Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2327/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, X1, Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X8 iştirakları ilə, X3 Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş 12 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş 12 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsində X6 bildirmişdir ki, Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X9 01 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində onun alkoqol içki qəbul etməməsinə baxmayaraq içkili olduğunu iddia edərək maşınını cərimə meydançasına aparmışdır. Həmin tarixdə içkili olmadığına dair tərtib edilmiş protokol olduğunu qeyd etmişdir. Bu səbəblə Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş 12 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X6 ifadə verərək Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞnin yol patrul xidməti inspektoru, polis baş serjantı X9 onu saxladığı vaxt onun sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən keçməsini dedikdə maşınında uşağın olması səbəbindən həmin vaxt yox, uşağı aparıb evə qoyduqdan sonra müayinədən keçmək istədiyini bildirmiş, ekipaj üzvlərindən olan polis nəfəri ilə birgə evə getdiklərini, sonrasında isə ona müayinə üçün daha gec olduğunu dediklərini bildirmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən dövlət orqanın nümayəndəsi Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X9 ifadə verərək Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş 12 iyun 2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda göstərilənləri müdafiə etmiş, eyni zamanda “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol”-da X1 spirtli içki qəbul etməsinin müəyyən olunduğunu, vətəndaşın müayinədən keçməkdən imtina etdiyini və özünündə yazdığı kimi , həmçinin test rejimi –manual alkoqolun miqdarının 0,496% olduğunu qeyd edərək şikayət ərizəsinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş 12 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş 12 iyun 2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 327.7 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi nəticəsində inzibati cərimə olunmuşdur. Qərarın məzmunudan görünür ki, sürücü X6 xx.xx.2025-ci il tarixdə saat 18:04-də Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində “HYUNDAİ ELANTRA MİNİK” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ümumi istifadədə olan nəqiliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqiliyyat vasitələrinin həmin zolaqla hərəkət etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 327.7 və 333.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol”-da şikayətçi X4 test rejimi –manual alkoqolun miqdarının 0,496% olduğu qeyd olunmuşdur. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol”-da şikayətçi X6 izahatında göstərmişdir ki, “spirtli içki olan pəyvə qəbul etmişdir.Digər həkim yoxlamasına ehtiyac yoxdur.Testin təticəsi ilə razıdır, birdaha içkidi halda nəqliyyat vasitəsi idarə etməyəcək. Odur ki nəzərə alınması xahiş olunmuşdur”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə şikayət verən şəxs X5 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 327.7 və 333.1-ci maddələri ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol”-da şikayətçi X4 test rejimi –manual alkoqolun miqdarının 0,496% olması, onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş 12 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2327/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2327/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver