Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2339/2021 05.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 499.1.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-1840/21 nömrəli, 24 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" ASC tərəfindən 26.08.2019-cu il tarixli **********5257 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 26.08.2020-ci il tarixədə 1 (bir) il müddətinə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməklə Gürcüstana aparılmışdır. Sonradan "xxxx" ASC tərəfindən 2020-ci il tarixdə təqdim edilmiş ərizə əsasında sözügedən gömrük bəyannaməsində qeyd edilən malların müvəqqəti ixrac müddəti 26.08.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətlərinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışda görünür ki, 26.08.2019-cu il tarixli **********5257 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddətinin son tarixi 26.08.2021-ci il müəyyən edilmişdir. Lakin müvəqqəti ixrac müddətinin 26.08.2021-ci il tarixində bitməsinə baxmayaraq 26.08.2019cu il tarixli **********5257 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddəti bitməmiş "xxxx" ASC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması, müvəqqəti ixrac müddətinin uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Bununla da "xxxx" ASC-nin barəsində İXM-in 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X4 izahatında göstərdi ki, 2020-ci ilin mart ayından ölkədə pandemiya ilə əlaqədar olaraq xüsusi karantin rejimi tətbiq olunmuş, müəyyən müddətlərdə Korporasiyanın fəaliyyəti dayandırılmış, bu səbəbdən şirkətdə yaranmış maliyyə sıxıntıları ilə əlaqədar olaraq müvəqqəti ixrac gömrük prosedurunda yerləşdirilmiş malların digər gömrük proseduru altında yerləşdirilməsi prosesi ləngimişdir. Müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş maşın, texnika, avadanlıqlar həmin respublikaların ərazisində dövlət sifarişli yol-infrastruktur tikintisi lahiyələrinin icrasının həyata keçirilməsi məqsədilə göndərilmiş, lakin, həmin lahiyələrin bitməməsi, hələ də davam etməsi səbəbindən bu texnikaların geri qaytarılması mümkünsüz olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin rəisi tərəfindən tərtib edilmiş 22.09.2021-ci il tarixli raportdan görünür ki, "xxxx" ASC-nin 26.08.2019-cu il tarixli **********5257 sorğu nömrəli Gömrük bəyannaməsində qeyd edilən malların icrac müddəti 26.08.2021-ci il tarixdə bitsə də, həimn malların müvəqqəti ixrac müddətinin uzadılması ilə bağlı müvəqqəti ixrac müddəti bitdikdən 15 gün sonra, yəni 10.09.2021-ci il tarixdə ərizə ilə müraciət edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 10.09.2021-ci il tarixli müraciətindən görünür ki, "xxxx" ASC-nin adına **********5257 saylı GB-sinı uyğun olaraq “müvəqqəti idxal” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin müddətinin 1 (bir) il uzadılmasına icazə verilməsi məqsədi ilə Bakı Baş Gömrük İdarəsinə müraciət edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin nümayəndəsi X2 izahatından görünür ki, "xxxx" ASC transmilli şirkət olaraq istər ölkə daxilində, istər ölkə xaricində iri dövlət yolinfrastruktur tikinti lahiyələrini həyata keçirir, ASC-nin Gürcüstanda, Qazaxıstanda, Özbəkistanda, Türkiyə Respublikasında filial nümayəndəlikləri fəaliyyət göstərir, 2007-ci il tarixdən həmin fəaliyyətlər daha da genişləndirilmiş, bu səbəbdən də Gürcüstanda, Qazaxıstanda, Özbəkistanda müxtəlif lahiyələrin həyata keçirilməsi məqsədilə 2007-ci il tarixdən başlayaraq müxtəlif vaxtlarda maşın, texnika, avadanlıqlar müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməklə qeyd edilən ölkələrə aparılmış, eyni zamanda ölkədaxilində dövlət sifarişi əsasında yol-infrastruktur tikintisi lahiyələrinin icrası məqsədi ilə ölkə xaricində yerləşən öz törəmə müəssisələrindən müvəqqəti olaraq maşın, texnika, avadanlıqlar idxal edilmişdir, 2020-ci ilin mart ayından ölkədə pandemiya ilə əlaqədar olaraq xüsusi karantin rejimi tətbiq olunmuş, hal-hazırda da bu rejim davam etdirilir, ötən müddət ərzində bir necə dəfə Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən sərtləşdirilmş karantin rejimi tətbiq olunmuş, müəyyən müddətlərdə ölkə miqyasında şirkətlərin, o cümlədən Korporasiyanın fəaliyyəti dayandırılmış, bu səbəbdən şirkətdə yaranmış maliyyə sıxıntıları ilə əlaqədar olaraq müvəqqəti ixrac gömrük prosedurunda yerləşdirilmiş malların digər gömrük proseduru altında yerləşdirilməsi prosesi ləngimiş, eyni zamanda müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş maşın, texnika, avadanlıqlar həmin respublikaların ərazisində dövlət sifarişli yol-infrastruktur tikintisi lahiyələrinin icrasının həyata keçirilməsi məqsədilə göndərilmiş, lakin, həmin lahiyələrin bitməməsi, hələ də davam etməsi səbəbindən bu texnikaların geri qaytarılması mümkünsüz olmuşdur. Belə ki, ilkin olaraq bağlanmış müqavilə əsasında icra olunacaq bəlli məsafədə işlər bitdikdən sonra yeni sifarişlər qəbul olunur və beləliklə də, bir neçə növbəti il üçün həmin müqavilələr uzadılır və təbii olaraq sözügüdən maşın, texnika, avadanlıqların həmin ölkələrdə qalması qaçılmaz olur, xarici lahiyələrdə görülən işlərdə birbaşa tərəf kimi "xxxx" ASC çıxış edir və beləliklə də, lahiyələrdən əldə edilən qazanc (valyuta vəsaiti) ölkəyə daxil olur, ASC öz subyektləri ilə imzalanmış daimi və əvəzsiz istifadə müqaviləsi əsasında müvəqqəti ixrac prosedurunda yerləşdirilmiş maşın, texnika, avadanlıqları öz balansından çıxararaq həmin ölkələrdə yerləşən filial və nümayəndəliklərin balansına və istifadəsinə vermək niyyətindədir. Bu istiqamətdə işlər gedir, artıq müqavilə, digər sənədləşdirmə işləri aparılır, hal-hazırda həmin malların inventarizasiya prosesi aparılır, belə ki, qeyd edilən müqavilə və digər sənədləşmələr saz vəziyyətdə olan texnikalara şamil edilməyəcəkdir. Həmin malların ölkəyə geri qaytarılması təmin ediləcəkdir, digər mallar isə daimi ixrac prosedurunda rəsmiləşdiriləcəkdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Azfen” BM Azərbaycan Respublikasının İXM-nin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. 499.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. 76.1 -ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" ASC Azərbaycan Respublikasının İXM-nin 499.1.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2339/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2339/2021
05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver