Məhkəmə qərarları › İş №3(005)-2374/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2374/2021

25.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2374/2021 25.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı X1 Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə 00100-1911/21 nömrəli, 04 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına 09 sentyabr 2021-ci il tarixdə 61ABP938/61BU870 nömrəli nəqliyyat vasitəsi ilə gəlmiş yükə dair verilmiş **********7042, **********7034 sorğu nömrəli gömrük bəyannaməsi ilə **********4146, **********4144 sorğu nömrəli qısa idxal bəyannamələrində yükü daşıyan nəqliyyat vasitəsinin nömrə nişanları arasında uyğunsuzluq olduğu bildirilmişdir. “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursundan çıxarışlara əsasən, Bakı Baş Gömrük İdarəsində **********7042, **********7034 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş yüklər 61ABP938/61BU870 nömrəli nəqliyyat vasitəsi ilə 08 sentyabr 2021-ci il tarixdə saat 17:15-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Yüklər 61ABP938/61BU870 nömrəli nəqliyyat vasitəsində gətirildiyi halda, **********4146, **********4144 sorğu nömrəli qısa idxal bəyannamələrində malların 61K14150/61BU870 nömrəli nəqliyyat vasitəsində gətirildiyi bəyan edilməklə mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən idxalatçı tərəfindən gömrük orqanına təhrif olunmuş məlumatlar verilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 izahatında göstərdi ki, yükləri Almaniyadan sərhəddən keçəndən 10 gün sonra onlara zəng gəlib ki, Gömrük İdarəsinə yaxınlaşsınlar. Səbəb isə yük maşınının Gürgüstanda xarab olub dayanmasıdır. Yük maşınının içindəki mal təkcə onların deyil, başqa 15 şirkətin malı olub. Sərhədi keçən kimi Şəxs MMC-nin nömrəsi sms kimi gəlib. Nəqliyyat onlara, onlar da Gömrük İdarəsinə deməli idilər. Ancaq nəqliyyat onlara yanlış məlumat vermiş, bu səbəbdən sənədlərdəki məlumatlarda uyğunsuzluq yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan 13.09.2021-ci il tarixli Gömrük prosedurları və ödənişləri şöbəsinin raportuna əsasən Şəxs MMC-nin ünvanına 61ABP938/61BU870 nömrəli avtomobillə daxil olmuş yüklər **********7034, **********7042 saylı GB ilə bəyan edilmişdir. İdxalatçı tərəfindən gətirilən mallar və nəqliyyat vasitəsi gömrük ərazisinə daxil olmamışdan əvvəl təqdim olunan qısa idxal bəyannaməsindəki və sərhəd gömrük orqanında təqdim olunan CMR-də qeyd olunan dartıcının nömrəsi arasında uyğunsuzluq var. İş materiallarında olan 28.09.2021-ci il tarixli Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin raportuna əsasən Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/023906 saylı, 14.09.2021-ci il tarixli raporta əsasən, Şəxs MMC-nin ünvanına 61ABP938/61BU870 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş və **********7034, **********7042 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş mallara dair, idxalatçı tərəfindən gətirilən mallar və nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim olunan qısa idxal bəyannamələrindəki və sərhəd gömrük orqanında təqdim olunan CMR-də qeyd olunan dartıcının nömrəsi arasında uyğunsuzluq aşkar edilmişdir. İş üzrə “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində 09 sentyabr 2021-ci il tarixli **********7034, **********7042 sorğu nömrəli gömrük bəyannamələrinin 18-ci qrafasında və nəqliyyat vasitəsinə dair CMR sənədində 61ABP938/61BU870 nömrəli yük avtomobili qeyd edilmişdir. Lakin yükə dair **********4144, **********4146 sorğu nömrəli qısa idxal bəyannamələrinin 21-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 61K14150/61BU870 kimi qeyd edilmişdir. Beləliklə, Şəxs MMC tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük orqanına təhrif olunmuş məlumatlar verildiyini nəzərə alaraq, həmin MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsinin tərkib əlamətləri olduğundan qanunamüvafiq qaydada tədbir görülməsi üçün göstəriş verilməsini xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 485.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük ərazisindən keçmə barədə və ya görük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatların verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə -vəzifəli şəxslər 70 manatdan 100 manatadək məbləğində, hüquqi şəxslər 250 manatdan 500 manatadək məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs MMC-nin ünvanına 09 sentyabr 2021-ci il tarixdə 61ABP938/61BU870 nömrəli nəqliyyat vasitəsi ilə gəlmiş yükə dair verilmiş **********7042, **********7034 sorğu nömrəli gömrük bəyannaməsi ilə **********4146, **********4144 sorğu nömrəli qısa idxal bəyannamələrində yükü daşıyan nəqliyyat vasitəsinin nömrə nişanları arasında uyğunsuzluq olduğu aşkar edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük ərazisindən keçmə barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, MMC-nin hərəkətlərində İXM-nin 485.1-ci maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar