Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2343/2022 16.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 08:30-da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: 18 iyun 2022-ci il tarixli, HK-1 N 678 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 08:50-də, Bakı şəhər BPİ-nin DYPİ-nin NH-dən Yaqubov məlumat verərək, Ziya Bünyadov pr. ilə Azadlıq pr-nin kəsişməsində xəsarətlə nəticələnən YNH baş verməsini bildirmişdir. 18 iyun 2022-ci il tarixli, HK-2 N 7540 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə 10:02-də, 1 saylı TTYS-dən həkim Muradova məlumat verərək, Ziya Bünyadov pr. ilə Azadlıq pr-nin kəsişməsində baş vermiş YNH nəticəsində 1980-ci il təv. X7 alının kəsilmiş yarası, 1990-cı il təv. X3 bazunun küt travması xəsarəti ilə müraciət etmələrini bildirmişdir. Aparılan araşdırma zamanı X8 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 08:30 radələrində idarə etdiyi, texniki cəhətdən saz olan Toyota Prius markalı **-PT- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə 20 Yanvar dairəsi istiqamətindən üzü Azadlıq prospekti istiqamətində hərəkət edirdi. Qeyd olunan küçələrin kəsişməsinə çatdıqda, hərəkəti Naxçıvani küçəsi istiqmətində davam etdirmək üçün sola dönüb, köprünün alt hissəsindən “Baş yol” nişanının tələbinə əsasən Z.Bünyadov prospekti ilə Azadlıq prospektlərinin kəsişməsində yerləşən yol ayrıcına daxil olub təxminən 30 km/saat sürətlə hərəkətini düzünə davam etdirib. Bu zaman Z.Bünyadov prospekti ilə Atatürk prospekti istiqamətindən üzü 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olan Opel Astra minik markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hərəkət hissəsində quraşdırılmış “Yol verin” yol nişanının tələbinə riayət etmədən kəsişməyə daxil olması səbəbindən qeyd olunan avtomobilin ön hissəsi onunla eyni istiqamətdə qarşısında hərəkətdə olan Daevoo markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra Opel Astra minik markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hərəkətini davam etdirdiyindən qeyd olunan avtomobilin ön hissəsi ilə onun idarə etdiyi avtomobilin ön sağ tin hissəsi ilə toqquşmuşdur. Toqquşma yolnəqliyyat hadisəsi zamanı Daevoo markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan iki nəfər şəxs xəsarət aldıqları üçün hadisə yerinə dəvət olunmuş TTYS-nin həkimləri tərəfindən xəstəxanaya aparılmışlar. Aparılan araşdırma zamanı X2 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 08:30 radələrində idarə etdiyi, texniki cəhətdən saz olan “Daevoo markalı” minik markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə 20 Yanvar dairəsi istiqamətindən üzü Azadlıq prospekti istiqamətində təxminən 30 km/saat sürətlə hərəkət edirdi. Qeyd olunan küçələrin kəsişməsinə çatdıqda, hərəkəti Naxçıvani küçəsi istiqmətində davam etdirmək üçün sola dönüb, köprünün alt hissəsindən “Baş yol” nişanının tələbinə əsasən Z.Bünyadov prospekti ilə Azadlıq prospektlərinin kəsişməsində yerləşən yol ayrıcına daxil olub hərəkətini düzünə davam etdirdi. Bu zaman Z.Bünyadov prospekti ilə Atatürk prospekti istiqamətindən üzü 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olan Opel Astra minik markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hərəkət hissəsində quraşdırılmış “Yol verin” yol nişanının tələbinə riayət etmədən kəsişməyə daxil olması səbəbindən qeyd olunan avtomobilin ön hissəsi onun idarə etdiyi avtomobilin sağ yan hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra Opel Astra minik markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hərəkətini davam etdirdiyindən qeyd olunan avtomobilin ön hissəsi ilə onun eyni istiqamətdə arxasında hərəkətdə olan Toyota Prius markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ tin hissəsi ilə toqquşmuşdur. Toqquşma yol-nəqliyyat hadisəsi zamanı Daevoo markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan iki nəfər şəxs xəsarət aldıqları üçün hadisə yerinə dəvət olunmuş TTYS-nin həkimləri tərəfindən xəstəxanaya aparılmışlar. Aparılan araşdırma zamanı X7 və X1 vermiş olduqları izahatlarla eyni məzmunlu izahatlar verərək, sonuncunlar tərəfindən göstərilən xüsusatları bir daha təsdiq etmişlər. Aparılan araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 08:30 radələrində idarə etdiyi, texniki cəhətdən saz olan “Opel Astra” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə sağ köməkçi yolda Atatürk prospekti istiqamətindən üzü 20 Yanvar dairəsi istiqamətində orta zolaqla təxminən 50 km sürətlə hərəkətdə olarkən qeyd olunan prospektin Atatürk prospekti ilə kəsişməsinə çatdıqda yolun hərəkət hissəsinin kənarında quraşdırılmış 2.4 yol nişanını görmədiyi üçün dayanmadan kəsişməyə daxil olub təxminən 1-2 metr məsafə qət etmişdir ki, Azadlıq prospekti ilə Naxçıvani küçəsi istiqamətində hərəkətdə olub 2.1 nişanının tələbinə əsasən kəsişməyə daxil olmuş Daevoo markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi ilə ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin ön sol hissəsi ilə toqquşdu. Bundan sonra idarə etdiyi avtomobilin ön hissəsi Daevoo markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasında düzünə hərəkətdə olan Toyota Prius markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ tin hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində yaranmış zərbənin təsirindən Daevoo markalı avtomobildə sərnişin qismində olan iki nəfər sərnişin xəsarət aldıqları üçün hadisə yerinə dəvət olunmuş TTYS-nin həkimləri tərəfindən xəstəxanaya aparılaraq həkim müayinələrindən keçmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 611 nömrəli ekspert rəyindən görünür ki, X5 almış olduğu xəsarətlər-sağ bazunun kəsilmiş, sağ saidin və sağ mil-bilək nahiyəsinin səthi kəsilmiş yaraları iti kənara malik əşyanın, ola bilsin sınmış şüşə parçalarının iti kənarının təsirindən, döş qəfəsinin sağ çiyin qurşağının əzilməsi isə küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 613 nömrəli ekspert rəyindən görünür ki, X4 almış olduğu xəsarətlər-alın nahiyəsinin kəsilmiş yarası iti kənara malik əşyanın, ola bilsin sınmış şüşə parçalarının iti kənarının təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 04 iyul 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmişşəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2343/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2343/2022
16.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver