Məhkəmə qərarları › İş №3(005)-2331/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2331/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2331/2025 22.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, Azərbaycan Respublokasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X2, X1 iştirakları ilə, Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsi “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarı ilə bağlı X13 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsi “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, X10 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-ci il tarixində Əmək Məcəlləsinin "70.b" bəndinə əsasən ştatın ixtisarı ilə bağlı xitam vermişdir. Müqaviləyə xitam verildikdən sonra növbəti iş günü, yəni xx.xx.2024-cü il tarixində son haqq-hesab ödənişi tam ödənilmişdir. İl ərzində onun üçün hesablanan məzuniyyət günlərindən tam istifadə etmişdir. X10 əmək hüquqlarının pozulması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə müraciət etmiş, xx.xx.2024-cü ildə ƏƏSMN yanında DƏMX Bakı şəhər idarəsi tərəfindən mənə bu müraciətlə bağlı məktub ünvanlanmış və müraciətə aydınlıq gətirilməsi və ona aid təsdiqlənmiş sənədlərin təqdim edilməsi xahiş olunmuşdur. xx.xx.2024-cü il tarixində X14 Xidmətinin Bakı Şəhər İdarəsinin göndərdiyi bildirişə əsasən, onlara daxil olmuş məlumat və sənədlərə baxılmaqla əməlimdə inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. Bu səbəbdən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməyim məqsədilə xx.xx.2024-cü il tarixində saat 11:00-da 4 saylı Bakı Dost Mərkəzinə video konfrans vasitəsilə dəvət olunmuşdur. Barəsində xx.xx.2025-ci il tarixində ******* nömrəli qərar ilə İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1500 manat inzibati cərimənin şərti olaraq tətbiq olunması və törədilmiş hüquqpozuntusunun aradan qaldırılması üçün 30 gün müddəti müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixində ƏƏSMN yanında DƏMX Bakı Şəhər İdarəsi tərəfindən ona ünvanlanan məktubunda da barəsində inzibati xəta ilə bağlı qərarın çıxarılması, X-09/24 nömrəli xx.xx.2024-cü il tarixli əmrin ləğv edilərək, inzibati xəta pozuntusunun aradan qaldırılmasının təmin edilərək nəticəsinin DƏMX Bakı Şəhər İdarəsinə göndərilməsi xahiş edilmişdir. 0023877 nömrəli qərarın icrası üçün 14 yanvar 2025-ci il tarixində X6 işə bərpa olunma ilə bağlı məktub ünvanlayaraq onu işə çağırmışdır. Həmin məktubun bir nüsxəsini də eyni tarixdə X12 Bakı şəhər idarəsinə göndərmişdir. X4 WhatsApp platforması üzərindən onlara yazdığı mesajlar ilə işə qayıtmaqistəmədiyi barədə məlumat vermişdir. Şərti cərimənin tətbiq olunması haqqında qərarın tələblərinə tam riayət etsə də, İbrahimova Günel işə qayıtmaq istəməmişdir. Beləcə xx.xx.2025-ci il tarixində X14 Xidmətinin Bakı Şəhər İdarəsinə məktub ünvanlayaraq inzibati cərimənin ləğv olunmasını xahiş etmiş, məktuba X8 ilə olan WhatsApp yazışmalarını da əlavə etmişdir. Bununla da qərarın qüvvədən düşdüyünü güman etmişdir. Bütün bunlara baxmayaraq xx.xx.20225-ci il tarixində Ədliyyə Nazirliyinin Bakı Şəhər Nərimanov Rayon İcra Şöbəsindən ƏƏSMN yanında DƏMX BŞİ-nin MN0023877 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində icra olunması barədə bildiriş almışdır. Qərarın qanuni qüvvəyə minməsi barədə yanlız xx.xx.2025-ci il tarixində icra vərəqəsi təqdim edilərkən ona məlum olmuş, bu zamana qədər qərarın qüvvədən düşdüyünü zənn etdiyindən dolayı qərardan şikayət vermə müddətini ötürməmişdir. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında Nərimanov Rayon İcra Şöbəsinin Böyük icra məmuru İmran Cəfərquliyev tərəfindən qəbul edilən qərara görə, 1500 manat inzibati cərimə X11 tutularaq dövlət nəfinə ödənilməlidir, icranı könüllü olaraq yerinə yetirilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Hesab edir ki, xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında Nərimanov Rayon İcra Şöbəsinin qərarının icra edilməsi üçün heç bir hüquqi əsas qalmamışdır. Belə ki, adıçəkilən qərarın qəbulu üçün əsas olmuş xx.xx.2025ci il tarixli, ******* nömrəli qərarın icrası üçün öhdəmə düşən vəzifəni yerinə yetirərək, işçini yenidən işə dəvət etmişdir. Lakin o, işə gəlməkdən imtina etmişdir. Bu barədə DƏMX Bakı Şəhər İdarəsinə məktub ünvanlasa da, bu heç bir hüquqi nəticə verməmişdir. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən cərimə tələb olunan şərtə riayət etdiyim üçün ləğv olunmalıdır. Odur ki, ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN0023877 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsi nümayəndəsi X5 şikayətin əsassız olmasını bildirərək, qərarın şərti tətbiq edildiyini, lakin tərəflərindən şəxsin işə bərpa edilməsi təmin edilməmiş və əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilməmişdir. Şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətdə göstərilən hallar, eləcə də məhkəmə iclasında şikayət verən X16 tərəfindən qeyd edilən hallar şəxsin özünü müdafiəsi üçün gətirdiyi dəlillərdir. Belə ki, şikayət vermiş şəxs məhkəməyə təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, X7 işə dəvət etmələrinə baxmayaraq o işdən imtina etmişdir. Buna görə də Əmək Məcəlləsinin tələblərinin pozulması ilə Əmək Məcəlləsinin "70.b" bəndinə əsasən ştatın ixtisarı ilə bağlı xitam verilməsi ilə bağlı Əmr ləğv edilməmiş dəyişdirilmədən saxlanılmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsi “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarından görünür ki, X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı onun barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi, bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi, beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi, on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi müddətlərdə rəsmi xəbərdar edilməlidir. Həmin maddənin 2-ci bəndində xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə -vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün İXM-də nəzərdə tutulmuş hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin, həmin qərarla inzibati xəta törətmiş şəxsə maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Belə ki, məhkəmə proses iştirakçılarının izahatlarını və iş materiallarını nəzərdən keçirir və belə qənaətə gəlir ki, X10 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin tələbləri pozulmaqla xəbərdarlıq edilmədən xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-nin tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-nin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilən əsaslarla məhkəmə X1 şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və131-ci maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət verən şəxs X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi tələbinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar