Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2381/2022 30.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, X1, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən X5 barəsində qəbul olunmuş 02 sentyabr 2021-ci tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən barəsində tərtib olunmuş 02 sentyabr 2021-ci tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin ******* nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 1000 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Mövcud qanunvericiliyə əsasən qeyd olunan inzibati qərar üzrə icraata xitam verilməlidir. Barəsində məlum qərarın qəbul edilməsindən Nərimanov rayon icra şöbəsi vasitəsi ə məlumatı olmuşdur. Belə ki, 31.01,2022-ci il tarixli icraata başlamaq haqqında qərar ona poçt vasitəsi ilə göndərilmiş lakin çatmamışdır. Belə ki, barəsində tərtib edilmiş protokoldan xx.xx.2022-ci il tarixdə məlumatı olub, xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən cərimələnmişdir, lakin o, xx.xx.2021-ci il tarixində “X12” MMC-də olduğu vəzifədən istefa verərək işdən azad olunmuşdur. Nərimanov rayon icra şöbəsindən onu xx.xx.2022-ci il tarixdə yığıb bildirirlərki bəs cəriməniz var, həmin tarixdə icraata başlamaq haqqında qərar ona rəsmi qaydada təqdim olundu. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 o, həmin vəzifədə xx.xx.2021-ci il tarixdən azad olmağına baxmıyaraq barəsində cərimə tətbiq ediblər. Ona bildirilmədən barəsində cərimə qərarı tərtib olunub. O, inzibati xəta törətmədiyini əsaslandırmışdır. Etiraz etməyinə baxmayaraq buna dair sübutla ona təqdim etməmişlər. Bu səbəbdən hesab edir ki, inzibati xəta haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 53-cü madddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibli olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin ******* nömrəli, xx.xx.2021-ci il ta ixli qərarı ilə barəsində tətbiq edilmiş inzibati məsuliyyət üçün əsas və əməlində inzibati xəta tərkibi yoxdur. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək və sənədləri təqdim edərək bildirmişdir ki, “X12” MMC-nin təsisçinin növbədənkənar ümumi yığıncağının 02 iyul 2021-ci il tarixli protokolu ilə o, “X12” MMC-nin direktoru vəzifəsindən azad edilmiş, “X6” MMC-nin təsisçisinin növbədənkənar ümumi yığıncağının 13 iyul 2021-ci il tarixli protokolu ilə o, “X6” MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Son olaraq qeyd olunanların nəzərə alınaraq şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X7 çıxış edərək bildirmişdir ki, qeyd olunan inzibati xəta aşkar edilən zaman vətəndaş bununla əlaqədar müraciət etdiyi zaman direktor İbadov Müşviq olmuşdur. Odur ki, qərar qanuni və əsaslı olmuşdur. Qeyd olunanlara əsasən, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 02 sentyabr 2021-ci il tarixli, MN nömrəli ******* nömrəli qərarından görünür ki, “X12” MMC tərəfindən Qabil Nəzərxan oğlu və digərlərinin əmək və məzuniyyət haqqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir və X5 barəsində 1000 (bir min) manat cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçinin növbədənkənar ümumi yığıncağının 02 iyul 2021-ci il tarixli, 01 nömrəli protokolundan görünür ki, X3 ərizəsinə əsasən, 02 iyul 2021-ci il tarixdən “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsindən azad olunması qərara alınmışdır. “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçinin növbədənkənar ümumi yığıncağının 13 iyul 2021-ci il tarixli, 01 nömrəli protokolundan görünür ki, X3 “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 02 sentyabr 2021-ci il tarixli, MN nömrəli ******* nömrəli qərarından görünür ki, “X12” MMC tərəfindən Qabil Nəzərxan oğlu və digərlərinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir və X5 barəsində 1000 (bir min) manat cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçinin növbədənkənar ümumi yığıncağının 02 iyul 2021-ci il tarixli, 01 nömrəli protokolundan görünür ki, X3 ərizəsinə əsasən, 02 iyul 2021-ci il tarixdən “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsindən azad olunması qərara alınmışdır. “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçinin növbədənkənar ümumi yığıncağının 13 iyul 2021-ci il tarixli, 01 nömrəli protokolundan görünür ki, X3 “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə təyin edilməsi qərara alınmışdır Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qeyd olunan 02 sentyabr 2021ci il tarixli, MN nömrəli ******* nömrəli qərarı qəbul edilərkən inzibati xətanın törədilməsinə aidiyyəti olmayan şəxs barəsində inzibati tənbeh tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən X5 barəsində qəbul olunmuş 02 sentyabr 2021-ci tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur, belə ki, X5 qərar qəbul edilərkən MMC-nin direktoru vəzifəsində çalışmamışdır. Buna görə də şikayət əsaslı olduğu üçün təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməli, vəzifəli şəxs X2 inzibati xətanın törədilməsinə aidiyyatı olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddələrinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir.; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat cərimə edilməsinə dair 02 sentyabr 2021-ci il tarixli, MN nömrəli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2381/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2381/2022
30.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver