Məhkəmə qərarları › İş №3(005)-2387/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2387/2022

02.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2387/2022 02.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib olunan Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə İslam qızının, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakları ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 505-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 22 iyun 2022-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından 67AA767/67AA768 nömrə nişanlı yük avtomaşınının üzərində olan SEGU ******* nömrəli konteynerdə PSG-57 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi üzrə idxal edilmiş və Bakı Baş Gömrük İdrəsində **********6434 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyənnaməsi ilə XİFMN üzrə ********** alt yarımmövqeyində bəyan edilmiş yüklərə dair mal müşayiət sənədlərinin düzgünlüyünün müəyyən edilməsi üçün X4 İdarəsinə müraciət olunmuş, həmin idarədən 2200-012/0xxxx/003402 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubu ilə BBGİ-yə göndərilmiş ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixli gömrük bəyənnaməsində bəyan edilmiş mallara görə Şəxs MMC tərəfindən idxal gömrük rüsumu üzrə 4067.5 AZN,ƏDV üzrə 732.06 AZN, elektron gömrük xidmət haqqı üzrə ƏDV 5.40 AZN olmaqla ümumilikdə 4834.96 AZN əlavə gömrük ödənişlərinin ödənilməli olduğu aşkar edilmişdir.İş üzrə araşdırma nəticəsində Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından PSG-57 nömrəli xx.xx.2022-ci il tarixli invoysun 1-ci, 2-ci,4-7-ci mövqeləri üzrə idxal edilmiş yüklərin XİFMN üzrə ********** alt yarımmövqeyindən sinifləşdirilməli olduğu, nəticədə **********6434 sorğu mömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyənnaməsi ilə gömrük orqanına bəyan edilmiş yüklərə görə MMC tərəfindən ümumilikdə 4834.96 AZN əlavə gömrük ödənişlərinin ödənilməli olduğu, nəticədə Şəxs MMC-nin əməlində İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X2 protokola uyğun izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X5 İdarəsinin xx.xx.2022-ci il tarixli 2200-012/0xx-xx/003402 saylı rəyinə əsasən Şəxs MMC-nin ünvanına PSG-57 nömrəli xx.xx.2022-ci il tarixli invoysun 1-7-ci mal mövqeləri üzrə idxal olunan yükdən təqdim olunan nümunələr fanerlənmiş panellər kimi göstərildiyindən tərəflərindən protokol tərtib olunmuşdur. Məhkəmədən İXM-nə uyğun inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib olunan Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə İslam qızı bildirdi ki, Şəxs MMC 2015-ci ildən müxtəlif ölkələrlə parket-döşəmə panellərinin idxalı və satışı ilə məşğul olur, sonuncu dəfə Çin Xalq Respublikasının “X8 Coş, LTD” şirkətindən PSG-57 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi üzrə ümumilikdə 1688,3 m2 döşəmə panelləri yüklərinin idxal edildiyini və həmin malların Baş Gömrük İdarəsində **********6434 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyənnaməsi ilə bəyan edildiyini, bəyan edilmiş malları göndərən şirkətin verdiyi müşayiət sənədlərinə əsasən gömrük bəyannaməsində qeyd edildiyini, lakin, gömrük rəsmiləşdirilməsi zamanı X5 idarəsinə müraciət olunduğunu və PSG-57 nömrəli xx.xx.2022-ci il tarixli invoysun 1-ci, 2-ci, 4-7-ci mövqeləri üzrə idxal edilmiş yüklərin XİFMN üzrə ********** alt yarımmövqeyində sinifləşdirilməli olduğunu öyrəndiklərini, idxal etdikləri malların kodunun X5 tərəfindən düzgün müəyyən edilmədiyini, bu səbəbdən ekspert rəyi ilə razı olmadıqlarını qeyd etdi. Bundan başqa nümunələr X3 göndərilmiş və tərəflərindən rəy verilmişdir ki, həmin parket lövhələri yalnız döşəməyə vurulmasında istifadə olunan hazır məhsul olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 saylı qərarının 9-cu bölməsinin 44-cü qrupunda qeyd olunan XİFMN üzrə 4418 mal mövqeyində və ********** alt yarımmövqeyində sinifləşdirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Məhkəməyə həmin parket lövhəsini və fanera nümunəsini təqdim edərək parket lövhəsinin hazır məhsul digərinin isə təmirdə hazır məhsulun alt qatında istifadə olunduğunu qeyd etdi. Bundan başqa bu günədək idxal olunan məhsullarda malın kodu kimi ********** alt yarımmövqeyində sinifləşdirildiyi bildirilərək əvvəlki illərə aid gömrük bəyyannamələrini məhkəməyə təqdim etdi. Qeyd olunanların nəzərə alınmasını və Şəxs MMC barəsində tərtib olunan protokol üzrə inzibati xəta haqqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: “İnzibati xəta haqqında” 22 iyun 2022-ci il tarixli, EP seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından PSG-57 nömrəli xx.xx.2022-ci il tarixli invoysun 1-ci, 2-ci, 4-7-ci mövqeləri üzrə idxal edilmiş yüklərin düzgün sinifləşdirilmədiyini, XİFMN üzrə ********** alt yarımmövqeyindən sinifləşdirilməli olduğu, nəticədə **********6434 sorğu mömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyənnaməsi ilə gömrük orqanına bəyan edilmiş yüklərə görə MMC tərəfindən ümumilikdə 4834.96 AZN əlavə gömrük ödənişlərinin ödənilməli olduğu müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli **********6434 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən qəbul edilən mallar ********** kodla sinifləşdirilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X5 İdarəsinin xx.xx.2022-ci il tarixli 2200-012/0xx-xx/003402 saylı rəyinə əsasən Şəxs MMC-nin ünvanına PSG-57 nömrəli xx.xx.2022-ci il tarixli invoysun 1-7-ci mal mövqeləri üzrə idxal olunan yükdən təqdim olunan nümunələr fanerlənmiş panellər kimi sinifləşdirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsiin xx.xx.2022-ci il tarixli 3(009)-1084/2022 saylı Qərardadından görsənir ki, Şəxs MMC-nin nümayəndəsinin vəsatəti əsasında Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 22 iyun 2022-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası “X6”nin xx.xx.2022-ci il tarixli 143 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş parket lövhələrin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 saylı qərarının 9-u bölməsində qeyd olunan XİFMNüzrə 4412 alt yarımmövqeyində sinifləşdirilməsi əsassızdır. Həmçinin bu yarımmövqedə sinifləşdirilən materialların ölçüləri “m2” ilə deyil “m3” ilə hesablanır. Tədqiqatı aparılan parket lövhələrinin ölçüsü ilə yalnız “m2” hesablanır. Həmin parket lövhələr yalnız döşəməyə vurulmada istifadə olunan hazır məhsul olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli, 500 saylı qərarının 9-cu bölməsinin 44-cü qrupunda qeyd olunan XİFmn üzrə 4418 mal mövqeyində və ********** alt yarımmövqeyində sinifləşdirilməsi məqəsədəmüvafiq hesab edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli **********0647 sorğu nömrəli və xx.xx.2021-ci il tarixli **********4102 sorğu nömrəli gömrük bəyannamələrində Şəxs MMCnin qəbul etdiyi mallar ********** kod ilə sinifləşdirilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC-nin İXM-in 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqdaödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: 1.Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə hesab edir ki, **********6434 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə göndərilmiş malları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 saylı qərarının 9-cu bölməsinin 44-cü qrupunda qeyd olunan XİFMN üzrə 4418 mal mövqeyində və ********** alt yarımmövqeyində sinifləşdirilməsi düzgündür. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X5 İdarəsinin hansı əsasla sonuncu verdiyi rəydə sinifləşdirmənin düzgün aparılmadığını qeyd etməməsi və bu halı məhkəmə iclasında iştirak edən inzibati protokol tərtib edən şəxsin nümayəndəsinin də müəyyən edə bilməməsi, eləcə də əvvəllərdə qeyd olunan malların eyni kod altında sinifləşdirlməsi nəzərə alınaraq məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən hər hansı pozuntu törədilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 saylı qərarına əsasən “Yığılmış döşəmə panelləri” ********** kod altında – digərləri çoxqatlı kimi qeyd edilmiş və “m2”-lə hesablanması nəzərdə tutulmuşdur. Həmin qərarda ən azı bir xarici təbəqəsi tropik növlərin oduncağından ibarət olan: qızılağac (Alnus spp), göyrüş (Fraksinus spp), fıstıq (Faqus spp), tozağacı (Betula spp), albalı (prunus spp), şabalıd (castanea spp), qarağac (Ulmus spp), evkalipt (eucalyptus spp), qikoridən (Carya spp), at şabalıdı (aesculus spp), cökə (tilia spp), ağcaqayın (acer spp), palıd (quercus spp), çinar (platanus spp), qovaq və ağcaqovaq (papulus spp), yalançı akasiya (robinia spp), liriodendron (liriodendron spp) və ya qoz (juglans spp) ********** kod altında sinifləndirilmiş və ölçü vahidi kimi “m3” müəyyən edilmişdir. Bu sahədə qanunvericilikdə hər hansı dəyişiklik olmamış, Şəxs MMC-nin adına daxil olan məhsullarda sinifləşdirilmənin bu tələblərə uyğun aparıldığı müəyyən olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və sair müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən hesab edir ki, inzibati xəta hadisəsi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair iş üzrə icraata xitam verilməlidir Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin (22 iyun 2022-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol) Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar