Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2398/2020 13.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 nümayəndəsi- “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Şəhər İdarəsi tərəfindən X9 barəsində tərtib olunmuş xx xxxxxxxx 2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, fiziki şəxs X9 ilə Babayeva Məlahət Mövlud qızı arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsi bağlanmış və sözügedən müqaviləyə xx.xx.2020-ci il tarixində xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilən zaman Babayeva Məlahət Mövlud qızına məxsus əmək kitabçası ona təqdim edilərkən son haqq-hesab da həyata keçirilmiş və hesablanmış iş və məzuniyyət günlərinə dair əməkhaqqı məbləği şəxsin bank hesabına köçürülmüşdür (son ödəmələrin iddiaçı tərəfindən Babayeva Məlahət Mövlud qızının bank hesabına köçürmə yolu ilə həyata keçirildiyini təsdiq edən sənədlər qoşmaya əlavə edilmişdir). Lakin cavabdeh Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Babayeva Məlahət Mövlud qızının əmək müqaviləsinə xitam verilərkən guya son haqq hesabın ona ödənilməməsi səbəbi ilə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən iddiaçı tərəfindən inzibati xəta törədildiyi əsas gətirilərək iddiaçı barəsində inzibati xəta haqqında ******* saylı protokol, xx.xx.2020-cı il tarixində isə iddiaçının AR İXM-in 1192.4-cü maddəsinə əsasən 1200 manat məbləğində inzibati cərimə edilməsinə dair MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Hesab edirlər ki, xx xxxxxxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuz və əsassızdır. Cavabdeh tərəfindən Babayeva Məlahət Mövlud qızına əmək müqaviləsinə xitam verilən gün son haqq-hesabının ödənilməməsi əsas gətirilərək inzibati xəta haqqında protokol tərtib edilsə də, əmək müqaviləsinə xitam verilən gün xx.xx.2020-ci il tarixində işçiyə əmək kitabçası ilə birgə son haqq-hesabı da (əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya)verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2020-ci il tarixli, **********2 saylı inzibati xəta haqqında işlər üzrə bildirişlə inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli MN 06587528 saylı protokol eyni gündə tərtib edilmişdir. Halbuki AR İnzibati Xətalar Məcəlləsinin 60.3-cü maddəsinə əsasən İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmçinin həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin məcəllənin 100.4-cü maddəsinə görə Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İ.akin bildiriş və protokolun tərtib edildiyi tarixdən də göründüyü kimi inzibati orqan tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsə əvvəlcədən deyil, işə baxılan eyni gündə bildiriş təqdim edilmiş və nəticədə iddiçının inzibati xəta haqqında işə baxılmasında və protokolun tərtibində iştirak etməsi təmin edilməyərək, AR İnzibati Xətalar Məcəlləsinin sözügedən prosessual normasının tələbləri kobudcasına pozulmuşdur. Beləliklə inzibati orqan qanunvericiliyin tələbini gözardı edərək, işdə iştirak edən şəxslərin qanunla qorunan hüquqlarına xələl gətirmişdir. İnzibati orqanın səlahiyyətlərindən və səlahiyyətlərindən doğan nüfuzundan sui-istifadə edərək bu şəkildə prosessual pozuntulara yol verməsi sözügedən qərarın tamamilə qanunsuz əsaslarla qəbul edildiyini sübut edir. Qərarın qəbul edilməsində növbəti qanun pozuntusu inzibati xətanın baş verməsi ilə bağlı cavabdeh tərəfindən inzibati xətanın törədilmə yeri üzrə heç bir araşdırılma aparmadan sözügedən protokolu, həmin protokola əsasən isə MN0462433 saylı qərarı qəbul etməsidir. AR İXM-in 102.2-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. Həmçinin AR İXM-in 102.6-cı maddəsinə əsasən İnzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir. Sözügedən qanunvericilik normalarında da göründüyü kimi cavabdeh tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad qəbul edilməli və yalnız araşdırma aparıldıqdan sonra protokol tərtib edə bilərdi. Lakin cavabdeh nə inzibati iş üzrə icraatın başlanması, nə də inzibati araşdırmanın aparılmasına dair qərardadı tərtib etməmiş, tərtib etmiş olsa belə həmin qərardadları cavabdehə təqdim etməmiş və ümumiyyətlə bununla bağlı iddiaçıya heç bir yazılı və ya şifahi məlumat təqdim etməmişdir. Göstərilənlərə əsasən Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Şəhər İdarəsi tərəfindən X9 barəsində tərtib olunmuş xx xxxxxxxx 2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 nümayəndəsi X5 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, Babayeva Məlahət Mövlud qızı ilə X9 arasında xx.xx.2018-ci il tarixdə bağlanılmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Karantin rejimi, pandemiya və digər hallar nəzərə alınmaqla qarşılıqlı razılıq əsasında bağlanılmış müqaviləyə xitam verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2020-ci il tarixli, **********2 saylı inzibati xəta haqqında işlər üzrə bildirişlə inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli MN 06587528 saylı protokol eyni gündə tərtib edilmişdir. Halbuki AR İnzibati Xətalar Məcəlləsinin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Baş İdarəsinin nümayəndəsi X7 çıxış edərək bildirmişdir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən vətəndaş Babayeva Məlahət Mövlud qızı əmək hüquqlarının pozulmasına dair müraciətinə baxılarkən əldə olunmuş sənədlər əsasında qanunvericiliyin tələbləri pozulmaqla məzuniyyət haqlarının hesablanmasında qanun pozuntularına yol verilməsi faktı aşkar edilmiş və xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Tərlan Əzimov Azərbaycan Respublikasının 192.4-cü maddəsinə əsasən 1000 (bır min) manat məbləğində cərimə edilmişdir. Tərlan Əzimov tərəfindən son-haqq hesabın ödənilməsi ilə bağlı məlumatları olsa idi inzibati xəta haqqında protokol tərtib edilməzdi. Lakin hal-hazırda protokolu müdafiə edir. Odur ki, verilmiş şikayət ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Baş İdarəsinin inzibati tənbeh vermə haqqında xx xxxxxxxx 2020-ci il tarixli MN nömrəli ******* nömrəli protokolundan görünür ki, Fiziki şəxs X8 Məlahət Mövlud qızı Babayevanın əmək müqaviləsinə xitam verərkən son haqqhesabını sonuncu iş günü ödəməmiş və nəticədə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Baş İdarəsinin inzibati tənbeh vermə haqqında xx xxxxxxxx 2020-ci il tarixli MN nömrəli ******* nömrəli qərarından görünür ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X9 ilə Babayeva Məlahət Möhlüd qızı arasında bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin a bəndinə əsasən xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Kapital Bank tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, Babayeva Məlahət Möhlüd qızının bank hesabına son-haqq hesab xx.xx.2020-ci il tarixdə köçürmə yolu ilə həyata keçirilmişdir. X3 barəsində tərtib edilmiş protokolda və qərarda işçisi Məlahət Mövlud qızı Babayevanın əmək müqaviləsinə xitam verərkən son haqq-hesabın sonuncu iş günü ödənilməməsi qeyd edilsə də, məhkəmə iclası zamanı işəgötürən sahibkar X3 qeyd olunan inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Babayeva Məlahət Möhlüd qızı ilə X9 arasındakı əmək münasibətlərinə xx.xx.2020-ci il tarixdə xitam verilmiş və həmin tarixdən sonra həmin əmək münasibətləri artıq davam etməmişdir. X6 Möhlüd qızına işə götürən tərəfindən son haqq-hesab xx.xx.2020-ci il tarixdə köçürmə yolu ilə ödənilmişdir. Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2398/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2398/2020
13.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver