Məhkəmə qərarları › İş №3(005)-240/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-240/2022

08.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-240/2022 08.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs və X2 barələrində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən 17 yanvar 2022-ci il tarixli AP seriyalı ******* və AP ******* nömrəli “İnzibati xəta haqqında” protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Nərimanov RPİ İŞ-nin müstəntiqi M.Tağıyevin rədd materialının qərarına əsasən sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq “Chevrolet Malibu” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomaşınlı toqquşub. Hadisə zamanı avtomaşınları maddi zərər dəymişdir. Avtomobildə sərnişin olan X4 və sürücü X3 “Yüngül” dərəcəli bədən xəsarəti almışdır. Təqdim edilmiş digər sənədlərdən görünür ki, Nərimanov RPİ İŞ-nin müstəntiqi M.Tağıyevin rədd materialının qərarına əsasən sürücü F.Əliyeva “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 63-cü maddəsinin 1-ci hissəsinin tələbini pozaraq “Mersedes Benz CLS 500” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomaşınlı toqquşub. Hadisə zamanı avtomaşınlara maddi zərər dəymiş, Şəxs və sərnişin X4 “Yüngül” dərəcəli bədən xəsarəti almışdır. Bakı şəhəri Nərimanov rayon prokurorunun müavini Elgiz Qənizadə 26 yanvar 2022ci il tarixli məktubla məhkəməyə müraciət etmiş və X2 və Şəxs barələrində inzibati tənbeh görülməsi üçün Nərimanov DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Müraciətə əlavə edilmiş «Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və əlavə araşdırma aparılması haqqında» 19 yanvar 2022-ci il tarixli qərarından görünür ki, X2 və Şəxs yol-nəqliyyat hadisəsi zamanı xəsarət almaları faktı əsasında toplanmış material üzrə Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Məhəmməd Tağıyevin tərəfindən qəbul edilmiş 14.10.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsinə dair qərarı əsassız və qanunsuz olduğuna görə ləğv edilməsinə dair qərarı əsassız və qanunsuz olduğuna görə ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs və X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə haqqında inzibati xəta haqqında material Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar