Məhkəmə qərarları › İş №3(005)-2322/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2322/2023

15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2322/2023 15.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 5-ci bəndinin tələblərini pozmuşdur. Hadisə zamanı vətəndaş X2 “Yüngül” dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 13:40 radələrində etibarnamə əsasında idarə etdiyi "Ford Transit-yük" markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Koroğlu MT- 51 istiqamətindən üzü 20 Yanvar dairəsi istiqamətində 2 zolaqdan ibarət köməkçi yolda sağdan 1-ci zolaqla saat da 30 km sürətlə düzünə hərəkət etmişdir. O idarə etdiyi yük avtomobili ilə sağa dönmək istəyən zaman ondan arxada hərəkət edən mopedin sürücüsünün yıxıldığını görmüşdür. O dərhal ona yaxınlaşaraq xəsarət alıb-almadığını soruşmuş, hətda ona su vermişdir. Həmin şəxs də bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barəsində məlumat vermişdir. Bundan sonra isə o Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. Bir daha qeyd edir ki, o, mopedi idarə edən şəxsi vurmamışdır. Zərərçəkmiş şəxslə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: HK-1 №-613/102-1630/ nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:01-də, vət: X2 “DİN”-nin 102 XZM-nə məlumat verərək bildirdi ki, Z.Bünyadov prospekti, “Dost” Mərkəzinin yaxınlığında idarə etdiyi mopedlə, “Ford” markalı **-NC-*** dövlət nömrə nişanlı avtomaşının toqquşması nəticəsində xəsarət almışdır. MK-2 №-9679 nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:55-də, 1 saylı TTYS-dan həkim Hümbətova məlumat verərək bildirdi ki, YNH-si zamanı, xx.xx.2000ci il təvəllüdlü X1 diz oynağın və barmaqların əziyi xəsarətləri almışdır. MK-2 №-10390/102-0310/ nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 11:16-da, vət: X2 “DİN”-nin 102 XZM-nə məlumat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi mopedlə Ford markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması və xəsarət alması ilə bağlı mərkəzə etdiyi müraciət üzrə Nərimanov RPİ-də işinə baxılmamasına narazılığını bildirmişdir. Araşdırma zamanı X2 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 13:40 radələrində o özünə məxsus idarə etdiyi “NNB” markalı moped ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Koroğlu MT-sı istiqamətindən üzü 20 Yanvar dairəsi istiqamətində 2 zolaqdan ibarət köməkçi yolda sağdan 1-ci zolaqla saat da 30 km sürətlə düzünə hərəkət etmişdir. O idarə etdiyi moped ilə düzünə hərəkətdə olan zaman 2-ci zolaqla hərəkət edən "Ford Transit" yük markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sağa dönmüşdür. Bu zaman onun idarə etdiyi mopedin ön hissəsi ilə qeyd edilən avtomobilin arxa sağ təkər hissasi toqquşmuş və yerə yıxılmışdır. O hadisə nəticəsində bədən xəsarəti alıb, DİN-nin 102 xidmətinə bu barədə zəng edərək,məlumat vermişdir. Daha sonra isə Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. Hadisə zamanı o xəsarət almışdır. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3 697 saylı xx.xx.2023-cü il tarixli nömrəli rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 “YÜNGÜL” dərəcəli bədən xəsarəti almışdır. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 26 iyun 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə məhkəməyə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməməsi barədə izahatına tənqidi yanaşır və həmin izahatı məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Onun bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin izahatı, işdə olan digər sənədlərlə tam təkzib edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin V hissəsinin tələbinə əsasən, sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar