Məhkəmə qərarları › İş №3(005)-2343/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2343/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2343/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 17ci Polis şöbəsinin sahə inspektoru X3, zərərçəkmiş şəxs X7, Tərcüməçi – X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Ukrayna Respublikasında anadan olmuş, Ukrayna Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs Mixayılovnanın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 510–cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına 08 iyul 2025-ci il tarixdə şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinin sahə inspektoru X8 tərəfindən Şəxs Mixayılovna barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 08 iyul 2025-ci tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokolda göstərilir ki, Ukrayna vətəndaşı Şəxs Mixayılovna 26 iyun 2025 ci il tarixdə X10 ünvan 2 ünvanında nalayiq ifadələrlə təhqir. Nəticədə Şəxs Mixayılovna İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətan törətmişdir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinin sahə inspektoru X8 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mixayılovna özünü Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki (tərcüməçinin iştirakı ilə), o, iş yerində olarkən Səidə xanım ora yaxınlaşmış, sifarişindən narazı qaldığı üçün verdiyi parçanı geri istəmişdir. Ona pulununun və yeni parçanın veriləcəyi bildirilsə də, anidən onları təhqir etməyə, idaərnin iş rejimini pozmağa başlamış, ətrafda olan insanlar bunu görmüşdür. Həmin vaxt ona irad bildirərək, iş yerini tərk etməsini xahiş etmişdir. Lakin, həmin qadın çıxmaqdan imtina etdiyindən onun barəsində “102” xidmətinə məlumat vermişdir. Qeyd etmişdir ki, baş vermiş zamanı təhqir olunan özü olmuş, Səidə xanımı təhqir etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X13 izahatında göstərmişdir ki, Şəxs əl işlərini “Tiktok” sosial şəbəkəsində görərək ona müraciət etmiş və məhsul sifariş vermişdir. Lakin, məhsulu aldıqdan sonra keyfiyyətsiz tikildiyini, o cümlədən əvvəlki ipək parçalarının atıldığını görmüşdür. Keyfiyyətsiz əl işi ilə bağlı həmin iş yerinə müraciət etmiş və ona ödənişin, parçaların qaytarılmasını istəmişdir. Həmin vaxt Şəxs onu təhqir etmiş, iş yerindən qovmuşdur. Bu zaman onun barəsində “102” xidmətinə müraciət etmişdir. Hazırda ondan şikayətçidir və barəsində tədbir görülməsini xahiş edir. Əlavə olaraq qeyd etmişdir ki, Şəxs təhqir etməmiş, təhqir edilən özü olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 İvaşenko ilə oxşar məzmunlu izahat vermiş, Səidə xanım ora yaxınlaşanda ona narazı olduğunu görüb yenidən tikdikləri əşyaları düzəldəcəklərini bildirsə də, sonuncu buna etiraz etmiş, Lyudmila xanımı təhqir etmiş, ancaq Lyudmila xanım tərəfindən ona qarşı heç bir nalayiq ifadə işlədilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 Abuşərifova ilə oxşar məzmunlu izahat vermiş, Səidə xanım tərəfindən anasının təhqir edildiyini, lakin anasının ona qarşı hər hansı nalayiq ifadə işlətmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Telefonda olan viedo görüntülərə baxış keçirilərkən Şəxs Mixayılovna tərəfindən ünvan 2 ünvanında ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin edilməsi müəyyən olunmadı. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Mixayılovnanı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İnzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcədə inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs Mixayılovna tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olması müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına görə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilərək inzibati məsuliyyətə səbəb olur. Qanunvericiliyin mənasına görə, obyektiv cəhətdən xırda xuliqanlıq ictimai qaydanı pozan hərəkətlərlə, yəni fiziki şəxslər üzərində zor tətbiq olunması ilə; zorun tətbiq edilməsi hədəsi ilə; dövlətin və vətəndaşların əmlaklarının məhv edilməməsi; əmlakın zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin törədilməsi ilə törədilir. Hazırkı iş üzrə isə görünür ki, Şəxs Mixayılovna tərəfindən Ukrayna vətəndaşı Şəxs Mixayılovna tərəfindən 26 iyun 2025 ci il tarixdə ünvan 2 ünvanında məhz qeyd olunan inzibati xəta tərkibini yaradan hərəkətlərə yol verilməmişdir. Əksinə, təqdim edilmiş videogörüntülərdə zərərçəkənin səs-küy salması müşahidə edilsə də, tərəflərin heç biri tərəfindən nalayiq ifadə işlədilməsi, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verilməsi müəyyən edilməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs Mixayılovnanın əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Mixayılovnanın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən (imza var) Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar