Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2367/2022 02.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X2, tələbkar (zərərçəkmiş) "xxxx" MMC-nin nümayədəsi və vəkili “LCG” Vəkil Bürosunun vəkili X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Müscəddin oğlunun və onun müdafiəçisi “A.İ.M” Vəkil Bürosunun vəkili X1, xx.xx.1957-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Müscəddin oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X5 2-2(103)-1106/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasından müxtəlif bəhanələrlə yayınması ilə bağlı Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə 03 avqust 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Protokola əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-1106/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən borclular Şəxs və X6 tərəfindən “Shacman SX3315DT406” markalı, **-JU-***, **-JU-***, **- JU-***, **-JU-*** dövlət nömrə nişanlı və “Howo ZZ3317N3867W” markalı **-JU-***, **-JV- ***, **-JV-***, **-JV-***, **-JV-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-*** dövlət nömrə nişanlı lizinq obyektləri tələbkar "xxxx" MMC-yə qaytarılmalıdır. Məkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X5 protokola uyğun izahat verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-1106/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən xx.xx.2021-ci il tarixdə icrata başlamaq haqqıqnda qərar qəbul olunmuş və icrası ilə bağlı borcluya və tələbkara məlumat göndərilmişdir. İcra vərəqələri üzrə borclu Şəxs icra sənədində qeyd olunan “Shacman SX3315DT406” markalı, **-JU-***, **-JU-***, **-JU-***, **-JV-***, **-JV-*** dövlət nömrə nişanlı avtomobilləri duracağa yerləşdirilmiş, BDYPİ-nə verilmiş sorğu əsasında müəyyən edilmişdir ki, “Howo ZZ3317N3867W” markalı **-JU-***, **-JV-***, **-JV-***, **- JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələri işə özgəninkiləşdirilmişdir. Bir “Shacman SX3315DT406” markalı, **-JU-*** dövlət nömrə nişanlı avtomobil isə hal-hazırki vaxtadək tələbkara təhvil verilməmişdir. Bununla əlaqədar məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələbləri yerinə yetirilmədiyinə görə protokol tərtib olunaraq məhkəmə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş Standart Lizing MMC-nin nümayədəsi və vəkili vəkili X7 bildirmişdir ki, duracağa yerləşdirilmiş nəqliyyat vasitələri istismara yararsız olduğundan onları qəbul etməkdən imtina edilir. Məhkəməyə əlavə şəkillər təqdim edərək həmin nəqliyyat vasitələrinin istifadəyə yararsız olmasını əsas gətirərək tərtib olunan inzibati protokol üzrə qanunvericiliyə uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Müscəddin oğlu bildirmişdir ki, məhkəmə qərarının icrasından yayınmır, qanuni qüvvəyə minmiş məhkəmə qərarınadək Howo ZZ3317N3867W” markalı **-JU-***, **-JV-***, **-JV-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələri işə özgəninkiləşdirilmişdir. Digər nəqliyyat vasitələri olunan “Shacman SX3315DT406” markalı, **-JU-***, **-JU-***, **-JU-***, **-JV-***, **-JV-*** dövlət nömrə nişanlı avtomobillər duracağa yerləşdirilmişdir. Bir nəqliyyat vasitəsi “Shacman SX3315DT406” markalı, **-JU-*** dövlət nömrə nişanlı avtomobil isə xx.xx.2022-ci il tarixdə müvafiq Akt tərtib olunaraq duracağa yerləşdirilmişdir. Həmin nəqliyyat vasitələri istifadəyə yararlı olduğunu, sadəcə uzun müddətdir duracaqda yerləşdirildiyindən texniki baxışa ehtiyac olmasının mümkün olduğunu qeyd etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Müscəddin oğlunun vəkili X4 bildirdi ki, Şəxs Müscəddin oğlu məhkəmə qərarının icrasından yayınmır, qərəzli boyun qaçırma yoxdur, məhkəmə qərarı ilə "xxxx" MMC-yə təqdim etməli olduğu 6 (altı) nəqliyyat vasitəsi avtomobil duracağına yerləşdirilmişdir. Şəxs Müscəddin oğlu barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş protokola dair iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-1106/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs və X6 tərəfindən “Shacman SX3315DT406” markalı, **-JU- ***, **-JU-***, **-JU-***, **-JU-*** dövlət nömrə nişanlı və “Howo ZZ3317N3867W” markalı **-JU-***, **-JV-***, **-JV-***, **-JV-***, **-JV-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-*** dövlət nömrə nişanlı lizinq obyektləri tələbkar "xxxx" MMC-yə qaytarılmalıdır. “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli Qərara əsasən Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-1106/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən icraat başlanılmış və tərəflərə məlumat verilmişdir. xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli Aktlardan görünür ki, "xxxx" MMC-yə qaytarılmalı olan nəqliyyat vasitələrindən 05-i (beşi) tələbkara təqdim olunması üçün duracağa yerləşdirilmişdir. xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, “Shacman SX3315DT406” markalı, **-JU-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi də tələbkara verilməsi üçün duracağa yerləşdirilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adıçəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və sair müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-1106/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2367/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2367/2022
02.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver