Məhkəmə qərarları › İş №3(005)-2404/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2404/2023

06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2404/2023 06.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Barəsində inzibati qaydada protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikasının Prokurorluğu Bakı şəhəri Nərimanov Rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən 01 avqust 2023-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması” barədə qərardan görünür ki, 08 iyul 2022-ci il tarixdən rəsmi əmək müqaviləsi əsasında ünvan 1 ünvanında fəaliyyət göstərən “İnci-3” süpermarketində nəzarətçi işləyən Şəxs texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi və supermarketdə işlərin təhlükəsizlik texnikası qaydalarının tələblərinə uyğun təşkil olunmasına cavabdeh şəxs olaraq süpermarketin daxilində iş bölgüsü aparılmaqla hər kəsin təyin olunmuş ixtisas və dərəcəsi üzrə, öz iş yerində işləməsi, işçilər tərəfindən təhlükəsizlik texnikası üzrə təlimatların bütün tələblərinə riayət etmələrinə daimi nəzarət təmin etmədiyinə görə, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 12-ci bəndinin tələblərini pozmuş, nəticədə 13 aprel 2023-cü il tarixdə saat 05 radələrində ünvan 1 ünvanında fəaliyyət göstərən “lnci-3” süpermarketində rəsmi əmək müqaviləsi əsasında satıcı vəzifəsində işləyən X3 həmin marketdə “rollcase” adlanan təkərli arabanı hərəkət etdirən zaman arabanın təkərinin sol ayağının üzərindən keçməsi səbəbindən İ barmağın əzilmiş yarası ilə müşayiət olunan dırnaq sədəfinin zədələnməsi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarət almışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qaydada protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, hadisə səhər saatlarında meyvə daşımaq üçün “rollcase” adlanan təkərli arabadan istifadə edərkən X1 ayağını üstündən keçmiş və o dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarət almışdır. O bildirmişdir ki, həmin müəssisə ilə aralarında bağlamış olduğu xx.xx.2022-ci il tarixli əmək müqaviləsində onun vəzifə öhdəliklərində təhlükəsizlik texnikası qaydalarının tələblərinə uyğun təşkil olunmasına cavabdeh şəxs olaraq süpermarketin daxilində iş bölgüsü aparılmaqla hər kəsin təyin olunmuş ixtisas və dərəcəsi üzrə, öz iş yerində işləməsi, işçilər tərəfindən təhlükəsizlik texnikası üzrə təlimatların bütün tələblərinə riayət etmələrinə daimi nəzarət təmin edilməsi kimi hallar mövcüd deyildir. Zərərçəkmiş şəxs Məhəmməd Əzimov və Şəxs həmin gün gecə növbəsinə qalmışlar. Növbədə qaldıqları zamanı mağazanın bütün işlərini görmək onların öhdəsində olmuşdur. Ümumilikdə isə əmək təhlükəsizliyinə nəzarəti mağazasının müdiri həyata keçirir. Bildirdiyinə əsasən özü heç vaxt işçilərin əməyin mühafizəsi üzrə təlimatlandırılmasında iştirak etməmiş, bu barədə qeydiyyat və uçotun olmasından məlumatsız olmuşdur. Buna görə də onun barəsində tərtib edilmiş protokol əsassızdır. Qeyd olunan halların nəzərə alınmasını inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 bildirmişdir ki, 13 aprel 2023-cü il tarixdə saat 05 radələrində ünvan 1 ünvanında fəaliyyət göstərən “İnci-3” supermarketində işdə olduğum vaxt mağazanın qarşısına, yəni ki, Ak.H.Əliyev küçəsində meyvə məhsulu gətirmiş yük avtomobili gəldi. Yük avtomobilində sürücü və məhsulları təhvil verən şəxs gəlmişlər. Avtomobilin yük yeri açıldıqda orada 2-3 ədəd “rollcase” adlandırdığınz araba var idi, belə ki, marketə gətirilən məhsullar əvvəlcədən həmin təkərli “rollcase”lərə doldurulmuş və ətrafları “stretç” deyilən rulon ilə bağlanmışdır. Həmin “rollcase”ləri gətirən şəxslər aşağı endirib piyada səkisinə tərəf qoymuşlar, özüm isə onlara köməklik məqsədi ilə təkərli olan “rollcase”lərin birini yolkənarı piyada səkisindən üzü marketin qabağına doğru sürməyə başlamışdır. Həmin an “rollcase”-in təkəri çökəyə düşüb sanki havaya qalxıb sol ayağımın baş barmağının üzərindən keçdi. Sol barmağımda ağrı hiss edib marketə daxil olub oturacaqda əyləşdi, ayaqqabını çıxardıqda sol ayağının baş barmağının qanamasını görmüşdür. Narahatçılıq keçirdi həkim müayinəsinə getmək istədiyi üçün təcili tibbi yardıma zəng edib marketə həkim briqadası çağırmış, həkim briqadası gəldikdə isə onlarla birlikdə Travmatologiya İnstitutana getmişdir. Burada ona ilkin tibbi yardım göstərilmiş, rentgendən sonra barmağında sınıq və ya çıxıq olmaması müəyyən edildi, ardınca isə barmağına sarğı qoyularaq elə həmin gün evə yazılmişdir. Bundan başqa bildirmişdir ki, işçilərinin əməyin mühafizəsini və təhlükəsizlik teknikası qaydalarına riayət edilməni Şəxs həyata keçirməyib, həmin vaxt marketdə növbədə onunla birlikdə qalmışdır. Hazırda heç bir şikayətim yoxdur. Müalicəmlə bağlı müdiriyyət xərcləri ödəmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq zərəçəkmiş şəxs və prokurorluğun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Buna görə də məhkəmə zərərçəkmiş şəxsin və prokurorluğun nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.1961-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Nərimanov rayonu, AK.H.Əliyev küçəai 90A ünvanında fəaliyyət göstərən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. “İnci-2” marketinin mağaza müdiri X2 Nərimanov Rayon Prokurorluğuna vermiş olduğu izahatdan görünür ki, o mağaza müdiri olaraq mağaza işçilərinin əməyin mühafizəsini və təhlükəsizlik teknikası qaydalarına riayət edilməni həyata keçirir və hadisə günü o, işdə olmamış, Şəxs növbədə olduğu zaman onun səlahiyəətlərini həyata keçirmişdir. Hadisədən daha sonra xəbərdar olmuşdur. “İnci-2” marketinin satıcı işləyən X1 Nərimanov Rayon Prokurorluğuna vermiş olduğu izahatdan görünür ki, işçilərinin əməyin mühafizəsini və təhlükəsizlik teknikası qaydalarına riayət edilməsi ilə bağlı təlimatla tanış olmuş və imza etmişdir. Şəxs “İnci-3” supermarketi ilə aralarında bağlanmış Əmək Müqaviləsindən görünür ki, işçinin üzərinə götürmüş olduğu öhdəliklər siyahısında “işçilərinin əməyin mühafizəsini və təhlükəsizlik teknikası qaydalarına riayət edilməsi” kimi hallar mövcud deyildir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-nin 198.2ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcüd deyildir. Belə ki, “İnzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikasının Prokurorluğu Bakı şəhəri Nərimanov Rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən 01 avqust 2023cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması” barədə qərardan görünür ki, “İnci-3” supermarketi nəzarətçi işləyən Şəxs tərəfindən işçilərinin əməyin mühafizəsini və təhlükəsizlik teknikası qaydalarına riayət edilməsi pozulmuşdur. Lakin Şəxs “İnci-3” supermarketi ilə aralarında bağlanmış Əmək Müqaviləsindən müəyyən olunur ki, müəssisə tərəfindən ona belə bir öhdəlik verilməmişdir. Bu hal iş materiallarında olan sənədlərdə və müəssisə işçilərinin ifaələri ilə də öz təsdiqini tapır. İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması inzibati məsuliyyətə səbəb olur. Hazırda isə iş materiallarından görünür ki, sözügedən hadisə ilə bağlı Şəxs məsul şəxs deyildir və onu əməlində inzibati xəta tərkibi mövcüd deyildir. İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 53.1.2-cü maddəsinin əsasən inzibati xəta tərkibi olmadıqda- inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 144.2.1-ci maddəsinə əsasən bu məcəlləsinin 53-cü maddəsində nəzərdə tuutlmuş halların biri mövüd olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs işçilərinin əməyin mühafizəsini və təhlükəsizlik teknikası qaydalarına riayət edilməsi ilə bağlı əməyin müfavizə tələblərini pozan, habelə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin, 53.1.3, 105 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar