Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2328/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yasamal Rayon Polis İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə AP ******* nömrəli 24 fevral 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02.03.2020-ci il tarixli qərardadından görünür ki, Şəxs indiki adı ilə “Lider Group” İSTEHSAL-KOMMERSİYA MÜƏSSİSƏSİ-nin AR İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə birlikdə AR DİN-nin Yasamal RPİ-nə geri qaytarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli qərardadından görünür ki, Şəxs indiki adı ilə “Lider Group” İSTEHSAL-KOMMERSİYA MÜƏSSİSƏSİ-nin AR İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə birlikdə AR DİN-nin Yasamal RPİ-nə geri qaytarılmışdır Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli qərardadından görünür ki, Şəxs indiki adı ilə “Lider Group” İSTEHSAL-KOMMERSİYA MÜƏSSİSƏSİ-nin AR İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə birlikdə AR DİN-nin Yasamal RPİ-nə geri qaytarılmışdır Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06.09.2021-ci il tarixli qərardadından görünür ki, Şəxs indiki adı ilə “Lider Group” İSTEHSAL-KOMMERSİYA MÜƏSSİSƏSİ-nin AR İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə birlikdə AR DİN-nin Yasamal RPİ-nə geri qaytarılmışdır Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş Poçt qəbzinin üzərində olan ştrix-kod (SS638888794AZ) “Azərpoçt” İSTEHSAL-KOMMERSİYA MÜƏSSİSƏSİ-nin elektron sisteminin “poçt göndərişlərinin izlənməsi” bölməsinə daxil edilərkən müəyyən edilmişdir ki, Yasamal RPİ-dən hüquqi şəxsin ünvanına göndərilmiş sorğu 24.12.2019-cu il tarixdə rəsmi qaydada çatdırılmış və qəbul edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi hüquqi şəxs Şəxs 24.12.2019-cu il tarixdə polis idarəsində göndərilmiş sorğunu rəsmi qaydada almış, lakin beş gün müddətində nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatı polis idarəsinə göndərməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, hüquqi şəxs İSTEHSAL-KOMMERSİYA MÜƏSSİSƏSİ 24.12.2019-cu il tarixdə qəbul etmiş sorğunu beş gün müddətində cavablandırmamış, bununla da AR İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu hal inzibati xəta haqqında tərtib edilmiş protokol və iş materialları ilə sübuta yetirilmişdir. Lakin iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Şəxs tərəfindən qeyd olunan inzibati xəta 31 dekabr 2019-cu il tarixdə törədilmiş, səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol isə 24.02.2020-ci il tarixdə tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Yuxarıda sadalananlardan göründüyü kimi, polis idarəsi tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol inzibati xətanın törədildiyi vaxtdan bir ildən artıq müddət keçməsinə baxmayaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədildiyi gündən bir ildən artıq müddət keçməsi səbəbindən onun barəsində inzibati tənbeh verilə bilməz. Bu səbəbdən də, barəsində tərtib olunmuş AP ******* nömrəli 24 fevral 2020-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2328/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2328/2021
19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver