Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2345/2022 10.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1960-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Nadir Rzazadənin 05 iyul 2022-ci il tarixli qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 11:40-da Bakı şəhəri, DYPİ-nin NH-dən məlumat daxil olmuşdur ki, Baksol yolunda sərnişin avtobusu yük maşını ilə toqquşması nəticəsində xəsarət alan olmuşdur. Bununla da, Şəxs tərəfindən İXM-in 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib olunmuşdur. İş üzrə zərərçəkmiş şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 62.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, özünü İXM-in 327.8-ci maddəsi ilə özünü təqsirli bilib izahatında göstərdi ki, 71 nömrəli sərnişin marşurut avtobusunun sürücüsüdür. xx.xx.2022-ci il tarixində saat 11:30 radələrində idarə etdiyi sərnişin avtobusu ilə İ.Abışov küçəsi istiqaməti ilə üzü Baksol yolu ilə olan kəsişməyə doğru saatda 30-40 km sürətlə hərəkətdə olarkən onun hərərkət zolağına daxil olaraq hərəkətdə olan sərnişin mikro avtobusu yol vermək üçün maşının işıqları işarə etdi və ona sol tərəfə idarə etdiyi avtobusu çəkib yəni sol əks zolağa sürüb dayanmış vəziyyətdə olan Kamaz markalı yük maşınını sol ön tərəfinə toqquşmuşdur. Törətdiyi əməldən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN BDYPİ QİŞ 1 saylı Asan xidmət mərkəzi tərəfindən verilmiş 471465 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Məmmədov Şəxs AB kateqoriyalı sürücüdür; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 09 iyun 2022-ci il tarixli, 568 nömrəli rəyindən görünür ki, Şəxs adına tərtib edilmiş tibbi arayışda qeyd edilən xəsarətlər – sol baldırın əzilmiş yarası, sol diz oynağının hərəkət məhdudluğu və ağrı simptomu ilə müşayiət olunan hematoması, sağ dizin qançırı, sol baldırın sıyrıqları küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2022-ci il tarixdə yol nəqliyyat qəzası şəraitində əmələ gəlməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 09 iyun 2022-ci il tarixli, 571 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 adına tərtib edilmiş tibbi arayışda qeyd edilən xəsarətlər –sol əl barmaqlarının və sol mil-bilək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan sol saidin bütovlükdə geniş sirkulyar şişkinli hematoması, sağ çiyinin şişkinlik halında əzilməsi küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2022-ci il tarixdə yol nəqliyyat qəzası şəraitində əmələ gəlməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığıa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 13 iyun 2022-ci il tarixli, 566 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 adına tərtib edilmiş tibbi arayışda qeyd edilən xəsarətlər – alt dodağın iç səhtinin mərkəzinin cərrahi tikişə ehtoyacl olan əzilmiş yarası, üst dodağın ön səthinin sıyrığı, alt çənənin mərkəzinin qançırı küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2022-ci il tarixdə yol nəqliyyat qəzası şəraitində əmələ gəlməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığıa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 20 iyun 2022-ci il tarixli, 28 nömrəli rəyindən görünür ki, X1 adına tərtib edilmiş tibbi arayışda qeyd edilən xəsarətlər - alt dodağın selikli qişasının hematoması, sifətin yumuşaq touxmalarının əzilməsi küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2022-ci il tarixdə yol nəqliyyat qəzası şəraitində əmələ gəlməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertizası və X5 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 20 iyun 2022-ci il tarixli, 29 nömrəli rəyindən görünür ki, X3 adına tərtib edilmiş tibbi arayışda qeyd edilən xəsarətlər - Döş qəfəsinin, hər iki diz oynağının əzilməsi küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2022-ci il tarixdə yol nəqliyyat qəzası şəraitində əmələ gəlməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığıa Yüngül zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 05 iyul 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2, X4, X2 yüngül dərəcəli xəsarətlər yetirildiyi üçün Şəxs Qəhərman oğlunun əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs Qəhərman oğlunun barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın X7 tərəfindən törədilməsi özünün etirafedici izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin RM-43 nömrəli rədd materialında olan izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını, zərərçəkənlərə tibbi yardımın göstərilməsini, əsas fəaliyyətinin və qazanc yerinin sürücülük olması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qəhərman oğlunun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İXM-in 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İXM-in 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Qəhərman oğlu İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq Şəxs Qəhrman oğlunun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs Qəhərman oğlunu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Qəhərman oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2345/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2345/2022
10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver