Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2330/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əsədova Gültəkin Akif qızı, X3 tərəfindən verilmiş Daxili İşlər Nazirliyi X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28302614 saylı qərarın ləğv edilməsinə dair şikayətə və və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli və EQ 28302614 saylı qərarın ləğv edilərək, barəsində tətbiq edilmiş 600 manat cərimə tənbehinin silinməsinə və barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi Şabran rayonu, Mollakamallı kəndində xx.xx.2025-ci il tarixində saat 19:52:14-də törədilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə qeyd edir ki, inzibati xəta hadisəsi Şabran rayonunda törədilmiş, həmçinin şəxsin yaşayış yeri üzrə baxılması ilə bağlı məhkəməyə vəsatət təqdim edilməmişdir. Bundan başqa şəxsin məhkəməyə təqdim ediyi şikayət ərizəsinin giriş hissəsində qərarından şikayət verilən orqan kimi Azərbaycan Respublikasının İnkişaf və Nəqiliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqiliyyat Agentliyi, daha sonra isə DYPİ qeyd edilməsi şikayət verən şəxsin konkret olaraq hansı inzibati orqanın qərarından narazı olduğunu müəyyən etməyə əsaslı şübhələr yaratmışdır. Bu səbəbdəndə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Daxili İşlər Nazirliyi X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28302614 saylı qərarın ləğv edilməsinə dair verdiyi şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2330/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2330/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver