Məhkəmə qərarları › İş №3(005)-2322/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2322/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2322/2025 29.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs barəsində 01 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus klinikada xx.xx.2025-ci il tarixdə, saat 15:35-də aparılan plandankənar yoxlama zamanı lisenziyadan kənar – onkoloji iş fəaliyyəti ilə məşğul olma faktı aşkar edilmişdir.(X2) Bununla da MMC tərəfindən İXM-in 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Səlahiyyətli orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə səlahiyyətli orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında 30 iyun 2025-ci il tarixli, 3-28-1/3-2-683-2025 nömrəli qərarla Şəxsndə xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın həyata keçirilməsi qərara alınmışdır Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X5 Müəssisəsinin T- 226 nömrəli, 01 iyul 2025-ci il tarixli plandankənar yoxlamanın aktına əsasən, ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus klinikada yoxlama zamanı X1 şəhadətnaməsindən keçmədən onkoloji iş və fəaliyyətlə məşğul olması aşkar edilmişdir. Fotoşəkillər çəkilərək akta əlavə edilmişdir. 13 iyul 2025-ci il tarixli lisenziya əlavəsindən görünür ki, Şəxs MMC-yə icazə verilmiş ambulator tibbi xidmətlər siyahısında onkoloji cərrahiyyə nəzərdə tutulmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən əldə edilmiş 01 iyul 2025-ci il tarixli, KY252325954 nömrəli çıxarışdan görünür ki, yoxlayıcı orqan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Şəxsndə-xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə planlı yoxlamanın keçirilməsi reyestrdə qeydə alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Lisenziyadan və ona əlavə edilmiş siyahıdan aydın olur ki, Şəxs MMC tərəfindən “onkoloji” tibb xidmətlərinin göstərilməsinə icazə verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 215.1-ci maddəsinə əsasən ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsinə, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsinə, yaxud tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə toplanmış materialları, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs barəsində tərtib edilmiş 01 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokolu, plandankənar yoxlamanın aktını, cəmiyyətə verilmiş lisenziyanı və ona edilmiş əlavəni, habelə digər sənədləri hərtərəfli, tam və obyektiv tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması təkzibedilməz sübutlarla tam təsdiqini tapmışdır. İXM-nin 215.1-ci maddəsinin dispozisiyası, digər hüquqazidd əməllərlə yanaşı, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə inzibati məsuliyyət müəyyən edir. Bu normanın məqsədi, əhalinin sağlamlığının qorunması kimi ali konstitusion dəyəri təmin etmək, tibbi xidmətlərin yalnız müvafiq ixtisasa, təcrübəyə və maddi-texniki bazaya malik olan, dövlət tərəfindən müəyyən edilmiş standartlara cavab verən və buna dair xüsusi icazə (lisenziya) almış subyektlər tərəfindən göstərilməsini təmin etməkdir. İş materiallarından müəyyən edilmişdir ki, Şəxs MMC-yə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 05 fevral 2019-cu il tarixdə verilmiş lisenziya və onun əlavəsində cəmiyyətin həyata keçirməsinə icazə verilən tibbi xidmətlərin siyahısı dəqiq göstərilmişdir. Həmin siyahıda “onkoloji cərrahiyyə” və ya ümumiyyətlə “onkoloji” xidmətlərin göstərilməsinə dair hər hansı icazə mövcud deyil. Buna baxmayaraq, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən 01 iyul 2025-ci il tarixdə keçirilmiş plandankənar yoxlama zamanı klinikada həkim X2 tərəfindən “hər iki süd vəzinin sektoral rezeksiyası, təcili patohistoloji müayinə ilə, əlavə süd vəzilərinin çıxarılması” adlı cərrahi əməliyyatın icra edilməsi faktı aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, tibbi terminologiyaya və təcrübəyə əsasən, “sektoral rezeksiya” və xüsusilə də onun “təcili patohistoloji müayinə” ilə birgə aparılması, birbaşa olaraq süd vəzisindəki törəmənin xoşxassəli və ya bədxassəli (onkoloji) olmasını müəyyən etmək və müvafiq cərrahi müdaxiləni həyata keçirmək məqsədi daşıyır. Bu növ əməliyyatlar mahiyyətcə onkoloji xidmətlər kateqoriyasına aiddir və onların icrası xüsusi bilik, təcrübə, avadanlıq və ən əsası, dövlətin müvafiq səlahiyyətli orqanından alınmış xüsusi icazə (lisenziya) tələb edir. Lisenziyada nəzərdə tutulmuş “plastik cərrahiyyə” xidməti isə tamamilə fərqli məqsədlərə xidmət edir və əsasən orqanların formasının və funksiyasının estetik və ya rekonstruktiv bərpasına yönəlmişdir. Onkoloji cərrahiyyə isə bədxassəli şişlərin müalicəsi ilə məşğul olan yüksək ixtisaslaşmış və xüsusi riskli bir sahədir. Beləliklə, Şəxs MMC-nin lisenziyasında nəzərdə tutulmayan onkoloji xarakterli tibbi xidməti göstərməsi faktı, İXM-nin 215.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın obyektiv cəhətini tam olaraq yaradır. Hüquqi şəxsin təqsiri isə öz fəaliyyətini qanunvericiliyin və lisenziya şərtlərinin tələblərinə uyğun qurmaması, lisenziyadan kənar fəaliyyətə yol verməsi və bunun qarşısını almaq üçün lazımi nəzarət tədbirlərini görməməsində ifadə olunur. Bundan əlavə, iş materiallarında olan diplom və sertifikatlardan həkim Günay Əhmədovanın onkologiya üzrə təhsil alması və çalışması, o cümlədən əmək müqaviləsindən “onkoplastik və rekonstruktiv cərrah” kimi işə qəbul edilməsi açıq şəkildə görünür. Bu cəmiyyətin təqsirini sübut edən və məhkəmənin gəldiyi qənaətin doğruluğunu təsdiq edən mötəbər faktdır. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri təyin edilərkən, İXM-in 31.3-cü maddəsinin tələbləri rəhbər tutulur. Törədilmiş xətanın xarakteri, yəni insan həyatı və sağlamlığı üçün yüksək risk daşıyan, xüsusi ixtisaslaşma və lisenziyalaşdırma tələb edən onkoloji fəaliyyətlə qanunsuz məşğul olma, onun ictimai təhlükəliliyinin yüksək olduğunu göstərir. Belə hərəkətlər təkcə bir xəstənin deyil, ümumilikdə ictimai sağlamlıq üçün ciddi təhdid yaradır və səhiyyə sisteminə olan etimadı sarsıdır. Məhkəmə, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq, Şəxs MMC barəsində İXM-nin 215.1-ci maddəsinin sanksiyasında hüquqi şəxslər üçün nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin tətbiq edilməsini ədalətli, qanuni və törədilmiş xətanın ictimai təhlükəlilik dərəcəsinə mütənasib hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 53, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6000 (altı min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar