Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2323/2020 04.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Zərərçəkmiş "X2 Kömək" İB-nin səlahiyyətli nümayəndəsi X1, Barəsində inzibati icraat aparılan şəxs “Şəxss” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri X6 və onun nümayəndəsi və vəkili- “Femida” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1959-cu ildə Laçın rayonunun Qoşasu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan, “Şəxss” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri vəzifəsində işləyən X4 barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2476/2020-020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsində göstərilən tələbi X6 icra etməmiş və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beləliklə də vəzifəli şəxs X6 icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da borclu “Şəxss” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri X6 İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, o, ASC-nin təsisçisidir. Mübahisə edilən ərazi isə dövlətə məxsus ərazidir. O, həmin ərazi ilə bağlı heç bir məsuliyyət daşımır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 nümayəndəsi və vəkili Samiq Qasımov məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, ərazidə olan əşyalar ASC-yə məxsus deyil. Orada ASC-nin rəhbəri tərəfindən heç bir maneə yaradılmayıb. Maneənin ağacların çıxarılması ilə balı əlaqələndirmişlər. Müəssisənin 700-dən çox səhmdarı var. Maneənin nədən ibarət olması ilə bağlı sübut da yoxdur. Maneəni kim törədib, ümumiyyətlə maneə olmuşdurmu? Bu suallar cavabalandırılmır. Bununla bağlı iş materiallarında heç bir sübut yoxdur. "X2 Kömək" İB-nin səlahiyyətli nümayəndəsi X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin qərardadı ilə “X2 Kömək” İB-nin istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül -1 və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən 671 m2 sahəsi olan torpaq sahəsinin istifadəsinə maneələrin yaradılması cavabdeh “xxxxxxxxxxxxxxxxxx” ASC-yə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Qeyd etmişdir ki, buna baxmayaraq “xxxxxxxxxxxxxxxxxx” ASC-nin rəhbərliyi və digər şəxslər tərəfindən məhkəmə qərardadına hörmətsizlik edilərək istifadələrində olan ərazidə xx.xx.2020-ci il tarixində 50dən artıq əkilmiş ağaclar xx.xx.2020-ci il tarixdə Qarabağ əlillərinin gözü qarşısında sındırılmış və kökündən çıxarılmışdır. xx.xx.2020-ci il tarixdə icra məmuru tərəfindən edilmiş xəbərdarlığa baxmayaraq “xxxxxxxxxxxxxxxxxx” ASC-nin rəhbərliyi və digər şəxslər tərəfindən həmin əraziyə quraşdırılmış zəncirlər sındırılmış, əkilmiş ağaclar isə məhv edilmişdir. Sonda “xxxxxxxxxxxxxxxxxx” ASC-nin rəhbərliyi barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etdi. Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq icra məmuru məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2476/2020-020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən "X2 Kömək" İB-nin istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül-1 və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən 671 m.kv sahəsi olan torpaq sahəsinin istifadəsinə maneələrin yaradılması borclu "xxxxxxxxxxxxxxxxxx" ASC-yə və digər şəxslərə qadağan olunması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2476/2020-020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi şöbənin icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuş və icra məmuru Zamiq Kazımov tərəfindən dərhal icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu “Şəxss” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri X6 məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, icra vərəqəsinin icrasını təmin etməmiş, icra sənədlərinin icrasının təmin edilməsinə hərəkətsizlik göstərmişdir. Bununla da, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə işin digər hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: “Şəxss” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycandakı filialının rəhbəri X6 Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2323/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2323/2020
04.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver