Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2335/2025 31.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Natiq Mamedovun iştirakı ilə, «SPARK” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 491.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi «SPARK” MMC-nin barəsində İXM-in 491.1-ci maddəsi ilə EP ******* nömrəli 01 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs «SPARK” MMC-nin nümayəndəsi etibarnamə üzrə nümayəndəsi Natiq Mamedov məhkəmə iclasında izahat verərək bildirmişdir ki, gömrük orqanının iddia etdiyi inzibati xəta "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli 276 ünvanında yerləşən anbarında törədilmişdir. Bundan əlavə "xxxx" MMC-nin həm hüquqi ünvanı, həm faktiki fəaliyyət ünvanı, həm anbarı, həm də iş materialında olan Bakı Baş Gömrük İdarəsi Monitorinq şöbəsinin əməkdaşlarının və "xxxx" MMC-nin əməkdaşı iddia olunan Təyyar Sadıqovun iştirakı ilə imzalan akt Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli 276 ünvanında tərtib olunaraq imzalanmışdır. Aktda Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 276 ünvanı mexaniki səhv olaraq qeyd edilmişdir. Əhməd Rəcəbli 276 ünvanı Bakı şəhərinin Nərimanov rayonunun deyil, Binəqədi rayonunun ərazisində yerləşir. O, «SPARK” MMC-nin barəsində İXM-in 491.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola dair inzibati material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, «SPARK” MMC barəsində İXM-in 491.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmənin elektron sistemindən çıxarılmış «SPARK” MMC barəsində vergi ödəyicilərinin məlumatından göründüyü kimi, həmin hüquqi şəxsin hüquqi ünvanı AZ 1108, ünvan 5dəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır; 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair "17 mart 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan inzibati xətalar fəslində nəzərdə tutulan inzibati xətaların törədilmə vaxtının və yerinin müəyyən edilməsi özünəməxsusluğu ilə seçilir. Belə ki, bu əməllər həm hərəkətlə (bəyannaməyə bilə-bilə yanlış məlumat daxil etmə), həm də hərəkətsizliklə (müəyyən edilmiş vaxtda bəyannaməni təqdim etməmə) törədilə bilər. Həmin inzibati xətalar iki qrupa bölünür: formal və maddi tərkibli xətalar. Formal tərkibli inzibati xətanın obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli inzibati xətalar qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədildiyi andan başa çatmış hesab edilir və məsuliyyətə cəlb etmək üçün ödənilməməsi və ya ödənilməli olan gömrük ödənişlərinin məbləğinin azaldılması və s. kimi mənfi nəticələrin baş verməsi mütləq deyil. Maddi tərkibli inzibati xətalarda isə xətanın obyektiv cəhətinə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən zərərli nəticə də daxil edilir. Maddi tərkibli inzibati xətalar üzrə məsuliyyətin yaranması üçün zərərli nəticənin baş verməsi tələb olunur və belə inzibati xəıa tərkiblərində hərəkət və ya hərəkətsizliklə nəticə arasında səbəbli əlaqə olmalıdır. Bu baxımdan ilkin olaraq inzibati hüquq pozuntusunun (hərəkət və ya hərəkətsizliyin) başa çatdığı vaxt, daha sonra baş verdiyi yer müəyyən edilməlidir. İnzibati Xətalar Məcəlləsində nəzəndə tutulan gömrük qaydaları əleyhinə olan inzibati xətaların təhlili belə nəticəyə gəlməyə imkan verir ki, inzibati xətanın törədilmə yerinin müəyyən edilməsi həmin əməlin hərəkət və ya hərəkətsizliklə baş verməsi ilə şərtləndirilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, «SPARK” MMC-nin barəsində İXM-in 491.1-ci maddəsi ilə EP ******* nömrəli 01 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «SPARK” MMC-nin barəsində İXM-in 491.1-ci maddəsi ilə tərtib olunmuş EP ******* nömrəli 01 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2335/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2335/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver