Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-236/2024 24.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əsədova Gültəkin Akif qızı, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta törətməsinə dair materiala və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi Rayon Prokurorlugu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında icraatın başlanmasına dair qərarı toplanmış materiallarla birgə baxılması üçün xx.xx.2024-cü il tarxdə Binəqədi Rayon Məhkəməsidə göndərmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 3(001)-47/2024 nömrəli qərardadı ilə "xxxx" MMC barəsində İXM-nin 398 maddəsi ilə tərtib edilər inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, işin baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi düzgün olmamışdır. Belə ki, ilk olaraq qeyd edirəm ki, iş üzrə inzibati xəta haqqında protokol deyil, inzibati xəta haqqında icraatın başlanması haqqında qərar qəbul olunmuş, eyni zamanda qərar "xxxx" MMC barəsində deyil, onun rəhbəri-vəzifəli şəxs Şəxs barəsində olmuşdur. İşdə olan Binəqədi Rayon Prokuroru Fuad Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş başlanmış və baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Eyni zamanda Binəqədi Rayon Prokuroru Fuad Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs tərəfindən inzibati xəta hadisəsi ünvan 1 ünvanında baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1 maddəsinə əsasən- İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər İş materiallarına görə inzibati xəta hadisəsi ünvan 1 ünvanında baş vermiş və inzibati xəta törədən Şəxs da həmin ünvanda qeydiyyatdadır. Göründüyü kimi hazırki işlə bağlı məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı yaranır. Yuxarıda göstərilənləri rəhbər tutaraq QƏRARA ALDİM: Bakı şəhəri Binəqədi Rayon Prokurorlugu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında icraatın başlanmasına dair qərarı və toplanmış materiallarla ilə əlaqədar məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həlli üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-236/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-236/2024
24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver