Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-240/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi ilə, İnzibati protokol tərtib edən qurumun nümayəndəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin nümayəndəsi X2 Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X4 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X4 şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 21 yanvar 2025-ci il tarixdə barəsində Bakı Şəhəri X11 idarəsinin yol patrul xidməti inspektoru, polis kiçik serjantı X5 tərəfindən TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin sözügedən qərardan narazıdır. Belə ki, həmin qərarda idarə etdiyi **-MR-*** dövlət qeydiyyat nişanlı, “Changan” markalı avtomobillə 21 yanvar 2025-ci il tarixdə saat 08:50-də Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi göstərilsə də, tərəfindən hər hansı inzibati xəta törədilməmişdir. Belə ki, 21 yanvar 2025-ci il tarixdə saat 08:50 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində Bakıxanov və Kaveroçkin küçələrinin kəsişməsində svetoforun qadağanedici işarəsi verilərkən nəqliyyat vasitəsi ilə dayandığı vaxtda yol patrul xidmətinin **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilində xidmət aparan adını və digər məlumatlarını bilmədiyi əməkdaşı tərəfindən saxlanılmışdır. Əməkdaş ona yaxınlaşaraq inzibati xəta pozuntusuna yol verdiyini və bununla bağlı kamera görüntülərinin olduğunu bildirdi. O, həmin əməkdaşa Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydasına dair tələblərini xatırladaraq hər hansı inzibati xəta pozuntusuna yol vermədiyiNi bildirmişdir. Həmin vaxt yol patrul xidməti əməkdaşı onunla razılaşaraq, hər hansı protokol tərtib etmədən və ya digər formada rəsmiləşdirmə aparmadan gedə biləcəyini dedi. Bundan bir müddət sonra istifadəsində olan mobil danışıq nömrəsinə barəsində sözügedən qərarın qəbul edilməsi barədə mesaj göndərildi. Bundan başqa o bildirmişdir ki, sözügedən qərarda həm inzibati xətanın törədildiyi yer kimi, həm də qərarın qəbul olunduğu yer kimi “Azadlıq prospekti Ənvər Qasımzadə küçəsi” göstərilmişdir. Faktiki olaraq yol patrul xidməti əməkdaşı tərəfindən saxlanıldığı yerlə qərarda göstərilən yer arasında da ziddiyyət mövcuddur (həmin ünvanlar arasındakı məsafə 1 km-dən artıqdır). Ərizəsinə əlavə etdiyi diskdə olan videogörüntülərdən də göründüyü kimi qərarda göstərilən tarix və vaxtda həmin qərarda göstərilən ünvanda avtomobil idarə etməmişdir, həmçinin qeyd edilən tarixdə hər hansı ünvanda inzibati xəta törətməmişdir. O cümlədən yol patrul xidməti əməkdaşı barəsində hər hansı protokol tərtib ediləcəyi və ya qərar qəbul ediləcəyi barədə məlumat, yaxud sənəd verməmişdir. Sözügedən qərarın qəbul edilməsi barədə ona mesaj göndərildikdən sonra, özü Bakı şəhəri Nərimanov Rayon Polis idarəsinin X11 bölməsinə müraciət edərək, oradan həmin qərarın surətini əldə etmişdir. Odur ki, Azərbaycan Respublikası İXM-nin müvafiq maddələrinin tələbləri nəzərə alınmaqla, barəsində qəbul edilmiş 21 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin nümayəndəsi X3 qərarın qanunauyğun olduğunu bildirərək, qayda pozuntusunun əks olunduğu video görüntünü məhkəməyə təqdim etmiş və bildirmişdir ki, diskdə əks olunan görüntüdən də aydındır ki, X7 ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərkət zolağı olan yolda hərəkət etmişdir. Göstərilənlərin nəzərə alınmasını müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X7 şikayət ərizəsini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 100 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş DVD diskdən aydın olur ki, X7 ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərkət zolağı olan istiqamətdə hərəkət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verən şəxs X6 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 327.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Məhkəmədə tədqiq edilən vidogörüntüdən də aydın olur ki, X4 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X4 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X4 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-240/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-240/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver