Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-235/2025 22.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızı, X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-ci il tarixli qərarının ləğv edilməsi barədə daxil olmuş şikayətə baxaraq MÜƏYYƏN ETDİM: X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-ci il tarixli, AYN seriyalı ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli rəqrarının ləğv edilməsini xahiş etmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra -İXM) 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X2 barəsində 10 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, X1 şikayət ərizəsinə inzibati xətanın törədildiyi yer üzrə baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materiallarında aydın olur ki. X2 Azərbaycan Respublikasının İXM-nin 346-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini xx.xx.2024-cü il tarixində, saat 15:10 radələrində Bakı şəhəri, Şamil Kamilov-30184 ünvanında törətmişdir. Həmçinin iş materiallarında inzibati xəta haqqında qərara şəxsin yaşayış yeri üzrə baxılmasına dair vəsatət yoxdur. İXM-nin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Məhkəmə hesab edir ki, X1 İXM-nin 346-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair şikayət ərizəsinə baxılması üçün inzbati xətanın törədildiyi yer üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-ci il tarixli qərardan verilmiş şikayət baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-235/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-235/2025
22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver