Rusiya rublu olmaqla ümumilikdə 16.728.000.00 Rusiya rublu dəyərində mallar ölkəyə idxal olunmuşdur. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə icraat materialını tədqiq edərək hesab edir ki, hüquqi şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 430.4cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 45/1 nömrəli xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə tərtib etdiyi inzibati inzibati xəta haqqında protokola əsasən MMC tərəfindən 16.728.000.00 Rusiya rublu məbləğində pul vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürülmüş və 2 (iki) il müddət keçsə də həmin məbləğdə vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Məhkəmədə aparılan inzibati araşdırma zamanı isə müəyyən edilmişdir ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə xaricə köçürülmüş 16.728.000.00 Rusiya rublu dəyərində mallar xx.xx.2023-cü il tarixədək ölkəyə idxal olunmuşdur. Lakin bu barədə gömrük bəyannamələri vaxtında müvafiq banka təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən xaricə köçürülmüş pul vəsaiti müqabilində göndərilməli olan mallar qaydalar uyğun olaraq müəyyən olmuş 2 il ərzində ölkəyə idxal edildiyinə görə hüquqi şəxsin əməlində inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. İnzibati xəta haqqında iş üzrə məsrəf yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40.0.1, 43, 48-51, 53.1.2, 55, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-2319/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2319/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver