Məhkəmə qərarları › İş №3(005)-241/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-241/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-241/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytca İmamhüseyn qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MTK-nın rəhbəri Şəxs Əlsahib oğlunun iştirakları ilə, "xxxx" MTK-nın rəhbəri Şəxs Əlsahib oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən "xxxx" MTK-nın rəhbəri Şəxs Əlsahib oğlu barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında 16 yanvar 2025-ci il tarixli MN ******* saylı protokolda göstərilir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3409/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə "xxxx" MTK-nın rəhbəri Şəxs Əlsahib oğlu tərəfindən icra sənədi icra edilməmişdir. Məhkəmə iclasında Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək şəxs barəsində müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, "xxxx" MTK-nın rəhbərliyi tərəfindən əsassız olaraq işdən azad olunmuşdur, əmək müqaviləsinə qanunsuz xitam verilmişdir. Bununla bağlı məhkəmə mübahisələri olmuş və həmin əmək müqaviləsinə xitam verilməsi barədə qərar qanunsuz hesab edilmişdir və əvvəlki vəzifəsinə bərpa olunması qərara alınmışdır. Lakin məhkəmə qərarını icra etməkdən yayınırlar. Məhkəmə tərəfindən qanuni qərar qəbul edilməsini məhkəmədən xahişş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MTK-nın rəhbəri Şəxs Əlsahib oğlu bildirmişdir ki, məhkəmə qətnaməsi barədə məlumatları vardır, lakin hal-hazırda müəssisə qazanc olmaması səbəbilə fəaliyyətini dayandırmışdır. Müəssisənin fəaliyyəti bərpa edildikdən sonra Zərərçəkmiş şəxs işə bərpası məsələsinə baxılacaqdır. İcra sənədinin icrasından boyun qaçırmamışdır. Qeyd edilən halların nəzərə alınmasını və ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş Nərimanov Rayon Məhkəməsinin 2(005)-3409/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmri ləğv edilsin və Zərərçəkmiş şəxs əvvəlki vəzifəsinə bərpa olunması və iddiaçı Zərərçəkmiş şəxs məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3409/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin "xxxx" MTK tərəfindən könüllü icra edilməsi barədə müəssisənin rəhbərliyinə məlumat verilmişdir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə - vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədi üzrsüz səbəbdən icra edilməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, "xxxx" MTK-nın rəhbəri Şəxs Əlsahib oğlu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək məhkəmə qərarını icra etməmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MTK-nın rəhbəri Şəxs Əlsahib oğlunun şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MTK-nın rəhbəri Şəxs Əlsahib oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar