Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2340/2024 07.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Dilənova Aydan Vüsal qızının katibliyi ilə İnzibati protokol tərtib edən qurumun nümayəndəsi Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, X5 barəsində Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, O, X13 Rover markalı Universal tipli, 90ZS909 qeydiyyat nişanlı minik avtomobilini idarə edir. Onu bu avtomobillə xx.xx.2024-cü il tarxində Bakı şəhəri, Molla Cümə küçəsində hərəkət edən zaman X12 İdarəsinin işçiləri saxlamışlar. O, yol polisi əməkdaşlarından özlərini təqdim etmələrini istəsə də, onlar özlərini təqdim etməyərək "Polis haqqında" Azərbaycan Respublikasının Qanunu və “Yolpatrul xidməti haqqında Təlimat”-m müddəalarını kobud şəkildə pozmuşlar. İlk olaraq o maşınının üst hissəsində qanunsuz dəyişikliklər etməyim deyilmişdir. Lakin o, belə bir şey etmədiyi üçün buna etiraz etmiş və maşını necə almışsa, elə də saxladığını və qanunsuz heç bir dəyişiklik etmədiyini demişdir. O, maşını alarkən maşın məhz bu cür idi və o, heç bir dəyişiklik etməmişdir. Bu zaman yol polis əməkdaşları ona başqa bəhanələrlə cərimə yazmaq istədilər. Belə ki, ona belə bir hal olmadığı təqdirdə piyadaya yol vermədiyini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyimi dedilər. O, heç bir qanun pozuntusu etmədiyi üçün etiraz etsə də, bu fayda verməmişdir. Nəticədə, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməyinə dair İXP6410230 nömrəli, xx.xx.2024-cü il tarixli İnzibati xəta törədilməsi barədə protokol tərtib edildi. Bu protokola əsasən inzibati tənbeh vermə barədə xx.xx.2024-cü il tarixli Qərar qəbul edildi. Bu qərara əsasən ona 50 manat miqdarında cərimə yazılmışdır. Qəbul edilən bu Qərar və yazılan cərimə isə tamamilə qanunsuz və əsassızdır. Belə ki, o heç bir inzibati xəta əməli törətməmişdir. Yol polisi əməkdaşının ona dediyi ilk xəta maşının üst hissəsində qanunsuz dəyişiklik etməyilə bağlı idi. Lakin belə bir dəyişiklik etmədiyi üçün sonradan yol polis əməkdaşları ona piyadaya yol vermədiyi üçün başqa inzibati xəta əməli törətdiyimi dedilər. Lakin o buna etiraz edərək belə bir şey etmədiyini dedi. Piyadaya yol verməmək sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi, ümumilikdə yolda hərəkətinə maneə yaradılması başa düşülür. Lakin o həmin inzibati xətanı törətməmiş, yuxarıda sadaladığı əməllərin heç birini etməmişdir. Yol polisi əməkdaşları ona qarşı əsasssız ittihamlar irəli sürmüşlər. O, deyilənlərə etiraz etsə də, etirazları nəzərə alınmamışdır. Nəticədə isə onun barəsində tamamilə qanunsuz və əsassız olaraq əsasən inzibati tənbeh vermə barədə xx.xx.2024-cü il tarixli Qərar qəbul edilmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınmasını və barəsində müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində tərtib olunan qərardan şikayət vermiş şəxs X5 məhkəmə iclasıma gəlməmiş, elektron məhkəmə informasiya sisteminə ərizə ünvanlayaraq onun iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsin iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini uyğun hesab etmişdir. İnzibati xəta haqqında qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin nümayəndəsi X8 çıxış edərək bildirdi ki, X5 barəsində tərtib olunmuş inzibati xəta haqqında qərar qanunvericliyin tələblərinə uyğun tərtib edilmişdir. Həmçinin o şəxsin inzibati xəta pozuntusunu əks etdirən videogörüntünü təqdim edərək, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, DVD diskə baxış keçirib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən tərtib olunmuş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X6 tərəfindən Azərbaycan Respublikası İXM-in 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq olunan DVD-diskdən görünür ki, xx.xx.2024-cü il tarixində X3 inzibati xəta pozuntusu törətdiyi faktı aşkar olunmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. İXM-nin 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. İXM-nin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompyuter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. X2 inzibati xəta pozuntusu təqdim edilmiş videogörüntü ilə bir daha öz təsdiqini tapmışdır. Bu səbəbdən X3 Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməməlidir. İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2340/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2340/2024
07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver