Məhkəmə qərarları › İş №3(005)-241/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-241/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-241/2023 07.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat bölməsindən daxil olmuş 13000-00036/23 nömrəli, 09 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 12 08 2022 ci il tarixdə Türkmənistan Respublikasından "X1 Trade DMCC" şirkətinin ünvanına göndərilən 4.188 372 kq-dan ibarət hidrotəmizlənmiş dizel yanacağı malı (11 08.2022-ci il tarixli 221/UT3. 222/UT3 saylı yük manifestİ üzrə) ilə yüklü “Q.Hacıyev" tankeri Bakı səhəri Pirallahı rayonunda yerləşən Dübəndi" gömrük postuna daxil olmuşdur. Həmin yükün 4 188.372 kq-da ibarət hissəsi malın Azerbaycan Respublikasının ərazisində daşıyıcısı olan “X3 Fze” (VOEN **********) şirkəti tərəfindən AR Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 229 saylı Qərarına əsasasən 4 (dord) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında şirkətin anbarında saxlanca yerləşdirilmişdir. Lakin AR Nazirlər Kabinetinin 27 08.2013-cü tarixli 229 saylı Qərarında müəyyən edilmiş müddətin bitməsinə baxmayaraq muvəqqət saxlancda qalmış mal Şəxs şirkəti tərəfindən heç bir digər gömrük proseduru altında rəsmiləşdirməmişdir. “X4 Fze" şirkəti tərəfindən gömrük qanunvericiliyində müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma üçun nəzərdə tutulmuş son müddət 4 (dörd) ay pozulmuş, buna görə də Şəxs şirkəti tərəfindən törədilmiş əməldə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinin nəzərdə tutulmuş inzibati xətanın tərkibi yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsini nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi daxil olmuş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Türkmənistan Respublikasından 12.08 2022-ci il tarixdə ilə “X1 Trade DMCC" şirkətinin ünvanına göndərilən 4.188.372 kq. hidrotəmizlənmiş dizel yanacağı malı (xx.xx.2022-ci il tarixli 221/UT3.222/UT3 saylı yük manifestı üzrə) ilə yüklü "Q.HACİYEV" tankeri Bakı şəhəri Pirallahı rayonunda yerləşən “Dübəndi” gömrük postuna daxil olmuşdur. Həmin yükün 4 188 372 kq hidrotəmizlənmiş dizel yanacağı malı Azərbaycan Respublikasının ərazisində daşıyıcısı olan "X3 Fze" şirkəti tərəfindən AR Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 229 saylı Qərarına əsasasən 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir.(G.B **********7552) Lakin AR Nazirlər Kabinetinin 27 08 2013-cü tarixli 229 saylı Qərarında müəyyən edilmiş müddətinin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalmış 4.188.372 kq kq. hidrotəmizlənmiş dizel yanacağı malı heç bir digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir Bununla da, “X3 FZE,: şirkəti tərəfindən gömrük qanunvericilikdə müvəqqəti saxlanc xususi gömrük proseduru altında qalma üçün nəzərdə tutulmuş son müddət 4 (dörd ay) pozulmuşdur İş materiallarında olan Şəxs-nin nümayəndəsi X2 izahatından görünür ki, “X6 Fze” şirkəti tərəfindən verilmiş və müvəqqəti saxlanc proseduru altında qalmış mal müxtəlif texniki səbəblərdən müəyyən edilmiş müddət ərzində hansı digər prosedur altında rəsmiləşdirilməsi və ya təyinatı üzrə göndərilməsi mümkün olmamışdır Azərbaycan Respublikası İXM-in 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə -fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs tərəfindən müvəqqəti saxlanc gömrük prosedurunda bəyan edilərək 4 ay müddətinə müvəqqəti saxlanca götürülmüş yüklərin müvəqqəti saxlanc müddəti başa çatsa da, lakin Şəxs tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi təmin edilməmişdir. Bununla da, Şəxs hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar