Məhkəmə qərarları › İş №3(005)-234/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-234/2022

22.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-234/2022 22.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı X1, Zərər çəkmiş şəxs- X3, Müdafiəçi – 12 saylı Vəkil Bürosunun vəkili Vəkil Ələsgər qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 22 yanvar 2022-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin təhqiqatçısı Rövşən Bayramovun 21 yanvar 2022-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 22 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 18.06.2021-ci il tarixdə X7 mərc oyunu oynamağı vəd verərək 300 manatını mənimsəyərək dələduzluq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis mayoru Rəvan Salayev bildirdi ki, X8 polis şöbəsinə müraciət edərək X8 lotoreya oynamaq məqsədi ilə Şəxs məxsus kart hesabına pul köçürmüş, həmin pulu ələ keçirmiş, nəticədə ona 300 manat maddi ziyan dəymişdir.Şikayət əsasında araşdırma aparılmış və nəticədə cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmişdir. Lakin, baş vermiş əməldə inzibati xəta tərkibi olduğundan onu törətmiş şəxs müəyyən edilərək barəsində tərəfindən İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin Şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində 21 yanvar 2022-ci il tarixdə verdiyi izahatda özünü təqsirli bilərək göstərmişdir ki, 18.06.2021-ci il tarixdə Lamiyə adlı tanışımın bacısı Firuzənin vasitəsi ilə tanıdığım X8 ilə tanış olmuş,həmin vaxt o mənimlə telefon vasitəsi ilə danışdıqdan sonra ona bir neçə şəxslərlə birlikdə lotoreya oynadığını bildirmiş, həmin tanışı lotereya oyununa qoşulmaq istəmişdir. Arzuya həmin vaxt 300 manat ödəyəcəyi təqdirdə növbəti ayda 3000 manat götürə biləcəyini bildirmiş, həmin tarixdə Arzu onun kart hesabına 300 manat pul göndərmişdir. 2021-ci ilin iyul ayında oynadıqları lotereya oyununu bir neçə nəfər tərk etdiyinə görə və hal-hazırda heç bir yerdə işləmədiyinə görə Arzuya heç bir məbləğ ödəyə bilməmişdir. Şəxs söz verərək gifadəsində göstərmişdir ki, yaxın zamanlarda işə düzəldikdən sonra X4 aldığı 300 manat pulu onu geri qaytaracaqdır. Zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxslə barışmış və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında göstərdi ki, ona vurulmuş ziyan tam ödənilmiş və o, Şəxs bağışlamışdır. Heç bir şikayət və tələbi yoxdur. İş üzrə başlanılmış icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, zərərçəkmiş şəxs X6 olan borcunu ödəmişdir.Heç bir şikayət və tələbi yoxdur. İş üzrə başlanılmış icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 müdafiəçisi Hacıyeva X5 Arzu Fayaz qızına olan borc ödəndiyindən və Şəxs himayəsində yetkinlik yaşına çatmayan övladı olduğundan iş üzrə başlanılmış icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin təhqiqatçısı Rövşən Bayramov tərəfindən toplanmış material üzrə cinayət təqdibi olmadığından, fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti məlumat üçün Nərimanov Rayon prokuroruna və maraqlı tərəflərə göndərilmişdir; İXM-in: 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir; Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə dəyən ziyanın tamamilə ödənilməsi və onunla barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar