Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2332/2025 24.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, X1 etibarnamə üzrə nümayəndəsi X6, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 02 iyun 2025-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 02 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayət ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qərarın ləgv olunmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, yoxlama rəsmi orderlə və reyestrdə qeydiyyatdan keçməli olduğu halda iş yerində yoxlama aparılmamış, əmək, müfəttişliyin əməkdaşı (əməkdaşların) rəsmi orderi və reyestrdə qeydiyyatları olmamışdır. AR İXM-nin 38-ci maddəsinə əsasən inzibati xəta törədildiyi gündən və ya onun aşkar edildiyi gündən iki ay keçdikdə inzibati xəta haqqında qərar qəbul edilə bilməz. Müfəttişlər tərəfindən obyektiv və tam araşdırma aparılmamış, onun izahatı alınmamışdır. İnzibati xəta işləri üzrə qərar yalnız tam və hərtərəfli araşdırma nəticəsində verilə bilər. Bu tələblər pozulmuşdur. Bu səbəbdən həmin qərarın hüquqi əsası yoxdur və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd edilənləri nəzərə alaraq qərar qanunsuz, ədalətsiz olduğu üçün X20 Xidmətinin 2025-ci il 02 iyun tarixli, MN № ******* sayılı inzibati qərarı qanunsuz hesab edilərək ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən X1 etibarnamə üzrə nümayəndəsi X8 şikayəti müdafiə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən onlar barəsində protokol tərtib olunan zaman iştiraklarının təmin edilməməsini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 02 iyun 2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilərək icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin nümayəndəsi Nümayəndə 02 iyun 2025-ci il tarixli, MN ******* nömrəli qərarı müdafiə edərək bildirmişdir ki, Binəqədi rayon Prokurorluğunun 08 may 2025-ci il tarixli qərarına əsasən vəzifəli şəxs X4 barəsində AR İXM-nin 192.1 maddəsinə əsasən icraat başlanılmış və aidiyyatı üzrə baxılması üçün onların idarəsinə göndərilmişdir. İnzibati icraat başlanmasına səbəb ünvan 1 ünvanında yerləşən “X5” X9 2024-cü ilin oktyabr ayından 2025-ci ilin fevral ayınadək olan müddət ərzində loqoped-difektoloq, X10 xx.xx.2024-cü il tarixdən 2025-ci ilin may ayınadək olan müddət ərzində qrup müəlliməsi, X11 2025-ci ilin mart ayının ortalarınadək fizioterapevt kimi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilmələri olmuşdur. Qeyd olunan fakt öz təsdiqini tapdığından mərkəzin rəhbəri barəsində inzibati cərimə tətbiq olunmuşdur. Odur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 02 iyun 2025-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 02 iyun 2025-ci il tarixli, MN ******* nömrəli qərarından görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan X7 tərəfindən AR Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən ünvan 1 ünvanında yerləşən “X5” vətəndaşlar Səbinə Baxışlı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək loqoped-defektoloq, Elnarə Həsənova 15 noyabr 2024cü il tarixdən 2025-ci ilin may ayınadək qrup müəlliməsi, Pərvin Nəcəfova 2025-ci ilin yanvar ayından mart ayınadək fizioterapevt işinin yerinə yetirilməsinə cəlb etmişdir. X3 tərəfindən AR İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 08 may 2025-ci il tarixli qərardan görünür ki, vəzifəli şəxs X7 barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati iş üzrə icraat başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 192.1-ci maddəsinə əsasən: Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan 2 min manatdadək, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək, hüquqi şəxslər 20 min manatdan 25 min manatadək məbləğdə cərimə edilir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İXMdə nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə iclasında sənədlərə baxış keçirən zaman görünür ki, X16 ilə X7 arasında 09 fevral 2024-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır, X17 ilə X7 arasında əmək müqaviləsi bağlanmamışdır. X18 ilə X7 arasında olan əmək müqaviləsinə 14 noyabr 2024cü İİ tarixdə xitam verilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Azərbaycan Respublikası İXM-İn 99.1.3-cü maddəsinə əsasən, X12 rayon prokurorluğuna daxil olmuş müraciəti olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas isə həmin müraciətlər əsasında aparılmış araşdırma zamanı Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan xətaların əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 02 iyun 2025-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2332/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2332/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver