Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2347/2024 07.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Abdurahmanlı Pınar Zakir qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X6, Şikayət vermiş şəxs X1 vəkili “Ədalət” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şikayətçi X4qızı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, o İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə vəzifəli şəxs kimi 3000 manat məbləğində cərimə olunmuşdur. xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının əsassız və qanunsuz olduğu sübuta yetirilir. "xxxx" QSC tikinti şirkəti kimi fəaliyyət göstərməklə, Qarabağ ərazisində bir neçə tikinti layihəsini də həyata keçirir. İnzibati tənbeh vermə haqqında qərarda adı çəkilən vətəndaşlar-X9, X7, X10 "xxxx" QSC ilə əmək müqaviləsi bağlamaq niyyətində olmuşlar. Şirkətlə əmək müqaviləsi bağlamazdan əvvəl əmək funksiyalarını realizə edəcəkləri əmək şəraiti ilə tanış olmalı idilər. Bu məqsədlə, onlar www.yolumuzqarabaga.az portalından Qarabağ zonasına gediş üçün icazə almışdılar. Lakin, həmin şəxslərdən ikisi əmək şəraiti ilə tanış olmaq məqsədilə Qarabağ ərazisinə getsə də, digər bir şəxs icazədən ümumiyyətlə istifadə etməmişdir. Göründüyü kimi, onlar həmin əraziyə müəyyən işlərin yerinə yetirilməsi üçün cəlb edilməmiş, sadəcə olaraq həmin ərazidə işəgötürən kimi "xxxx" QSC tərəfindən təmin ediləcək əmək şəraiti ilə tanış olmaq məqsədilə oraya getmişdilər. Lakin X8 Xidməti tərəfindən işğaldan azad edilmiş ərazilərə əmək şəraiti ilə tanış olmaq üçün keçməsi əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən əmək fəaliyyətinə cəlb edilmə kimi qiymətləndirilmişdir. Daha sonra həmin şəxslərlə işəgötürən arasında razılıq əldə edilməmiş, əmək müqaviləsinin bağlanması mümkün olmamışdır.Həmçinin qeyd etmək zəruridir ki, X9, X7, X3 müəyyən işlərin yerinə yetirilməsi məqsədilə həmin əraziyə göndərilməsi barədə hər hansı sübut mövcud deyildir. Belə ki, İXM-nin 192.1-ci maddəsinin tələbindən görünür ki, həmin şəxslər işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməli idi. X8 isə həmin şəxslərin orada əmək fəaliyyəti ilə məşğul olduqlarını müvafiq formada aktlasdırmalı idi. Portaldan qeydiyyatdan keçmək həmin şəxslərin əmək fəaliyyətinə cəlb olunduğu kimi qiymətləndirilə bilməz. Məlum olduğu kimi, işçinin sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq işçinin əmək qanunvericiliyində təsbit olunmuş əsas hüququ hesab olunur. Bu o deməkdir ki, işçi əvvəlcə əmək şəraiti ilə tanış olmalı, daha sonra əmək müqaviləsinin bağlayıb-bağlamamaq barədə qərara gəlməli idi. Qeyd edilən əsaslardan mənim vəzifəli şəxs kimi cərimələnməyim hüquqlarımın kobud surətdə pozulmasından başqa bir şey deyildir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X11 qəbul edilmiş qərarı müdafiə edərək, şikayətin əsassız olduğunu qeyd edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən şikayət vermiş şəxs X1 vəkili “Ədalət” Vəkil Bürosunun vəkili Nümayəndə şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 3000 (üç min) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X2 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X9, X7 xx.xx.2024-cü il tarixdən, X10 xx.xx.2024-cü il tarixdən işə cəlb edilməsi ilə bağlı qaydaların pozulmasına səbəb ola biləcək heç bir hal aşkarlanmamış, o cümlədən sübuta yetirilməmiş, həmçinin X8 Xidməti Daxili İşlər Nazirliyi tərəfindən təqdin edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni "xxxx" QSC tərəfindən icazəsi istənilər məlumatda adları qeyd edinən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlar gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəl olunub-olunmamalarını araşdırmamışdır. Beləliklə müəyyən edilir ki, inzibati xəta haqqında qərar qanunverciliklə müyyən edilmiş qaydada tam, hərtəfli araşdırılmadan tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə iş materiallarını nəzərdən keçirərək müəyyən edir ki, X2 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır və ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2347/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2347/2024
07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver