Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2348/2023 25.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" MMC-nin direktoru X17 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şikayətçi "xxxx" MMC-nin direktoru X17 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi "xxxx" MMC-nin direktoru X17 şikayətini onunla əsaslandırmışdır ki, X13 Xidməti tərəfindən barəmdə inzibati tənbeh vermə haqqmda MN ******* saylı, 25 may 2023-cü il tarixli qərar qəbul edilmiş, "xxxx" MMC-nin direktoru olaraq AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətayı törətdiyinə görə, barəsində-vəzifəli şəxs olaraq 4000 manat məbləğində inzibati cərimə tənbeh tətbiq etmişdir. Həmin qərardan tərəfimdən şikayət verilmiş, yuxanda göstərilən qərarla şikayətim təmin edilmədən, inzibati tənbeh vermə haqqmda MN ******* saylı, 25 may 2023-cü il tarixli qərar dəyişdirilmədən saxlanmışdır. Aşağıdakı əsaslara görə tətbiq edilən inzibati tənbeh barədə qəran əsassız sayır və ləğv olunmalıdır. O, xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-nin direktoru vəzifəsində çalışır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 132 saylı, xx.xx.2020-ci il tarixli və 240 saylı, xx.xx.2022-ci il tarixli sərəncamlan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş torpaq sahələrinin yerquruluşu planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 33, 35, 37, 37A və 39/4 və A.Heydərov küçəsi, 2 ünvanlarında yerləşən daşınmaz əmlakların mülkiyyətçiləri ilə qarşılıqlı razılıqlar əsasında müqavilələr imzalanmaq şərti ilə yeni yaşayış binaların tikintisi üçün ümumilikdə 2.3868 ha torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmiş, tərəfimizdən Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsində çoxmənzilli binaların inşasına başlanılmışdır. Bildiririk ki, X15, X18, X6 və X8 ilə əmək müqavilələri xx.xx.2023-cü il tarixdə bağlanılmış, Əmək Münasibətləri və Məşğulluq altsisteminə həmin gün elektron qaydada daxil edilmiş, daxil edilmə haqqında bildiriş alınmış, lakin sistemdə texniki problemlər olduğuna görə, sistem öz-özünə işləməmiş, bu barədə bizə məlumat verilməmişdir. Lakin əmək müqaviləsi bildirişlərdə də həqiqətən işə başlama tarixi xx.xx.2023-cü il olduğu təsdiqlənir. X13 Xidməti sistemlərində təkmilləşdirmə işləri getdiyini etiraf etsələrdə və həmin bildirişlərin ümumi sistem xətasma görə təsdiqlənmədiyini gördükləri halda qərəzli şəkildə ASAN Xidmət mərkəzinə məlumat vermiş və yoxlama keçirmişlər. Müvafiq sənədləri X13 Xidmətinə təqdim etməyimizə baxmayaraq ədalətli araşdırma aparılmamış və nəticədə qanunsuz qərar qəbul edilmişdir. Həm hüquqi şəxs qismində, həm də vəzifəli şəxs qismində inzibati cərimə tətbiq edilmişdir. Tərəfimizdən xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bildirişləri sistemə daxil edilmişdir və bu sistemdə də açıq-aşkar görünür, yəni bildirişlər qeydiyyata alınmış və bu barədə bizə (işəgötürənə) elektron qaydada məlumat daxil olmuşdur və bundan sonra işçilər əmək fəaliyyətinə başlamışlar. Sonradan ƏƏSMN-nin elektron sistemində problemin yaranması və digər məsələlərin bizə heç bir aidiyyatı yoxdur və ziyanınıza şərh edilə bilməz. Qeyd olunanların nəzərə alınmasını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında X13 Xidməti tərəfindən inzibati tənbeh vermə haqqında MN ******* saylı, 25 may 2023-cü il tarixli qərarın ("xxxx" MMC-nin direktoru olaraq X11 AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, vəzifəli şəxs olaraq 4000 manat məbləğində inzibati cərimə tənbeh edilməsi haqqında) və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 3- 17/1-14073/2023 saylı, 10 iyul 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X3 şikayətin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, barəsində inzibati protokol tərtib etmiş şəxs məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə iş üzrə icraat iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən "xxxx" MMC-nin direktoru X17 tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və o, həmin maddə ilə təqsirli bilinərək 4000 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi "xxxx" MMC tərəfindən işçilərin əmək müqaviləsi qanuni qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. X4, X5, X9 əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə xx.xx.2023-cü il tarixdə daxil edilsə də yalnız xx.xx.2023-cü il tarixdə elektron informasiya sistemində imzalanmışdır. Digər işçi X12 əmək müqaviləsi bildirişi isə xx.xx.2023-cü il tarixdə 14:37-də sistemə daxil edilmiş və həmin tarixdə saat 14:45-də imzalanmışdır. Tikinti ərazisində səyyar monitorinqin keçirilməsi barədə arayışdan da aydın olur ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət bə Sosial İnnovasiyalar üzrə X14 X1 tərəfindən xx.xx.2023-cü il tarixdə monitorinq keçirilmiş və həmin monitorinqə hazırlıq mərhələsində bildirişlərin sistemə daxil edilməsi müəyyən edilmişdir. Bu da adıçəkilən şəxslərin əmək müqaviləsi bildirişi qanuni qüvvəyə minmədən əməyə cəlb edilməsini müəyyən edir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İXMdə nəzərdə tutulmuş hallar yoxdur. Həmin qərarla inzibati xəta törətmiş şəxsə maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-nin tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-nin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayətçi "xxxx" MMC-nin direktoru X17 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2348/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2348/2023
25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver