Məhkəmə qərarları › İş №3(005)-2392/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2392/2024

25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2392/2024 25.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru X6 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş 26 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X18 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X10 Xidməti tərəfindən inzibati qaydada cərimələnmişdir. X10 Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar yaşadığı ünvana xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə göndərilmişdir. Həmin qərarda o, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3000 manat cərimələndiyi göstərilmişdir. X10 Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə zidd olduğu üçün ləğv edilməlidir. Həmin Qərarda göstərilib ki, Hacıyev Rahib, Mahmudov Yalçın və Elxan Quliyevlə əmək müqaviləsi bağlamadan işlərə cəlb etmişdir. Qərarda qeyd olunanlara münasibət bildirərək Məhkəmənin nəzərinə çatdırır ki, vətəndaş X3 xx.xx.2024cü il tarixində müəssisədə əmək müqaviləsi əsasında sürücü olaraq işə qəbul olunmuşdur. Həmin şəxsin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Əmək Məcəlləsinin 68.2.a bəndi ilə xitam verilmişdir. Müəssisədə sürücü işləmiş X15 iqtisadi zonasında subbpodratçısı olduğu layihələrdə sürücü kimi əmək fəaliyyəti ilə məşğul olmuş və yuxarıda qeyd etdiyi kimi, xx.xx.2024-cü il tarixindən əmək müqaviləsinə xitam verilmişdir. Həmin şəxsin yerinə işə götürdüyü sürücüyə nəqliyyat vasitəsini təhvil verilməsi üçün X12 iqtisadi zonasına girişi üçün portal açılsa da, lakin Yalçın Mahmudov nəqliyyat vasitəsinin təhvil-təslim prosesindən yayınmış və Qarabağ iqtisadi zonasına açılan portalla giriş etməmişdir. Həmin şəxslə xx.xx.2024-cü il tarixindən heç bir əmək münasibəti olmamışdır. Digər şəxs Elxan Quliyevlə şirkəti arasında xidməti müqavilə mövcuddur. Həmin müqavilənin predmetinə əsasən X21 iqtisadi zonasında icra etdiyi layihələrdə istifadə edilən texnikaların elektron sisteminə müvafiq cps yerləşdirməli və digər texniki xidmətləri göstərməli idi. Keçmiş sürücü X12 iqtisadi zonasına getməkdən yayındığı üçün fərdi sahibkar Elxan Quliyevin də həmin əraziyə getməsi baş tutmamışdır. X20 arasında hərhansı əmək münasibətləri olmamışdır. Elxan Quliyevin özü fərdi sahibkardır və onunla xidməti müqavilə bağlanmışdır. Həmin xidməti müqavilənin predmeti üzrə göstəriləcək xidmətlər baş tutmadığı üçün ləğv edilmişdir. Əmək Məcəlləsinin 6.d bəndinə əsasən mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə Əmək Məcəlləsi şamil edilmir. X22 prospektində yerləşən avtoehtiyyat mağazasında əmək müqaviləsi ilə işləyir. X13 ilə bağlı bildirir ki, həmin şəxsi tanımır və onun direktoru olduğu müəsissə ilə har-hansı əlaqəsi olmamışdır. X13 ilə bağlı "xxxx" MMC icazə üçün portala müraciət olunmamışdır. Hesab edir ki, bu şəxslə bağlı məlumat texniki səhvin nəticəsidir. X10 Xidmətinə bununla bağlı müraciət edərək, X5 hansı müəssisədə işləməsinin dəqiqləşdirilməsi xahiş olunsa da, X10 Xidmətinin əməkdaşı bildirmişdir ki, cərimə tətbiq edilir, məhkəməyə müraciət edərək özünüzü müdafiə edərsiz. Bundan başqa Subbodratçısı olduğu layihələr üzrə işçilərin Qarabağ iqtisadi zonasına buraxılması üçün icazələr sifarişçi müəssisə "xxxx" MMC tərəfindən həyata keçirilir və portala həmin müəssisə tərəfindən yerləşdirilir. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə Elxan Quliyevin və Yalçın Mahmudovun da adları olduğu siyahı göndərmiş və həmin şəxslərlə bağlı müvafiq icazə (portal) alınmasını xahiş etmişdir. "xxxx" MMC olaraq Qarabağ iqtisadi zonasına buraxılış üçün portaldan icazə alınması mümkün deyil. Qeyd edilənləri nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş 26 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)- 2392/2024 nömrəli qərarı ilə "xxxx" MMC-nin direktoru X6 şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş 26 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə həmin qərardan apellyasiya şikayəti daxil olmuş və iş apellyasiya şikayəti iş materialları ilə birgə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-1963/2024 saylı qərarından görünür ki, şikayət qismən təmin edilmiş, "xxxx" MMC-nin direktoru X6 barəsində X10 Xidməti tərəfindən qəbul edilmiş 26 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəl inzibati tənbeh vermə haqqında qərar üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraat materialları X7 münasibətdə hərtərəfli, tam və obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. İnzibati tənbeh vermə haqqında qərar və ona əlavə edilmiş sənədlərdən görünür ki, X18 tərəfindən “Qarabağ və X17 rayonlarına giriş” informasiya sistemi üzərində əldə olunmuş məlumatlara əsasən işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X13 xx.xx.2024-cü il tarixdən və X3 xx.xx.2024-cü il tarixdən və X4 xx.xx.2024-cü il tarixdən hal-hazıradək əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə olmadan hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. 07 noyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X19 çıxış edərək bildirmişdir ki, tərəflərindən müvafiq araşdırmalar aparılmışdır. X1 xx.xx.2024-cü il tarixdən və X3 xx.xx.2024-cü il tarixdən və X4 xx.xx.2024-cü il tarixdən hazıradək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X18 tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Yekunda məhkəmədən X18 tərəfindən verilmiş şikayətin təmin edilməməsini və onun barəsində qəbul edilmiş qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X18 izahatında bildirmişdir ki, inzibati xəta haqqında qərarda qeyd edilən şəxslərin onlara aidliyi yoxdur. Həmin şəxslərin onun direktoru olduğu şirkət ilə heç bir əlaqəsi olmadığını, onların başqa şirkətdə işlədiyini, sadəcə adlarının sistemdə qaldığını bildirdi. Odur ki, sonda məhkəmədən barəsində qəbul edilmiş qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsin xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X13 bildirmişdir ki, o, "xxxx" MMCdə işləməmişdir. Onun ümumiyyətlə, "xxxx" MMC-nin direktoru X18 ilə aralarında əmək münasibəti olmamışdır. Hazırda işsizdir. İşə qəbul olunmaq üçün bu ilin aprel ayında Kalyon şirkətinə sənəd göndərmiş, lakin oradan məlumat almamışdır. Daha sonra həmin şirkətdən ona bildiriş gəlsə də, atası rəhmətə getdiyinə görə ora getməmiş, adı isə portalda qalmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, X18 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş 26 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməli, onun əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, AY GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X18 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin üzərinə düşür. Qeyd edilən orqan məhkəmə iclasında əlavə hər hansı sübut təqdim etməmiş və X8 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında qərar qəbul edərkən yalnız “Qarabağ və X17 rayonlarına giriş” informasiya sistemi üzərindən əldə edilmiş məlumatlara istinad etmişdir ki, həmin məlumatda göstərilən hal məhkəmə iclasında araşdırılan sübutlarla təkzib olunur. Belə ki, X13 məhkəmə iclasında izahatında da qeyd etmişdir ki, o, "xxxx" MMC-də işləməmiş, hüquqi şəxsin nümayəndəsi X18 ilə əmək müqaviləsi bağlamamış, başqa şirkətdə işə qəbul olunmaq üçün sənəd göndərmiş, lakin ora getməmiş, bu zaman adı portalda qalmışdır. Göründüyü kimi, X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs tərəfindən əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən:

1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddənin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə X18 ilə X13 arasında əmək münasibətlərinin olması faktı öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X18 tərəfindən X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi barədə pozuntuya yol verilməsi və həmin vəzifəli şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün olmayan hüquqi nəticəyə gəlmiş və X18 barəsində əsassız olaraq inzibati xəta haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X18 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş 26 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməli, onun əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 55, 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şikayət təmin olunsun. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 26 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar