Məhkəmə qərarları › İş №3(005)-234/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-234/2024

14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-234/2024 14.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X5, Zərər çəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi və vəkili Bakı şəhəri 39 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbəri Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbəri Şəxs barəsində MN seriyalı, ******* nömrəli, 22 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, icra sənədinin icrası cavabdeh təşkilatın direktoru tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbəri Şəxs icra məmurunun qanuni tələblərini icra etməmişdir. Bununla da borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru tərəfindən 22 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X6 tərtib etmiş olduğu protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7064/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs1 2022-ci ilin fevral ayından azaldılmış əmək pensiyasının əvvəlki məbləğdə - 529 manat məbləğində ödənilməsinin bərpa olunması və əmək pensiyanın 308 manata endirildiyi gündən bu günə qədər azaldılan məbləğin ödənilməyən hissələrinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1451/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddiaçı X3 ödənilmiş 24.304,54 manat pensiya məbləğinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ödənilməsi barədə hərəkətləri qanunsuz hesab edilərək təyin edilmiş əmək pensiyasının 01.01 2021-ci il tarixdən bərpa olunması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1398/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs3 xx.xx.2009-cu ildən, yəni 52 yaşı tamam olan tarixdən həmin tarixdə qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun şərtləri əsasında yəni 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülərək 1 nömrəli siyahı üzrə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF Xəzər rayon şöbəsinin üzərinə qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(82)- 1796/2016 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən İddiaçı Zərərçəkmiş şəxs2 1974-cü ildən 1977-ci ilədək 50 nömrəli orta texniki peşə məktəbində təhsil müddətini, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək hərbi xidmətdə olduğu dövrün sosial sığorta stajı kimi, habelə “Neftqaztikinti trestinin idarələrində xx.xx.1980-ci il tarixdən 01,08.1997-ci il tarixədək iş stajının AR Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrinin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla xx.xx.2009-cu il tarixdən (50 yaş ) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təyin edilmiş pensiyanın xx.xx.2009-cu ildə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi DSMF Nizami rayon şöbəsinə həvalə edilməlidir. Qeyd olunan sənədlər bir icraatda birləşdirilmişdir. İcra sənədlərinin icrası tələb olunan qaydada üzrsüz səbəbdən icra olunmamışdır. Belə ki, Zərərçəkmiş şəxs1 tələbkar olduğu Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7064/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi xx.xx.2023-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış və icra olunması üçün borcluya göndərilmişdir. İcraat zamanı edilmiş bildirişə münasibətdə xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatın xx.xx.2023-cü il tarixli cavab məktubu daxil olmuşdur. Həmin məktubda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7064/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli qərarının icrası məqsədilə Zərərçəkmiş şəxs1 əmək pensiyasının yenidən hesablanaraq 667.62 manat pensiyasının manat məbləğində müəyyən edilməklə məhkəmə qərarının icrasının tam başa çatdırıldığı bildirilərək icra sənədinin icraatına xitam verilməsi xahiş edilmişdir. Qeyd edilən cavab məktubu ilə bağlı olaraq tələbkar Zərərçəkmiş şəxs1 məlumat verilmişdir. Zərərçəkmiş şəxs1 məktuba münasibətdə bildirmişdir ki, avqust ayında 667.62 manat pensiya aldığını, lakin sentyabr ayında yenidən 389 manata azaldıldığı barədə ərizə yazaraq göndərdiyini şifahi şəkildə ifadə etmişdir. Bundan sonra da İcra sənədinin icrasının təmini məqsədi ilə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala xx.xx.2023-cü il tarixdə müraciət edilmiş, məhkəmə qərarının icrasının məcburiliyi izah edilmiş, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsi tələb olunmuşdur, lakin icra sənədinin icrasına biganə yanaşılaraq, eyni məzmunlu cavab verilmişdir. X1 iddiaçı olduğu Bakı inzibati Məhkəməsinin 2-1(112)- 1451/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi müvafiq qaydada icra olunması üçün cavabdeh təşkilata göndərilmişdir. Lakin cavabdeh təşkilat bu icra vərəqəsinin icrası ilə bağlı da məhkəmə qərarının icrası məqsədilə şəxsin cari ilin avqust ayında 642,79 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edildiyini bildirərək icra sənədinin icra olunduğunu bildirsə də, sonraki cari ilin sentyabr ayından dayandırılması haqqında inzibati aktın qəbul edildiyi, eyni zamanda cari ilin noyabr ayından 60 yaşından 28 noyabr 2021- ci il tarixdən ona 442.01 manat güzəştli şərtlərlə əmək pensiyasının təyin edildiyi və pensiya hüququnun yarandığı tarixdən ona keçmiş müddət üçün artıq ödənilmiş pul vəsaiti ilə bağlı tutulmalar aparıldığı barədə şöbəyə məktub ünvanlamışdır. Qeyd edilən məsələ ilə bağlı tələbkarın etibarnamə üzrə nümayəndəsi X2 dəfələrlə şöbədə və digər dövlət orqanlarında olmuş məhkəmə qərarının bir ay müddətində icra olunduğunu lakin sonradan məhkəmə qərarı olmadan tutulmaların davam etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 iddiaçı olduğu icra sənədi ilk dəfə xx.xx.2020-ci il tarixdə Binəqədi rayon icra şöbəsinin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış və icra olunması üçün cavabdeh qismində tanınan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. İcraat materiallarında cavabdeh təşkilat tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-1397/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edildiyi müəyyən edilmişdir. Habelə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1 (103)- 1727/2021 saylı qərardadı və Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci i tarixi qərardadlarına əsasən məlum olmuşdur ki, cavabdeh tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə Bakı İnzibati Məhkəməsinin 2-1(82)- 1397/2018 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə rədd edilmiş və həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli və Ali Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq qərardadları ilə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Cavabdeh təşkilatın fəaliyyət göstərdiyi ünvanının dəyişməsi ilə əlaqədar Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1397/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi xx.xx.2023cü il tarixdə Binəqədi rayon icra şöbəsi tərəfindən Nərimanov rayon icra şöbəsinə göndərilmişdir. Həmin icra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuşdur. Tərəfimizdən xx.xx.2023-cü il tarixdə icra olunması üçün cavabdeh təşkilata göndərilmişdir. Cavabdeh təşkilat tərəfindən 04 aprel 2023-cü il tarixli cavab məktubu daxil olmuşdur. Həmin cavab məktubuna əsasən müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılan xidməti araşdırma zərurəti ilə əlaqədar Zərərçəkmiş şəxs3 güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyanın ödənişi dayandırılmışdır. Araşdırma nəticəsində qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2021-ci il tarixli məktubuna əsasən sözügedən iş üzrə cinayət işinin başlanmasına dair qərar qəbul edilmişdir. Araşdırma nəticəsində nəticəsində Zərərçəkmiş şəxs3 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun xx.xx.2014-cü il tarixində 57 yaşdan olduğu müəyyən edilmişdir, Zərərçəkmiş şəxs3 həmin tarixdən hesablanmaqla 841,36 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan əlavə Fərhad Məmmədonva artıq ödənilmiş 58850,31 manat pul vəsaiti adıçəkilən şəxsin əmək pensiyasından hər ay 168, 27 manat çıxılmaqla tutularaq büdcəyə bərpa edildiyi də bildirilmişdir. Əlavə olaraq o da qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdən adıçəkilən şəxsin əmək pensiyasının məbləği 984,16 manat təşkil edir. Qeyd olunanlara əsasən icra sənədi icra olunmuş hesab olunduğundan icra sənədi üzrə başlanmış icraata xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Həmin icra sənədi xitam qərarının ləğvindən sonra ikinci dəfə xx.xx.2023-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuşdur. Həmin icra sənədinin icrası ilə bağlı xx.xx.2023-cü il tarixdə müvafiq qaydada icraata başlanılaraq icra olunması üçün Sizə xx.xx.2023-cü il tarixli, № 248318/2023-15-13-001 saylı bildiriş təqdim edilmişdir. Tələbkar tərəfindən şöbəyə təqdim edilmiş Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubunda Zərərçəkmiş şəxs3 pensiyasının dayandırılması barədə hər hansı bir tədbir görülmədiyi, həmçinin istintaqın ilkin mərhələsində sonuncunun əməlində hər hansı qanun pozuntusunun olmasının müəyyən edilməməsi bildirilmişdir. Bu barədə cavabdeh təşkilata məlumat verilsə də, cavabdeh təşkilat icra sənədini 52 yaşdan deyil, inzibati icraat əsasında 57 yaş əsasında qismən aylıq sosial sığorta kapitalı əsasında hesablamışdır. Zərərçəkmiş şəxs2 iddiaçı olduğu Bakı İnzibati Məhkəməsinin 2-1(82)- 1796/2016 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 52 yaş deyil, inzibati icraat əsasında qismən aylıq sosial sığorta kapitalı əsasında hesablanmışdır. Qeyd olunan icra sənədləri məhkəmə qərarı əsasında tələb olunan qaydada icra olunmadığından cavabdeh təşkilatın direktoru Şəxs xx.xx.2024-cü il tarixdə inzibati protokol tərtib olunacağı barədə bildiriş təqdim edilmiş və şöbəyə dəvət edilmişdir. Sözügedən tarixdə barəsində inzibati protokol tərtib edilən şəxs şöbəyə gəlməmiş, onun yerinə etibarnamə üzrə nümayəndəsi DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın hüquq və məhkəmə məsələləri iş şöbəsinin müdiri X7 şöbədə qəbulda olmuşdur. Yuxarıda göstərilən icra sənədləri üzrə eyni məzmunlu ifadə verərək akt tərtib olunmuş müvafiq sənədləri şöbəyə təqdim etmişdir. Sənədlərə nəzər yetirərkən müəyyən olunmuşdur ki, icra sənədləri qismən icra olunsa da sözügedən qismən hissəsi də məhkəmə qərarının tələbinə uyğun deyil, daxili inzibati icraatları əsasında icra olunmuşdur. Bu da onu göstərir ki, məhkəmə qərarı tələb olunan qaydada icra olunmamışdır. Nəticədə cavabdeh təşkilatın direktoru Şəxs məhkəmə qərarı ilə müəyyən edilmiş icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən, qərəzli olaraq icra sənədi üzrə üzərinə qoyulmuş vəzifəni icra etməkdən yayınmışdır. Yekunda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbəri Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirakı edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 çıxış edərək bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7064/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ona 2022-ci ilin fevral ayından azaldılmış əmək pensiyasının əvvəlki məbləğdə - 529 manat məbləğində ödənilməsinin bərpa olunması və əmək pensiyanın 308 manata endirildiyi gündən bu günə qədər azaldılan məbləğin ödənilməyən hissələrinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulmalıdır. İcra sənədi borclu tərəfindən qərəzli olaraq icra edilmir. İcra sənədinin tam icrasını tələb edir. Məhkəmə iclasında iştirakı edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 çıxış edərək bildirmişdir ki, icra sənədi borclu tərəfindən qərəzli olaraq icra edilmir. İcra sənədinin tam icrasını tələb edir. Məhkəmə iclasında iştirakı edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 çıxış edərək bildirmişdir ki, icra sənədi borclu tərəfindən qərəzli olaraq icra edilmir. İcra sənədinin tam icrasını tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi və vəkili Bakı şəhəri 39 saylı Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirmişdir ki, hazırda tələbkarlar Fərhad və Rafiqin barəsində sənədlərin saxtalaşdırılmasına dair fakt əsasında araşdırma aparılır. O səbəbdən onlara aid hissədə icra sənədini icra etmirlər. İcra sənədini icrasından qərəzli olaraq yayınmırlar. Onlara vaxt verilərsə digər zərər çəkmiş şəxslərə münasibətdə icra sənədini icra etməyə çalışarlar. Eyni zamanda Bakı şəhəri 39 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəməyə yazılı şəkildə etirazını təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbəri Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbəri Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7064/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs1 2022-ci ilin fevral ayından azaldılmış əmək pensiyasının əvvəlki məbləğdə - 529 manat məbləğində ödənilməsinin bərpa olunması və əmək pensiyanın 308 manata endirildiyi gündən bu günə qədər azaldılan məbləğin ödənilməyən hissələrinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1451/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddiaçı X3 ödənilmiş 24.304,54 manat pensiya məbləğinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ödənilməsi barədə hərəkətləri qanunsuz hesab edilərək təyin edilmiş əmək pensiyasının 01.01 2021-ci il tarixdən bərpa olunması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1398/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs3 xx.xx.2009-cu ildən, yəni 52 yaşı tamam olan tarixdən həmin tarixdə qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun şərtləri əsasında yəni 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülərək 1 nömrəli siyahı üzrə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF Xəzər rayon şöbəsinin üzərinə qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1796/2016 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən İddiaçı Zərərçəkmiş şəxs2 1974-cü ildən 1977-ci ilədək 50 nömrəli orta texniki peşə məktəbində təhsil müddətini, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək hərbi xidmətdə olduğu dövrün sosial sığorta stajı kimi, habelə “Neftqaztikinti trestinin idarələrində xx.xx.1980-ci il tarixdən 01,08.1997-ci il tarixədək iş stajının AR Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrinin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla xx.xx.2009-cu il tarixdən (50 yaş ) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təyin edilmiş pensiyanın xx.xx.2009-cu ildə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi DSMF Nizami rayon şöbəsinə həvalə edilməlidir. “İcraatın birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7064/2022 saylı xx.xx.2022-ci il tarixli, 2-1(112)-1451/2022 saylı xx.xx.2022-ci il tarixli, 2-1(112)-4389/2021 saylı xx.xx.2021-ci il tarixli, 2-1(82)- 1398/2018 saylı xx.xx.2018-ci il tarixli, 2-1(82)-1796/2016 saylı xx.xx.2023-cü il tarixli, 2- 1(82)-2782/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbəri Şəxs icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, icra vərəqəsinin icrasını tam şəkildə təmin etməmiş, icra sənədinin icrasının təmin edilməsinə hərəkətsizlik göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə işin digər hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbəri Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar