Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2370/2025 10.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis şöbəsinin sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mirzağa oğlunun iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Mirzağa oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin (bundan sonra – İXM) 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis şöbəsindən (bundan sonra – Nərimanov RPİ 16-cı polis şöbəsi) daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin sahə inspektoru X5 tərəfindən Şəxs Mirzağa oğlu barəsində İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, Məmmədov X2 Mərkəzin rəyinə əsasən narkotik vasitələrdən istifadə etməsi aşkar olunsa da , istifadə etdiyini danmışdır. Nəticədə İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin sahə inspektoru X5 inzibati xəta haqqında protokolda qeyd olunanlara uyğun çıxış edərək, Şəxs Mirzağa oğlunun xx.xx.2025-ci il tarixdə saat gecə saatlarında saxlanıldığını, narkoloji ekspertizadan keçirildiyini və ekspertiza rəyinə əsasən narkotik vasitə istifadə etdiyinin müəyən olunduğunu bildirmiş və barəsində müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Mirzağa oğlu özünü təqsirli bilməyərək, narkotik vasitə istifadə etmədiyini, bir neçə gün əvvəl bir toy məclisinə getdiyini, orada ola bilsin ki, içkisinə narkotik vasitə atıldığını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin Ambulator X1 haqqında xx.xx.2025-ci il tarixli, 4072 nömrəli rəyindən görünür ki, Şəxs Mirzağa oğlunda opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Şəxs Mirzağa oğlu xx.xx.2024-cü il tarixdən Sabirabad rayon Mərkəzi Xəstəxanasında F19.2 diaqnozu ilə dispanser qeydiyyatındadır. xx.xx.2025-ci il tarixli, AZA 004393 saylı “İnzibati qaydada tutmaq haqqında” protokoldan görünür ki, Şəxs Mirzağa oğlu xx.xx.2025-ci il tarixdə, saat 00:45-də inzibati qaydada tutulmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Mirzağa oğlunun İXM-in 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı ilə, işdə olan ekspert rəyi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Mirzağa oğlu həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş ambulator X1 rəyinin nəticə hissəsindən görünür ki, Şəxs Mirzağa oğlunda opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur v. Sidik nümunəsində MET+ aşkar olunmuşdur. Həmin xüsusat habelə təqsirləndirilən şəxsin öz etirafedici izahatı ilə uzlaşmaqla sübut olunur. Məhkəmə Sadiq Məmmədovun özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə ziddiyyət təşkil edir və özünü müdafiə xarakteri kimi qiymətləndirilməlidir. Belə ki, elektron portaldan edilmiş sorğudan görünür ki, Sadiq Məmmədov dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olmuşdur. Tanımadığı şəxslərin onun içkisinə narkotik vasitə atması isə məntiqə və həyati təcrübəyə uyğun gəlmir. Odur ki, həmin xüsusat özünü müdafiə xarakterli olduğu üçün rədd edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Mirzağa oğlunun əməllərində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar müəyyən etmir. Şəxs Mirzağa oğlunun əməlində İXM-nin 33-cü maddəsinə əsasən, məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Mirzağa oğluna İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X1 haqqında xx.xx.2025-ci il tarixli, 4072 nömrəli rəyini nəzərə alaraq Şəxs Mirzağa oğlunun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Sabirabad rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda olması nəzərə alınmalıdır Belə ki, İXM-in 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Qeyd olunanlara əsasən və İXM-nin 30, 43, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Mirzağa oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs Mirzağa oğlu dərhal məhkəmə iclas zalından azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Mirzağa oğluna Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə uyğun olaraq, narkomaniyadan məcburi müalicə təyin edilsin. Şəxs Mirzağa oğlunun Respublika Narkoloji Mərkəzində qeydiyyatda olması nəzərə alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-2370/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2370/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver