Məhkəmə qərarları › İş №3(005)-2367/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2367/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2367/2025 10.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov Şəxs, Zərərçəkmiş şəx X1 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi rayonu A.Mustafayev küç.ev 11 mənzil 87-də qeydiyyatda olmaqla yaşayan İsmayılov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-cı Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci X5 Şəxs İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı materiallar 10 iyul 2025-ci il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. 10 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, İsmayılov Şəxs 09 iyul 2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 10 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş İsmayılov Şəxs 09 iyul 2025-ci il tarixdə Nərimanov rayon H.Əliyev pr 105-də vətəndaş X2 ictimai yerdə nalayiq ifadələrlə təhqir etmişdir, bununla da İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X8 inzibati xəta haqqında protokolların məzmununa uyğun çıxış edərək bildirdi ki, İsmayılov Şəxs 09 iyul 2025-ci il tarixdə Nərimanov rayon H.Əliyev pr 105-də vətəndaş X2 ictimai yerdə nalayiq ifadələrlə təhqir etmişdir, Ona görə də protokolu müdafiə edərək İsmayılov Şəxs barəsində inzibati tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov Şəxs izahatında göstərdi ki, o X2 3 ildir ki tanıyır və 2 il münasibətləri olmuşdur. Sonradan o, X1 insani xarakterlərinin olmadığını görüb uzaqlaşmışdır. X3 onu və anasını narahat etmiş və pul vəsaiti istəmişdir. O, 1-2 dəfə əl çəkməsi üçün Elnarəyə pul verdiyini bildirmişdir. Bundan sonra ondan pul istədikdə verməyəcəyini söyləmiş, qarşılığında Elnarə pulu ondan alacağını, onu gördüyü yerlərdə telefonla video çəkərək şantaj edib, arxasıyca düşdüyünü iddia etmişdir. Lakin əksinə olaraq X3 onu narahat etdiyini bildirmişdir. “Metropark” Ticarət mərkəzinin yanında onu görmüş və yaxınlaşaraq şantaj edərək onu mobil telefonla çəkdiyini, lakin bu zaman Elnarənin oradan uzağlaşdığını, Elnarə ərizəsində maşınına izləmə cihazını qoyduğunu iddia etdiyini bildirmiş, həmçinin onun hətta işlədiyi yerlərdə şantaj etməyə başladığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat-axtarışı üzrə əməliyyat müvəkkili, polis mayoru X6 xx.xx.2025-ci il tarixdə saat 23:20 radələrində inzibati ərazidə xidmətə olarkən vətəndaş X1 Nərimanov RPİ-nin 17-ci PŞ-nə şikayət ərizəsi barəsində şikayət edilmiş İsmayılov Şəxs şikayətçinin yaşadığ Nərimanov rayonu, H.Əliyev prospekti ev 105 saylı binanın qarşısında görərək ona yaxınlaşmaqla özlərini təqdim etdiklərini, bundan sonra Şəxs İsmayılovun dəfələrlə Elnarə Əmiraslanovanın onu narahat edilməsini və izkənməsini barədə DİN-nin 102 xidmətinə məlumat verməsi eləcə də Nərimanov RPİ-nin 17-ci PŞ-nə ərizə ilə müraciət etməsi barədə profilaktiki söhbət aparılsada Şəxs İsmayılov onlara qarşı aqresiya göstərərək səs tonunu qaldıraraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş eləcə də polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq barəsində olan şikayətlə bağlı izahat verməyəcini qeyd etmiş eləcə də polis əməkdaşlarını hədələmişdir. Bundan sonra Şəxs İsmayılov oradan qaçmağa cəhd edən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq aidiyyatı üzrə Nərimanov RPİ-nin 17- Cİ PŞ-nə gətirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 ifadə verərək bildirmişdir ki, İsmayılov Şəxs 2 ildir ki, qiyabi olaraq tanımış, mütəmadı olaraq yaşadığı ünvana gələrək hədə-qorxu ilə narahat etmiş və eləcə də iş yerinə gedərək bütün insanların arasında ona nalayiq ifadələr işlətmişdir.Bundan başqa, onun mobil telefonuna ayrı-ayrı nömrələrdən və gizli nömrədən mütamadi olaraq zəng edir və həmin şəxs onun avtomobilinə gizli olaraq izləmə cihazı qoymuşdur. Qeyd edilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov Şəxs barəsində inzibati tənbəh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis əməkdaşları tərəfindən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramil Cəbiyevə ünvanlanan 09 iyul 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 23:20 radələrində inzibati ərazidə xidmətə olarkən vətəndaş X1 Nərimanov RPİ-nin 17-ci PŞ-nə şikayət ərizəsi barəsində şikayət edilmiş İsmayılov Şəxs şikayətçinin yaşadığ Nərimanov rayonu, H.Əliyev prospekti ev 105 saylı binanın qarşısında görərək ona yaxınlaşmaqla özlərini təqdim etdiklərini, bundan sonra Şəxs İsmayılovun dəfələrlə Elnarə Əmiraslanovanın onu narahat edilməsini və izlənməsini barədə DİN-nin 102 xidmətinə məlumat verməsi eləcə də Nərimanov RPİ-nin 17-ci PŞ-nə ərizə ilə müraciət etməsi barədə profilaktiki söhbət aparılsada Şəxs İsmayılov onlara qarşı aqresiya göstərərək səs tonunu qaldıraraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş eləcə də polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq barəsində olan şikayətlə bağlı izahat verməyəcini qeyd etmiş eləcə də polis əməkdaşlarını hədələmişdir. Bundan sonra Şəxs İsmayılov oradan qaçmağa cəhd edən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq aidiyyatı üzrə Nərimanov RPİ-nin 17- Cİ PŞ-nə gətirilmişdir. “İnzibati Qaydada tutma haqqında” AZA 020367 nömrəli, 10 iyul 2025-ci il tarixli protokoldan görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs İsmayılov Şəxs 10 iyul 2025-ci il tarixdə, saat 00:20-də inzibati qaydada tutulmuşdur. DVD diskdən görünür ki, İsmayılov Şəxs dəfələrlə vətəndaş X2 telefonda zəng edərək nalayiq ifadələrlə təhqir etmişdir, bununla da İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, İsmayılov Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri özü etiraf etməsə də, şahid ifadəsi və dvd diskdə əsk etdirilmiş görüntü, inzibati xəta haqqında protokollar, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, İsmayılov Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə İsmayılov Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması özözlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İsmayılov Şəxs 09 iyul 2025-ci il tarixdə ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda İsmayılov Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokollar və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, İsmayılov Şəxs 09 iyul 2025-ci il il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə İsmayılov Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis əməkdaşının qanuni tələbinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; Məhkəmə, İsmayılov Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, İsmayılov Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni İsmayılov Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İsmayılov Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 08(səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 10 iyul 2025-ci il tarixdən saat 00:20-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar