Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-232/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X3 nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X23 oglunun iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X9 və onun nümayəndəsi və vəkili X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı ilə “Admedia.az" MMC-nin direktoru X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə təqsirli bilinərək ona 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin bu qərarı ilə razılaşmadığımız üçün tərəfimizdən şikayət vermək zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsində aparılan araşdırma zamanı əldə edilmiş sənədlərdən görünür ki, “Admedia.az" MMC-də çalışmış X5 xəsarət alması ilə bağlı müvafiq qaydada məlumat verilməməsi ilə bağlı "xxxx" MMC-nin direktoru olaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə təqsirli hesab edərək barəsində qərar qəbul edilmişdir. X2 qeyri-iş günündə yəni xx.xx.2024-cü il tarixdə "xxxx"ASC-nin ərazisində "xxxx" MMC-də əlavə olaraq işləmiş və orada yük boşaldan zaman xəsarət almışdır. Qeyd edir ki, bu iş "xxxx" MMC tərəfindən C.Atayevə tapşırılmamış və baş vermiş hadisə ilə bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılmışdır. Nəticədə Nərimanov rayon Məhkəməsinin 26.11 2024-cü il tarixli 3(005)-3493/2024 saylı qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək ona 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmiş və "xxxx" MMC də həmin cəriməni ödəmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi araşdırma aparan zaman həqiqəti öyrənmədən və ya ətraflı araşdırma aparmadan ona inzibati cərimə tənbeh növü tətbiq etmişdir. Qeyd edir ki, hadisə "xxxx" MMC-də baş verməmiş, X13 tamamilə başqa bir ünvanda və başqa bir müəssisədə xəsarət almışdır. Həmin hadisə ilə bağlı “Admedia.az" MMC-nin məlumat vermə öhdəliyi yaranmır və belədəki, həmin hadisə ilə bağlı Nərimanov rayon prokurorluğu hadisədən dərhal sonra araşdırma aparmışdır. Azərbaycan Respublikasının İXM-nin 555.3-cü maddəsində Bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə qanun pozuntularına yol verilməsi nəzərdə tutulmuşdur. Hadisə "xxxx" MMC-də baş verdiyindən, həmin MMC ilə X13 arasında əmək müqaviləsi olmadan C.Atayevin "xxxx" MMC-də çalışmasına görə "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək ona inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Bütün qeyd olunan hallardan görünür ki, X8 Xidmətinin Bakı şəhər İdarəsinin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Bundan başqa, Bakı şəhər İdarəsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlmir. Buna görə də, hesab edirik ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş qərar tamamilə əsassız və qanunsuz olduğundan ləğv edilməldir. Şikayət vermiş şəxs X3 nümayəndəsi və vəkili Vəkil verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 çıxış edərək bildirmişdir ki, "xxxx" Firmasında inzibatçı vəzifəsində 2024-cü ildən işləyir və X4 işlədiyi gündən bəri görməmiş və onu tanımamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X14 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin rədd olunmasını xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X14 “Admedia.az" MMC-də çalışmış X5 bədbəxt hadisə barədə xəsarət alması ilə bağlı müvafiq qaydada məlumat verilməməsi ilə bağlı "xxxx" MMC-nin direktoru olaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə təqsirli hesab edərək 2.000 manat cərimə edilməsi ilə bağlı qərar qəbul edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında görünür ki, “MEGA CONCEPT MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 (iyirmi min) manat miqdarında inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli 3(005)-3493/2024 saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qərarın məzmunundan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması" haqqında 28 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC tərəfindən X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsində nəzərdə tutulmuş əmək qanunvericiliyini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə edilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan X6 notarial qaydada təsdiq olunmuş ərizəsindən oğlunun xx.xx.2024-cü İİ tarixində qeyri iş günündə əlavə gəlir əldə etmək üçün "xxxx" ASC-də işləmiş və həmin yerdə xəsarət almışdır. Qeyd edir ki, bu işlə bağlı Admedia.az MMC və rəhbərliyi tərəfindən heç bir göstəriş verilməmişdir. Məhkəmə, hazırki şikayətin dəlillərini araşdırarkən ilk əvvəl X3 təqsirli bilindiyi inzibati xətaya dair münasibət bildirməyi zəruri hesab edir: İXM-in 555.3-cü maddəsinə əsasən Bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə- min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. İşin materialları ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin rəsmi işçisi olan X13 qeyri-iş günündə yəni xx.xx.2024-cü il tarixdə "xxxx"ASC-nin ərazisində "xxxx" MMC-də əlavə olaraq işləmiş və orada yük boşaldan zaman xəsarət almışdır. Qeyd olunan iş "xxxx" MMC tərəfindən C.Atayevə tapşırılmamış və baş vermiş hadisə ilə bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılmışdır. Nəticədə Nərimanov rayon Məhkəməsinin 26.11 2024-cü il tarixli 3(005)- 3493/2024 saylı qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək ona 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi araşdırma aparan zaman həqiqəti öyrənmədən və ya ətraflı araşdırma aparmadan E.Məmmədova inzibati cərimə tənbeh növü tətbiq etmişdir. Hadisə "xxxx" MMC-də baş verməmiş, X13 tamamilə başqa bir ünvanda və başqa bir müəssisədə xəsarət almışdır. Həmin hadisə ilə bağlı “Admedia.az" MMC-nin məlumat vermə öhdəliyi yaranmır və belə ki, həmin hadisə ilə bağlı Nərimanov rayon prokurorluğu hadisədən dərhal sonra araşdırma aparmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin üzərinə düşür. Qeyd edilən orqan X3 İXM-in 555.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə nəticəyə gələrkən hansı sübutlara istinad etməsi müəyyən olunmur. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, X9 tərəfindən hər hansı hüquqların pozulmasını müəyyən etmək mümkün olmadığından inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İXM-in: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 134.1, 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.5-1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardan biri də bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunmasıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin olunsun. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-232/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-232/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver