Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2334/2023 04.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Bakı şəhər Nərimanov Rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 Bakı şəhər Nərimanov Rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə, saat 00:06-da öz mülkiyyətində olan “Toyota Corolla” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nərimanov rayonu ərazisində Əhməd Rəcəbli küçəsiylə Təbriz küçəsinə doğru hərəkətdə olarkən küçələrin kəsişməsində orta zolaqdan sol zolağa keçdikdən 3-4 saniyə sonra arxadan çox sürətlə hərəkətdə olan **-KX-*** dövlət qeydiyyat nişanlı, hansısa “Rent a car” şirkətinə məxsus olan “Hyundai Sonata” markalı avtomobil mənim avtomobilimin arxa tərəfinə çırpıldı və hər iki avtomobilə ciddi maddi ziyan dəydi. O, DİN-nin 102 xidmətinə hadisə barəsində məlumat verdikdən təxminən yarım saat sonra hadisə yerinə gələn, adı Azər olan polis əməkdaşı məndən hadisənin hansı şəraitdə baş verdiyini soruşduqda o birtərəfli yolda sol zolağa keçdikdən sonra çox sürətlə hərəkət edən və təxminən 20-21 yaşlarında sürücülük təcrübəsi çox olmayan bir şəxsin idarə edtiyi avtomobillə onun avtomobilinə çırpıldığını bildirdi. O, kamera görüntülərinə baxdıqdan sonra kimin baş vermiş hadisədə günahı olduğuna qərar veriləcəyini dedi. Hadisədən sonra ora gələn “Rent a car”ın sahibi yanında planşeti açaraq avtomobilin sürətinə baxdıqda orta sürət olaraq avtomobilin saatda 90 km-lə hərəkət etdiyini bildirdi Halbuki həmin yolda maksimum sürət saatda 60 km sürətdir. O bir gün sonra Nərimanov rayonu DYPŞ-nə gedib eyni izahatı yazıb gəldikdən bir gün sonra onun telefon nömrəsinə daxil olan sms-də guya onun manevr etmə qaydalarını pozduğu və İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə olunduğu qeyd edilmişdi. Bundan sonra o, hadisə yerinə gələn polis əməkdaşının istifadəsində olan 055 ***-**-** saylı mobil telefon nömrəsilə əlaqə saxlayıb hansı səbəbdən onun günahkar bilindiyimi və bunu sübut edən video görüntülərin olub-olmadığını soruşdu. Həmin polis əməkdaşı hadisə zamanı orada olan TŞ kameralarının 360 dərəcə hərəkət etdiyini, hadisə anını qeydə almadığını bildirdi. O, bəs hansı səbəbdən günahın onda görüldüyüni soruşanda o çox gülünc bir şəkildə hadisə zamanı onun manevr etdiyini dediyini bildirdi. O qanundan xəbəri olmayan həmin polis əməkdaşına manevr etmənin qayda pozuntusu olmadığını, onun avtomobilimi vuran maşının qarşısına çıxamadığını, o manevr edən zaman yolun boş olduğunu hər manevr edənin qayda pozuntusu etdiyini düşünmənin gülünc olduğunu ona izah etməyə çalışsa da, çox çarəsiz vəziyyətdə olub vəziyyətdə necə çıxacağını bilməyən, hadisəni demək olar ki, araşdırmayıb onu yola verən, ətrafda çoxsaylı iaşə obyektlərinin kamera görüntülərinə baxmaq əziyyətinə qatlaşmaq istəməyən, 360 dərəcə çəkiliş aparan TŞ kamerasının hadisəni qeydi almasa da, 1-2 saniyə əvvəl avtomobillərin hansı vəziyyətdə olması qənaətinə gəlməyə imkan verən görüntüləri əldə etməyən həmin polis əməkdaşı deməyə söz tapmayıb hələ qərarın sistemə vurulmadığını, şikayət etmə hüququnun olduğunu bildirdi. Onun avtomobilini əzən sürücünün idarə etdiyi avtomobil “Rent a car” a məxsusdur, o zaman onun rəhbərinin polsi əməkdaşları ilə sıx əlaqədə olması, onların bir-birlərini tanıması onun başqa şeylərdən şübhələnməmə əsas verir. Çünki onun avtomobili əzən avtomobilin maddi ziyanı daha çox idi və sığorta şirkətinin həmin xərci ödəməsi üçün polisin qərarı lazım idi. X4 şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək, barəsində qəbul edilmiş qərarın əsassız olduğunu və qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Nərimanov Rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Nərimanov Rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati inzibati protokol əsasında qəbul edilmiş tənbeh vermə haqqında qərara əsasən X4 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı X2 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Bakı şəhər Nərimanov Rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati qərar ləğv edilməli, işə yenidən baxılması üçün Bakı şəhər X8 İdarəsinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X4 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan X7 ioğlu barəsində xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək X2 iştirakını təmin etməmiş və bununla onun hüquqlarını pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X4 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X4 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Bakı şəhər Nərimanov Rayon DYPŞ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X3 İXM-nin 327.1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli X4 barəsində işə yenidən baxılması Bakı şəhər X8 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər Nərimanov Rayon DYPŞ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı qərar ləğv edilsin və işə yenidən baxılması Bakı şəhər X8 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2334/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2334/2023
04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver