Məhkəmə qərarları › İş №3(005)-2350/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2350/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2350/2023 28.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan Şəxs ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-01868/23 nömrəli, 25 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı səhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev 1965 “X3” Bina 1, 1-ci mərtəbə ünvanında qeydiyyatda olan Şəxs ASC-nin Global Leasing” ASC-nin ünvanına 77JA596/99ZX403, 99JL550/99ZJ560, 99TY334/07ZA441, 42CG862/42ZA662 qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə daxil olan mallar **********5600 sorğu nömrəli GB ilə bəyan edilmişdir. Yükun XİFMN kodunu müəyyən edilməsi üçün xx.xx.2023-cü il tarixində X1 1400-012/0xx-xx/006593 saylı məktubla müraciət edilmişdir. MGEİ-nin 3-33- 5300/2-003878/2023 saylı cavab məktubuna əsasən Şəxs AC-nin ünvanına **********5600 GB ilə bəyan olunmuş və MAK**********67 saylı xx.xx.2023-cü il tarixli invovs üzrə idxal olunmuş yük yığılmamış vəziyyətdə “Makterm” markalı quş ətinin saxlanılması üçün nəzərdə tutulmuş soyuducu qurğu olub XİF MN-ə görə ********** alt yarımmövqeyində sinifləşdirilir və quşçuluq avadanlığına aid edilmir. Bu halda idxalatçı tərəfindən əlavə olaraq 95531 Azn ödəniş yaranmışdır. Daha sonra həmin şöbədən daxil olmuş 3-33-/3-1-018575 nömrəli xx.xx.2023 tarixli raporta əsasən 3-33-/3-1-018353 saylı xx.xx.2023-cü il tarixli raportun təkrar araşdırılması zamanı Şəxs ASC-nin ünvanına 77JA596/99ZX403, 99JL550/99ZJ560, 99TY334/07ZA441 və 42CG862/42ZA662 qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə idxal olunan malların rəsmiləşdirilməsi üçün bəyan olunan **********5600 sorğu nömrəli gömrük bəyannaməsinin XİF MN kodunun müəyyən edilməsi məqsədi MGEİ-nin 3-33-5300/2- 003878/2023 saylı ekspert rəyinə əsasən sözügedən gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan olunan yükün XİF MN kodunda dəyişiklik olmadığı, **********5600 sorğu nömrəli GB-də qeyd edilən malın kodunun idxalatçı tərəfindən ********** kod olaraq bəyan edildiyi və qeyd edilən kodun 430 saylı xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ƏDV-dən azad olunan malların siyahısına aid olunduğu müəyyən edildiyi üçün idxalatçı tərəfindən əlavə ödəniləcək ödənişlərin yaranmadığı aşkar edilmişdir. Şəxs ASC tərəfindən araşdırma nəticəsində əlavə ödənişin yaranmadığı müəyyən olunsa da ASC tərəfindən **********5600 sorğu nömrəli gömrük bəyənnaməsinin 36-cı qrafasında imtiyaz kodu düzgün göstərilməməklə mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhəddindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verildiyi nəzərə alınaraq həmin MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsinin tərkib əlamətləri aşkar olunmuşdur. Bununla da Şəxs ASC -nin barəsində İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs ASC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, xx.xx.2023-cü il tarixli gömrük idarəsinin rəis müavinin tərtib etmiş olduğu raportdan 95531 manat ödənişin yarandığı qeyd edilmiş, lakin xx.xx.2023-cü il tarixli gömrük idarəsini rəsinin tərtib etmiş olduğu raportda qeyd edilmişdir ki, **********5600 sorğu nömrəli GB-də qeyd edilən malın kodunun idxalatçı tərəfindən ********** kod olaraq bəyan edildiyi və qeyd edilən kodun 430 saylı xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ƏDV-dən azad olunan malların siyahısına aid olunduğu müəyyən edildiyi üçün idxalatçı tərəfindən əlavə ödəniləcək ödənişlərin yaranmadığı aşkar edilmişdir. Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki ŞəxsASC-in ünvanına gələn və **********5600 sorğu nömrəli gömrük bəyannaməsi ilə tərtib olunan bəyannnamədə X2 İdərəsinin rəyinə əsasən heç bir əlavə ödəniş yaranmır. Bəyannamənin 36-cı qrafasında imtiyaz kodu bəyan ediləndən fərqli olaraq, 430 saylı xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 701B göstərilməlidir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X2sı İdarəsinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Global Leasing ASC-nn ünvanına **********5600 GB ilə bəyan olunmuş və MAK**********67 saylı, xx.xx.2023-cü il tarixli, invoys üzrə idxal olunmuş yük yığılmamış vəziyyətdə Makterim markalı quş ətinin saxlanılması üçün nəzərdə tutulmuş soyuducu qurğu olub XİF MN-ə görə ********** alt yarımmövqeyində sinifləşdirilir və quşçuluq avadanlığına aid edilmir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 146-cı maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək bəyannaməçinin vəzifəsidir. İXM-nin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC -nin nümayəndəsinin izahatında göstərdiyi xüsusatlara dair qeyd edir ki, bəyanetmə - Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsidir. Gömrük bəyannaməsi bəyannaməçi tərfindən tərtib edilərək gömrük orqanlarına qanunvericiliklə müəyyən olunmuş qaydada, vaxtda təqdim edilməlidir və həmin bəyannamədə göstərilən məlumatlar təhrif olunmamalıdır (Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1, 146, 148-ci maddələri). Yəni, bəyannamənin düzgün tərtib edilməməsi ilə bağlı məsuliyyət bəyannaməçinin üzərinə düşür və bu səbəbdən də İXM-in 485.1-ci maddəsində Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına təhrif olunmuş məlumatın verilməsinə görə məsuiyyət nəzərdə tutulmuşdur. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs ASC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs ASC İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 48-51, 485, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar