Məhkəmə qərarları › İş №3(005)-2370/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2370/2022

05.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2370/2022 05.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs – X8 və onun vəkili – Bakı şəhəri 12 Saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X24 İdarəsinin nümayəndəsi X13 iştirakı ilə, X8 Bakı şəhər X25 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 06 iyul 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhər X25 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 06 iyul 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər DYPİ-nin polis polkovniki X19 tərəfindən xx.xx.2022-ci il tarixli, TP4944281 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək barəsində AR İXM-nin 329.3 və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində 400 (dörd yüz) manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Daha sonra həmin qərardan tərəfindən məhkəməyə müvafiq qaydada şikayət ərizəsi verilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1069/2022 saylı, 11 may 2022-ci il tarixli qərarı ilə şikayəti qismən təmin edilərək xx.xx.2022-ci il tarixli, TP4944281 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işə yenidən baxılmasının AR DİN Bakı şəhər X25 idarəsinə tapşırılması qərara alınmışdır, ona görə ki, məhkəmə icraatı zamanı sonuncuya iş üzrə toplanılmış sübutların məhkəməyə təqdim olunmasına dair məhkəmə sorğusu göndərilməsinə baxmayaraq sonuncu, həmin materialları məhkəməyə göndərməmiş, o cümlədən, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Daha sonra, Bakı şəhər DYPİ-nin polis polkovniki X19 tərəfindən xx.xx.2022-ci il tarixli, TP5114249 saylı inzibati tənbeh vermə haqqında qərar əsasən, o, AR İXM-nin 329.3 və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Hazırda sonuncu qərardan tərəfindən təkrar məhkəməyə şikayət vermək zərurəti yaranmışdır. Hesab edir ki, şikayəti təmin olunmalı və iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməlidir. Belə ki, AR DİN Bakı şəhər X25 idarəsinin Yol Patrul Xidmətinin baş inspektoru, polis leytenantı X6 rayonu Atatürk prospekti-Həsən Əliyev küçəsində onun barəsində xx.xx.2022-ci il tarixində, saat 23:45-də İXP454843 saylı inzibati protokol tərtib etmişdir, ona görə ki, X10 “X22” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini təhlükəsizlik kəmərindən istifadə etmədən, həmçinin alkoqullu maddənin təsir etdiyindən, AR İXM-nin 329.3 və 333.1 -ci maddəsində nəzərdə tutulmuş inzibatı xətaları törətmişdir. Sözügedən protokol tərtib olunan zaman həmin protokolun inzibati xətanın aşkar olunmasında istifadə olunan xüsusi texniki vasitəsinin “göstəricisi”, “tipi”, “markası”, “modeli”, “son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt”, “dövlət yoxlamasından keçdiyini təsdiq edən sənədin nömrəsi, tarixi”, “növbəti dövlət yoxlamasından keçirilməli olduğu vaxt” qrafalarında Yol patrul xidmətinin baş inspektoru, polis leytenantı X16 tərəfindən müvafiq qaydada qeydlər aparılmamış və həmin protokolun məhz hansı xüsusi texniki vasitədən istifadə olunması müəyyən olunmamışdır. Halbuki, AR İXM-nin 100-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi ver, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 05 aprel 2022-ci il tarixdə Bakı şəhər BPİ-nin X25 idarəsinin Bakı şəhəri, Badamdar qəsəbəsi, Kənar dairəvi yolun kəsişməsində yerləşən inzibati binasının 9 nömrəli otağına yaxınlaşaraq iş materialları ilə tanış olduqda müəyyən edilmişdir ki, iş materiallarına əlavə olunmuş “alkotester”ə dair sənəd üzərində onda 4.177 promil miqdarında alkoqol müəyyən edilmişdir. Lakin, iş materialları ilə tanış olduqdan sonra iş materiallarından müəyyən sənədlərin surətinin təqdim edilməsini səlahiyyətli şəxslərə bildirməyinə baxmayaraq onlar həmin sənədlərin surətinin verilməsindən imtina etmişlər. Barəsində inzibatı protokol tərtib edilən zaman o, alkoqollu maddənin təsiri altında olmamışdır. Bu barədə Yol Patrul Xidmətinin əməkdaşına bildirməsinə baxmayaraq sonuncu buna əhəmiyyət verməmiş və onu inzibati protokol tərtib edəcəyini, həmçinin, həmin protokolu barəsində mtizam tədbiri görülməsi ilə əlaqədar onun iş yerinə göndərəcəyi barədə hədə-qorxu gəlmişdir. (Qeyd olunanlar barədə tərəfindən Bakı şəhər Prokurorluğuna müvafiq qaydada şikayət ərizəsi verilmişdir). Daha sonra o, polis əməkdaşının hədə-qorxusundan ehtiyat edərək həmin əməkdaşın təkidilə alkoqollu içkinin təsiri altında olması ilə bağlı ərizə yazmışdır. Daha sonra o, avtomobilinin Yasamal rayonu ərazisində yerləşən cərimə meydançasına gətirildikdən sonra evə getməsi üçün öz tanışına zəng vurmuş və bu ərəfədə həmin şəxsə baş vermiş xoşagəlməz hadisə barəsində danışmış, həmin şəxs isə ona müstəqil qaydada “Sərxoşluq hallarının bütün növlərinin təyininə” dair tibbi müayinədən keçməyini məsləhət görmüşdür. O da “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” dən 01 aprel 2022-ci il tarixdə, saat 01:30-da keçmiş və həmin müayinənin 216267 saylı, xx.xx.2022-ci il tarixli protokoluna əsasən, ayıq olması və alkoqol qəbulu əlamətlərinin olmaması müəyyən olunmuşdur. Bakı şəhər X25 idarəsinin Yol Patrul Xidmətinin baş inspektoru, polis leytenantı X16 onun barəsində tərtib etdiyi protokolun surətini ona verməkdən imtina etmişdir, yalnız 05 aprel 2022-ci il tarixdə BPİ-nin X25 idarəsinin Bakı şəhəri, Badamdar qəsəbəsi, Kənar dairəvi yolun kəsişməsində yerləşən inzibati binasının 9 nömrəli otağında qəbul etmiş və bu barədə protokol üzərində tərəfindən müvafiq qeydlər aparılmışdır. AR İXM-nin 8-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsırsizliyıni sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması əarəsində şübhələr onun xeyrinə həll edilir. AR İXM-nin 124-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat ' aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs nzibati xəta haqqında protokol tərtib edir. İnzibati inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort- kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1 -ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir, inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə verilir. Həmin Məcəllənin 125-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının mərkəzi nformasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. İnzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi inzibati xəta haqqında protokol barədə aşağıdakı qaydada məlumatlandırılır: müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu nər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir; eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən nzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; Lakin, AR DİN Bakı şəhər X25 idarəsinin Yol patrul xidmətinin baş inspektoru, polis leytenantı X11 onun barəsində xx.xx.2022-ci il tarixində, saat 23:45-də tərtib etdiyi İXP454843 saylı inzibati protokolu 01 aprel 2022-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Həmin Məcəllənin 101 -ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda; Həmçinin, hər hansı şəxs barəsində başlanılmış inzibatı xətalar haqqında işlər üzrə icraata, nəmçinin onun inzibatı xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə o cümlədən təqsirliliyın sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Hadisə yerinin video görüntülərinin əldə olunması üçün həm məhkəmə sorğusu, həm də vəkil sorğuları və müvafiq ərizələr göndərilməsinə oaxmayaraq, AR DİN BDYP-nə və AR DİN-ə “Təhlükəsiz Şəhər” X7 həmin video görüntülərin təqdim edilməsindən qərəzli olaraq yayınmışdır. Şikayət vermiş şəxs X10 və onun vəkili məhkəmə iclasında vermiş olduğu şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək və məhkəməyə sənədləri təqdim edərək bildirmişdir ki, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X24 İdarəsinin nümayəndəsi X17 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” 012124 nömrəli protokoldan görünür ki, 31 mart 2022-ci il tarixdə X2 içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən Azərbaycan Respublikası İXM-nin 96-cı maddəsinə əsasən, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı, İN-İCE 642/24 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində vətəndaş X2 içki qəbul etməsi müəyyən olunmuşdur və spirtli içki qəbul edərək avtomobili idarə etməyini səmimi şəkildə etiraf etmişdir. Həmçinin vətəndaş tərəfindən edilən bütün müraciətlər araşdırılmış və cavablandırılmışdır. Qeyd olunanlara əsasən, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər X24 İdarəsi tərəfindən qəbul edilmiş 06 iyul 2022-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” 012124 nömrəli protokoldan görünür ki, 31 mart 2022-ci il tarixdə X2 içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən Azərbaycan Respublikası İXM-nin 96-cı maddəsinə əsasən, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı, İN-İCE 642/24 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində vətəndaş X2 içki qəbul etməsi müəyyən olunmuşdur və spirtli içki qəbul edərək avtomobili idarə etməyini səmimi şəkildə etiraf etmişdir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında” 01 aprel 2022-ci il tarixli, 2/6267 nömrəli protokoldan görünür ki, X10 ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə iclasında müəyyən edildi ki, X10 31 mart 2022-ci il tarixdə saat 23:45-də “X22” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini işıq cihazlarından düzgün istifadə etmədiyinə və nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə etdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Onun sərxoşluq vəziyyəti xüsusi texniki vasitənin köməyi ilə yoxlanılmış və bu barədə 31 mart 2022-ci il tarixli protokol tərtib olunmuşdur. X3 spirtli içki qəbul etdiyini etiraf etmiş, həkimə ehtiyacı olmadığını və alkotesterin göstəricisi ilə razı olduğunu bildirmişdir. X9 alkoqolun miqdarı 0,418 faiz, yəni qanunvericiliyin müəyyən etdiyi sərxoş vəziyyətdə olması hesab edilməsinə əsas verən ölçüdən artıq olmuşdur. Məhkəmə, X8 təqdim etdiyi 01 aprel 2022-ci il tarixli, 2/6267 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında” protokolunun surətinə münasibətdə qeyd edir ki, həmin sənəd onun 01 aprel 2022-ci il tarixdə saat 01:30-da sərxoşluq vəziyyətində olmamasını təsdiq etsə də, mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, X10 onun sərxoşluq vəziyyətinin xüsusi texniki vasitə ilə yoxlanılmasına etiraz etməmiş və protokola spirtli içki qəbul etməsi ilə bağlı müvafiq qeyd etmişdir. Bütün qeyd edilənlərdən sonra onun 01 saat 45 dəqiqə sonra tibbi müayinə olunaraq sərxoş vəziyyətdə olmaması barədə sənəd əldə etməsi onun 31 mart 2022-ci il tarixdə saat 23:45-də sərxoş olması faktını təkzib edə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-otuz manat məbləğində cərimə edilir. 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhər X25 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 06 iyul 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar