Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2407/2023 09.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızı, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon X4 Şöbəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 15905236 saylı qərarının ləğv edilməsi barədə daxil olmuş şikayətə baxaraq MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon X4 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ seriyalı 15905236 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, X1 şikayət ərizəsinə inzibati xətanın törədildiyi yer üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materiallarında aydın olur ki. X2 Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini xx.xx.2023-cü il tarixində, saat 19:13 Mətbuat prospekti ilə Akim Abbasov küçələrinin kəsişməsində törətmişdir. Həmçinin iş materiallarında inzibati xəta haqqında qərara şəxsin yaşayış yeri üzrə baxılmasına dair vəsatət yoxdur. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İXM-nin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Məhkəmə hesab edir ki, X1 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair şikayət ərizəsinə baxılması üçün inizbati xətanın törədildiyi yer üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair X2 tərəfindən daxil olmuş şikayət baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilsin. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2407/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2407/2023
09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver