Məhkəmə qərarları › İş №3(005)-2358/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2358/2023

03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2358/2023 03.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Calalov Nizami Firdovsi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində İXMnin 215.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsinə dair 04 iyul 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Səhiyyə Nazirliyinin Analitik X5 Nəzarət Şöbəsinin mütəxəssisləri tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus kilinikada keçirilən planlı yoxlama zamanı sertifikasiya şəhadətnaməsi olmadan baş tibb bacısı X4 tərəfindən tibbi fəaliyyəti aşkar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilməsi barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 25 iyun 2023-cü il tarixli, 796 nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nin fəaliyyətinin xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə yoxlanılması qərara alınmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən əldə edilmiş 25 iyun 2023-cü il tarixli, KY231934785 nömrəli çıxarışdan görünür ki, yoxlayıcı orqan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-də xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə planlı yoxlamanın keçirilməsi reyestrdə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli X3 aydın olur ki, X4 ilə Şəxs MMC arasında xx.xx.2020-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və baş tibb bacısı kimi işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli Yoxlama Aktında Şəxs MMC tərəfindən aparılmış qeyddə göstərilmişdir ki, yoxlama nəticəsində aşkar edilmiş qeydlə razıdırlar, Könül Xudamovanın qısa müddət ərzində sertifikasiya imtahanında iştirakının təmin ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 19 iyun 2017-ci il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X2”nın “Baş tibb bacısı (qardaşı) hissəsində əmək funksiyası - orta tibb heyətinin işinin səmərəli təşkili və onların ixtisasının artırılması üzrə tədbirlərin həyata keçirilməsini təmin edir. Dərman vasitələrinin və sarğı materiallarının, o cümlədən tərkibində zəhərli və narkotik maddələr olan dərmanların və dərman maddələrinin vaxtında yazılaraq alınması, uçotu, bölgüsü, işlənilməsi, saxlanılması, xəstələrin qəbulu və evə yazılması işlərini təşkil edir. Orta və kiçik tibb heyəti tərəfindən mövcud qaydalara əməl olunmasına nəzarət edir. Xəstələrin şöbə daxilində düzgün nəql edilməsi, orta tibb heyəti tərəfindən həkim təyinatlarının vaxtında və dəqiq yerinə yetirilməsi, xəstəxana şöbələrinin, xəstələrin paltar və dəyişəklərinin saxlanılmasında sanitar-gigiyenik qaydalara əməl olunması, yoluxucu xəstəliyə tutulmuş xəstələr yerləşdirilən otaqların dezinfeksiya olunması işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin edilməsi göstərilmişdir. Bundan başqa baş tibb bacısının bilməli olduğu tibbi yardım növləri, qaydalar normalar və ixtisas tələbləri göstərilmişdir. “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” Qaydasının 1.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) (bundan sonra — tibb mütəxəssisləri) sertifikasiyası prosesini tənzimləyir. Qaydaların 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. 2.1-ci bəndinə əsaəsn tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan X1 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən həyata keçirilir. 2.2-ci bəndinə əsaəsn X1 prosesinin təşkili məqsədi ilə Nazirlik tərəfindən X1 Şurası (bundan sonra — Sertifikasiya Şurası) yaradılır və Əsasnaməsi təsdiq edilir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş üzrə planlı (növbəti) yoxlama zamanı Şəxs MMC tərəfindən sertifikasiya şəhadətnaməsi olmadan X4 tərəfindən tibbi praktiki fəaliyyət göstərməsi aşkar edilmişdir. Həmin yoxlama aktında da MMC-nin nümayəndəsi tərəfindən nöqsanla razı olduqları bildirilmiş, qısa müddət ərzində dertifikasiyadan keçməsinin təçkil olunacağı qeyd olunmuşdur. Bundan başqa X3 də aydın olur ki, X4 baş tibb bacısı vəzifəsinə işə götürülmümşdür. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda göstərilən tələblərinə əsasən isə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 3-cü maddəsinə əsasən yalnız İXM ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini və sair nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki Şəxs MMC İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar