Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2379/2024 28.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Abdurahmnalı Pınar Zakir qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X2 iştirakları ilə, "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində ünvan 1 ünvanında ünvan 2n "xxxx" MMC-nin rəhbəri Şəxs tələb olunmuş, lakin Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. MN seriyalı ******* nömrəli protokola əlavədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-364/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, borclu "xxxx" MMC-dən 54532 manat məbləğində pul vəsaiti tutularaq X2 xeyrinə, 50 manat məbləğində ekspertiza xərci isə Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə “Elektron İcra” İnformasiya Sistemindən məlumat çıxarılmış, məlumata əsasən, borclunun adına əmlak aşkar edilməmiş, "xxxx" MMC-nin fəaliyyətini müvəqqəti olaraq dayandırıldığı məlum olmuşdur. Borclu "GARANT İNSHAAT N” MMC-nin rəhbəri Şəxs istifadəsində olan mobil nömrəyə “SMS” bildiriş göndərilərək şöbəyə çağırılmış lakin borclu şöbəyə gəlməkdən imtina etmişdir. Bu səbəbdən borclu "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində xx.xx.2024-cü il tarixdə axtarış elan edilmiş, Şəxs könüllü Şöbəyə yaxınlaşmış, xx.xx.2024-cü il tarixdə ondan izahat alınmış, Şəxs izahatında "GARANT İNSHAAT N” MMC-nin fəaliyyətinin dayandırdığını, icra sənədi üzrə bugünədək 5000 manat ödəniş edildiyini, qısa zaman ərzində məhkəmənin qərarının icra ediləcəyini izahatında qeyd etmişdir. İcra sənədi üzrə 2024-cü ilin aprel və may aylarında hər ay 2500 manat olmaqla, cəmi 5000 manat ödəniş edilmişdir. Qalıq borc 49532 manat təşkil edir. Borclu "GARANT İNSHAAT N” MMC-nin rəhbəri Şəxs qeyd edilən borc tələb olunmuş, Şəxs vəzifəli şəxs kimi icra məmurununqanuni tələblərinə riayət etməmiş və icra sənədinin icrasını tam təmin etməmişdir. Göstərilənlərə əsasən, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X4 protokola uyğun çıxış edərək zəruri icra tədbirlərinin görülməsinə baxmayaraq Şəxs tərəfindən məhkəmə qərarını icra etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirmişdir ki, o borcunu tam şəkildə ödənilməsini tələb edir. Hazırda şikayətçisidir. Buna börə də Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasınnın yeri və vaxtı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məlumat verilməsinə baxmayaq o məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmədə tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-364/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzilin yenidən təmir-tikinti işlərinin dəyəri olan 32750,0 (otuz iki min yeddi yüz əlli) manat məbləğində pul, müqavilənin icrasının gecikdirildiyi günlər üçün 7364 (yeddi min üç yüz altmış dörd) manat və ödənilmiş 318 (üç yüz on səkkiz) manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən iddiaçı X2 xeyrinə tutulması, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzilində mebellərə görə ödənilmiş 12.100 (on iki min yüz) manat və mənəvi ziyana görə 2.000 (iki min) manat “Garant İnşaat N" MMC-dən X3 xeyrinə tutulması qeyd edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-364/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin "xxxx" MMC-nin tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan aydın olur ki, Şəxs "xxxx"-nin baş direktoru qeyd olunmuşdur. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə - vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu "xxxx"-nin rəhbəri Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməyərək borcunu ödəməmişdir. Bundan başqa məhkəmə qərarı ilə borcun hissə-hissə ödənişi nəzərdə tutulmamışdır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx"-nin direktoru Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2379/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2379/2024
28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver