Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2338/2021 07.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ələkbərov Tural Mehman oğlu, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.1 və 333.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş materialların baxılmağa hazırlanması zamanı, MÜƏYYƏN ETDİM: Şəxs İXM-in 332.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 14.07.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış material baxılması üçün 07.10.2021-ci il tarixdə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi tərəfindən Şəxs İXM-in 332.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair tərtib edilmiş 14.07.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, İXM-in 332.1-ci maddəsi həmin Məcəllənin 43.1-ci maddəsinin tətbiq dairəsinə düşmür. Yəni, İXM-in 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq rayon (şəhər) məhkəmələrinə aid deyildir. İXM-in 34-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İXM-in 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunmalıdır ki, inzibati xəta haqqında protokolda Şəxs tərəfindən İXM-in 333.3-cü maddəsinin tərkibini yaradan əməlin nədən ibarət olması göstərilməmişdir. Şəxs inzibati xətanın törədildiyi yer, kimin zərər çəkməsi, zərərçəkmiş şəxsə hansı miqdarda maddi zərərin yetirilməsi qeyd edilməmişdir. Eyni zamanda AP ******* nömrəli inzibati xəta haqqında protokol 14 iyul 2021-ci il tarixində tərtib edilsə də, məhkəməyə 07 oktyabr 2021-ci il tarixdə göndərilmişdir. İXM-in 103.2-ci maddəsinin tələbinə görə, inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. İXM-in 333.3-cü maddəsinin sanksiyasında inzibati həbs növündə tənbeh tədbiri nəzərdə tutulmasına baxmayaraq inzibati xəta haqqında protokol tərtib edildikdən 2 ay 23 gün sonra baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-in 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə qeyd edir ki, 02 iyun 2021-ci il tarixində “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilsə də, inzibati xəta haqqında protokol 14 iyul 2021ci il tarixində tərtib edilmiş və material məhkəməyə 07 oktyabr 2021-ci il tarixdə təqdim edilmişdir. Bununla da İXM-in 38.3-cü maddəsində nəzərdə tutulan müddətin ötürülməsinə şərait yaradılmışdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, sadalanan halların işə mahiyyəti üzrə baxılması zamanı aradan qaldırılması mümkün olmadığından, inzibati xəta haqqında protokol və ona əlavə edilən sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, İXM-in: 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir; 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 14.07.2021ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-2338/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2338/2021
07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver